Qanunvericilik › Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 35

Maddə 35. Prokurorluq işçilərinin rütbələri

Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Prokurorlara, prokurorluğun müstəntiqlərinə və əməliyyatçılarına tutduqları vəzifələrə və iş stajına müvafiq olaraq xüsusi və ya hərbi rütbələr verilir.

Xüsusi rütbələrin verilməsi, onlardan məhrum etmə qaydaları və əsasları "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan respublikasının Qanunu ilə müəyyən edilir.

Xüsusi rütbələrə görə prokurorluq işçiləri vəzifə maaşına əlavə haqq alır və xüsusi geyim forması ilə təmin olunurlar.

Hərbi prokurorluq orqanları əməkdaşlarına hərbi rütbələr, o cümlədən ilk hərbi rütbələr müvafiq hərbi prokurorun təqdimatı əsasında hərbi qulluqçular üçün müəyyən edilmiş qaydada, ədliyyə polkovnik-leytenantı və ədliyyə polkovniki rütbələri isə baş prokurorla razılaşdırılmaqla, Azərbaycan Respublikasının hərbi prokuroru tərəfindən verilir.

Ali hərbi və ali xüsusi rütbələr Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə əsasən verilir.

Hərbi prokurorluq orqanları zabitlərinin hərbi rütbələri digər prokurorluq orqanları işçilərinin müvafiq xüsusi rütbələrinə uyğundur.

Əlavə haqq pensiyaya çıxmış, lakin xüsusi rütbədən məhrum edilməmiş prokurorluq işçiləri üçün də saxlanılır.

Prokuror, prokurorluğun müstəntiqlərinin və əməliyyatçılarının xüsusi və ya hərbi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının və müvafiq icra hakimiyyəti orqanları əməkdaşlarının qanunvericiliklə müəyyən edilmiş müvafiq hərbi və xüsusi rütbələrinə bərabər tutulur.

VI fəsil

Prokurorluq İşçİlərİnİn hüquqİ və sosİal müdafİəsİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver