Dövriyyədə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması, tədavüldə təmiz pul siyasətinin realizasiyası, pul nişanlarının ekspertizası və dəyişdirilməsi ilə bağlı xidmət səviyyəsinin yüksəldilməsi və onların saxtalaşdırılmasına qarşı mübarizənin effektivliyinin artırılması istiqamətində davamlı tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci, 36-cı, 37-ci, 39-cu və 40-cı maddələrinə əsasən
1. “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2005-ci il 03 mart tarixli qərarı ilə (05 nömrəli protokol) təsdiq edilmiş (18.03.2005-ci il tarixli 3118 nömrəli şəhadətnamə) "Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Qaydaları” ("Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında manatın denominasiyasının tətbiqi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Milli Bankının bəzi normativ aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2005-ci il 23 dekabr tarixli (38 nömrəli protokol) qərarının (30.12.2005-ci il tarixli 3211 nömrəli şəhadətnamə) 3-cü hissəsi) ləğv edilsin.
3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı, 37-ci, 39-cu və 40-cı maddələrinə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar tədavülə yararsız olan milli pul nişanlarının əlamətlərini, Azərbaycan Respublikasının Mərkəzi Bankında və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda, xarici bankların yerli filiallarında və poçt rabitəsinin milli operatorunda (bundan sonra – banklar) milli pul nişanlarının dəyişdirilməsi, habelə həmin təşkilatlarda milli və xarici valyutada pul nişanlarının ekspertizasının aparılması qaydalarını müəyyən edir.
2.0. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. həqiqi pul nişanı - Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən tədavülə buraxılan və müəyyən olunmuş texniki parametrlərə, dizayn və mühafizə elementlərinə malik olan pul nişanı;
2.0.2. tədavülə yararsız pul nişanı – bu Qaydalarla müəyyən edilmiş yararsızlıq əlamətlərindən hər hansı birinə malik olan və təkrar tədavülə buraxılması qadağan olunan həqiqi pul nişanı;
2.0.3. şübhəli pul nişanı – həqiqiliyi şübhə doğuran pul nişanı;
2.0.4. saxta pul nişanı – istehsal və hazırlanma üsulundan asılı olmayaraq Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış pul nişanlarını imitasiya edən (oxşadan, bənzədən) və ya həqiqi pul nişanlarının nominalının və ya digər parametrlərinin dəyişdirilməsi nəticəsində düzəldilmiş pul nişanı;
2.0.5. ekspert – Mərkəzi Bankda pul nişanlarının ekspertizasını həyata keçirən əməkdaş;
2.0.6. pul nişanlarının ekspertizası – pul nişanının həqiqiliyinin və ya nominal dəyərinin ödənilməsinin müəyyən edilməsi;
2.0.7. emal - pul nişanlarının avtomatlaşdırılmış avadanlıqlarda vərəq-vərəq (ədədlə) sayılması, nominalına, həqiqiliyinə, tədavülə yararlı və yararsızlığına görə ayrılması və ya pul nişanlarının pulsayan avadanlıqlarda vərəq-vərəq (ədədlə) sayılaraq həqiqiliyinə və vizual olaraq tədavülə yararlı və yararsızlığına görə ayrılması;
2.0.8. xüsusi qablaşdırma vahidi – bankomatlar və ödəniş terminallarının kasetləri, xüsusi konteynerlər və sair qablaşdırma vahidlərində milli pul nişanlarının təhlükəsiz saxlanması və daşınmasını təmin edən, habelə qanunsuz müdaxilə cəhdləri zamanı pul nişanlarını xüsusi vasitələrlə (xüsusi boya, kimyəvi, yapışdırıcı vasitə və s.) avtomatik tədavülə yararsız hala salan qablaşdırma vahidi;
2.0.9. SPMS – Mərkəzi Bankda ekspertiza üzrə əməliyyatların qeydiyyatını aparan, bu əməliyyatlarla bağlı məlumatları və hesabatlığı təmin edən, eləcə də banklar və digər təşkilatlarla koordinasiyanı avtomatlaşmış qaydada təmin edən “Saxta pul nişanlarının Monitorinqi Sistemi”;
2.0.10. operator bank – Mərkəzi Bank ilə bağlanmış müqavilə əsasında öz müştərilərindən qəbul etdiyi pullarla yanaşı, digər banklardan alınmış milli pul nişanlarının çeşidlənməsini və təkrar tədavülə buraxılmasını həyata keçirən bank.
3.1. Banklar tərəfindən qəbul edilmiş milli pul nişanları təkrar tədavülə yalnız emal edildikdən sonra buraxılır. Emal prosesində bu Qaydalarla müəyyən edilmiş əlamətlərə malik olan yararsız milli pul nişanlarının banklar tərəfindən təkrar tədavülə buraxılması qadağandır, belə pullar Mərkəzi Banka təhvil verilməlidir.
3.2. Kağız pul nişanları avadanlıqlarda emal olunarkən bu Qaydalara Əlavə 1-də göstərilmiş əlamətlərdən hər hansı biri aşkar olunduqda tədavülə yararsız hesab olunur.
