32.1 Prokurorluğa işə bir qayda olaraq 30 yaşınadək şəxslər qəbul olunurlar.
32.2. Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının son yaş həddi 65 yaşdır.
32.3. Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin III və IV hissələrində göstərilən vəzifələrə təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir.
32.4. Son yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər.
32.6. Prokurorluq işçiləri həmkarlar təşkilatında birləşə bilərlər.