15.0. Dövlət aşağıdakılara təminat verir:
15.0.1. təxirəsalınmaz psixiatriya yardımına;
15.0.2. stasionar və ambulator şəraitində məsləhət-diaqnostika, müalicə, psixoprofilaktika, reabilitasiya yardımına;
15.0.3. psixiatriya ekspertizasının bütün növlərinin (hərbi-həkim, tibbi-sosial və məhkəmə-psixiatriya ekspertizalarının) aparılmasına, lazım olduqda fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə, əlilliyin müəyyən edilməsinə;
15.0.4. sosial-məişət yardımı göstərilməsi və psixi pozuntusu olan şəxslərin müvafiq işlə təmin olunmasına;
15.0.5. qəyyumluq və himayəçilik məsələlərinin həllinə;
15.0.6. təbii fəlakətlər və qəzalar zamanı psixiatriya yardımı göstərilməsinə;
15.0.7. psixi pozuntusu olan yetkinlik yaşına çatmamış şəxslərin ümumi və peşə təhsilinin təşkilinə;
15.0.8. psixi pozuntusu olan şəxslərin əmək terapiyası, yeni peşələrə yiyələnməsi və işə düzəlməsi üçün müalicə-istehsalat müəssisələri, habelə yüngül iş şəraiti olan xüsusi istehsalat sahələrinin yaradılmasına;
15.0.9. psixi pozuntusu olan və sosial əlaqələrini itirmiş şəxslər üçün yataqxanaların yaradılmasına;
15.0.10. psixiatriya yardımının digər tibbi yardım növləri ilə eynilik təşkil edən şəraitdə göstərilməsinə.
15.0.11. psixi pozuntusu olan şəxslərin sosial müdafiəsi üçün zəruri olan digər tədbirlərin görülməsinə.