Qanunvericilik › Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 29

Maddə 29. Prokurorluqda qulluq keçməyə xitam verilmə əsasları

Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

29.1. Prokurorluq işçisi prokurorluqdan xaric edildiyi andan qulluq keçməyə xitam verilir.

29.2. Aşağıdakı əsaslar olduqda prokurorluq işçisinin qulluq keçməsinə xitam verilir:

29.2.1. altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə həkim rəyi olduqda;

29.2.2. attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə uyğun olmadıqda;

29.2.3. xidməti və ya əmək intizamını kobud, yaxud mütəmadi pozduqda;

29.2.4. qanunvericilik, icra, məhkəmə hakimiyyəti, yerli özünüidarəetmə orqanlarına seçildikdə və ya vəzifəyə təyin edildikdə;

29.2.5. öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə;

29.2.6. cinayət törətdiyinə görə məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindikdə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı olduqda, habelə haqqında cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verildikdə;

29.2.7. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;

29.2.8. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda prokuror, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı vəzifələrinə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar olduqda;

29.2.9. prokuror, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı vəzifəsi ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda və ya hərəkətə yol verdikdə;

29.2.10. prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdıqda.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver