Qanunvericilik › Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Prokurorluq işçisinin xidməti vəsiqəsi

Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Vəzifəyə təyin olunmuş işçilərə nümunəsi Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilən xidməti vəsiqə verilir. Prokurorluq işçisinin xidməti vəsiqəsi onun şəxsiyyətini, rütbəsini və tutduğu vəzifəsini təsdiq edir.

Xidməti vəsiqə işçinin vəzifəyə təyin edilməsi ilə əlaqədar Baş Prokurorluğun kadrlar xidməti tərəfindən hazırlanır və qeydiyyat jurnalında imza etdirilməklə ona təqdim edilir.

7.2. İşçi prokurorluqda qulluq etdiyi bütün dövr ərzində xidməti vəsiqədən istifadə edir. Prokurorluq işçisinin vəzifəsi və ya rütbəsi dəyişdirildikdə, habelə xidməti vəsiqənin etibarlılıq müddəti qurtardıqda ona yeni xidməti vəsiqə verilir.

7.3. Prokurorluq işçisinin təqsiri üzündən xidməti vəsiqənin itirilməsi intizam xətasıdır və müvafiq tənbeh tədbirlərinin tətbiqinə səbəb ola bilər. Xidməti vəsiqənin itirilməsi ilə bağlı xidməti yoxlama aparılır. Xidməti vəsiqə itdikdə və ya istifadəyə yararsız hala düşdükdə, prokurorluq işçisinin müraciəti və ya xidməti yoxlamanın nəticələri əsasında ona yeni xidməti vəsiqə verilir.

7.4. İşçi prokurorluqdan xaric olunduqda xidməti vəsiqə Azərbaycan Respublikası Baş Prokurorluğunun kadrlar xidmətinə qaytarılır və məhv edilir.

III Fəsil

Prokurorluqda qulluq keçmənİn şərtlərİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver