Qanunvericilik › Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 41

Maddə 41. Prokurorluğun rəmzləri, möhürü və prokurorluq işçilərinin xüsusi geyim forması

Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Prokurorluğun rəmzləri Azərbaycan Respublikasının dövlət bayrağı, dövlət gerbi və prokurorluğun rəsmi emblemindən ibarətdir.

Prokurorluqlar Azərbaycanın dövlət gerbinin əksi həkk olunmuş və prokurorluğun dövlət dilində adı yazılmış dairəvi möhürə malikdirlər.

Prokurorluğun rəsmi embleminin və prokurorluq işçilərinin xüsusi geyim formasının nümunələri Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver