Qanunvericilik › Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Publik hüquqi şəxsin nizamnaməsi

Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Müxtəlif sahələr üzrə publik hüquqi şəxsin nümunəvi nizamnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən oluna bilər.

6.2. Publik hüquqi şəxsin nizamnaməsində aşağıdakılar göstərilir:

6.2.1. adı, olduğu yer və publik hüquqi şəxs olduğu;

6.2.2. nizamnamənin qəbulu və ona dəyişikliklərin edilməsi qaydası;

6.2.3. fəaliyyətin istiqamətləri, hüquq və vəzifələri;

6.2.4. idarə olunma qaydası;

6.2.5. publik hüquqi şəxsin üzərində nəzarətin forması və əhatə dairəsi;

6.2.6. nizamnamə fondu;

6.2.7. əmlakının formalaşma mənbələri, maliyyə fəaliyyətinin əsasları, publik hüquqi şəxsin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətlərinin tənzimlənən qiymət olub-olmaması;

6.2.8. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak etmək hüququ (verildiyi halda);

6.2.8-1. bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş müddəa;

6.2.9. publik hüquqi şəxsin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması qaydası;

6.2.10. ləğvi və yenidən təşkili qaydası.

6.3. Dövlətin adından yaradılan publik hüquqi şəxsin nizamnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən, bələdiyyə adından yaradılan publik hüquqi şəxsin nizamnaməsi isə müvafiq bələdiyyə tərəfindən təsdiq edilir.

6.4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətləri göstərən (hüquqi hərəkətləri həyata keçirən) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin əməkdaşları nizamnaməsində nəzərdə tutulmuş halda dövlət qulluqçularına bərabər tutulurlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver