26.1. Bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsini psixiatriya müəssisəsinin yerləşdiyi və ya şəxsin yaşadığı yer üzrə məhkəmə təyin edir.
26.2. Şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə uyğun olaraq ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur.
26.3. Hakim ərizəni qəbul etdikdə, eyni zamanda şəxsin psixiatriya stasionarında saxlanılmasını işə məhkəmədə baxılmalı olduğu müddətə kimi uzadır.