3.3. Pulsayan avadanlıqlarda sayılmış kağız pul nişanlarına vizual baxış keçirilir. Bu zaman aşağıdakı əlamətlərdən hər hansı biri aşkarlandıqda pul nişanı tədavülə yararsız hesab olunur:
3.3.1. üzərində istənilən ölçüdə kəsik, çatışmayan hissə, vizual olaraq gözə çarpan yazı və ya ləkə;
3.3.2. vizual olaraq gözə çarpan dərəcədə çirklənmiş, rəngini, parlaqlığını və şaxlığını itirmiş;
3.3.3. yapışqan lentlə, eləcə də digər yapışdırıcı vasitələrlə birləşdirilmiş.
3.4. Metal milli pul nişanlarının emalı zamanı diametri və ya qalınlığı, çəkisi və fiziki xassəsi həqiqi metal pul nişanlarından fərqli olduğu müəyyən edildikdə, habelə bu Qaydalara Əlavə 2-də göstərilmiş əlamətlərdən hər hansı biri aşkarlandıqda həmin pul nişanları tədavülə yararsız hesab olunur.
3.6. Banklar bankomatlar vasitəsilə yalnız bu Qaydaların tələblərinə uyğun olaraq avtomatlaşmış sistemlərdə emal edilmiş yararlı (o cümlədən Mərkəzi Bankdan və ya operator bankdan qəbul edilmiş) milli pul nişanlarını tədavülə buraxa bilər.
3.7. Banklar tərəfindən istismar olunan nağd pul avadanlıqları, o cümlədən pulsayan, emal edən, qəbul edən (avtomatlaşmış cash-in maşınları) və s. avadanlıqlar həqiqi milli pul nişanlarını tanımalıdır və saxta pul nişanlarını qəbul etməməlidir.
4.1. Milli pul nişanları dəyişdirilməsi üçün banklara və ya Mərkəzi Banka təqdim edilə bilər. Pulların dəyişdirilməsi onların həqiqiliyinin və nominal dəyərinin ödənilməsi yoxlanılmaqla həyata keçirilir.
4.2. Milli pul nişanlarının, o cümlədən investisiya, yubiley və xatirə pul nişanlarının həqiqiliyi vizual yoxlama, avadanlıq və vasitələrdən (böyüdücü şüşə, ultrabənövşəyi işıqlandırma cihazı, infraqırmızı işıqlandırma cihazı, tərəzi, metal tərkibi müəyyənləşdirən avadanlıq və ya digər xüsusi avadanlıqlar) istifadə etməklə onların mühafizə elementləri və digər texniki parametrləri əsasında yoxlanılır.
4.3. Kağız milli pul nişanlarının nominal dəyərinin ödənilməsi bu Qaydalara Əlavə 3-də göstərilmiş cədvəllər vasitəsilə onların səthinin ölçülməsi yolu ilə müəyyən edilir.
4.4. Saxta olmayan, bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət səthinin 60%-dən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış kağız pul nişanlarının və ya eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət səthinin 60%-dən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyəri ödənilir. Bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış milli metal pul nişanının nominal dəyəri ödənilir.
4.5. Milli pul nişanlarının saxta olması barədə ekspert rəyi Mərkəzi Bank tərəfindən verilir.
4.6. Mərkəzi Bankda milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz əsasda aparılır və nominal dəyəri ödənilən pul nişanları məhdudiyyətsiz dəyişdirilir. Banklar pul nişanının dəyişdirilməsi zamanı öz tarif siyasətinə uyğun olaraq bu əməliyyatları ödənişli və ya ödənişsiz əsasda həyata keçirə bilərlər.
4.7. Səthi bütöv olmayan kağız pul nişanının nominal dəyərinin ödənilməsinin müəyyən edilməsi məqsədilə hər bir nominalın ölçüsünə uyğun olaraq bu Qaydalara Əlavə 3-də göstərilmiş bərabər ölçülü 200 damalı cədvəldən istifadə olunur.
4.8. Cədvəl vasitəsilə kağız pul nişanının saxlanılan hissəsinin sahəsi aşağıdakı kimi müəyyən edilir:
4.8.1. eyni pul nişanına məxsus hissələr damalı cədvəlin üzərinə qoyulur və pulun hissələrinin perimetri boyunca xətt çəkilir;
4.8.2. hər bir hissənin perimetri boyu çəkilmiş xəttin daxilində qalan tam damalar sayılır, xətlə kəsilmiş damaların hər biri yarım dama hesab olunur və tam damaların sayı ilə toplanılır;
4.8.3. bütün hissələr üzrə alınan damaların sayı 120-yə bərabər olduqda pul nişanı 60%-i saxlamış hesab olunur.
4.9. Milli pul nişanlarının dəyişdirilməsi əməliyyatları bankların və Mərkəzi Bankın daxili reqlamenti ilə müəyyən edilmiş iş saatlarında həyata keçirilir. Həmin vaxt ərzində dəyişdirilməyən pul nişanları təqdim edən şəxsə qaytarılır.
4.10. Dəyişdirilmək üçün banka təqdim olunan milli pul nişanının səthini müəyyən etmək mümkün olmadıqda və ya səthinin 60%-ni saxlamış pul nişanının hissələrinin eyni pul nişanına məxsus olmasını müəyyən etmək mümkün olmadıqda təqdim edən şəxsin razılığı ilə pul nişanı bank tərəfindən ekspertiza üçün Mərkəzi Banka təqdim olunur.
4.11. Şübhəli pul nişanı aşkar olunduqda onu müştəriyə qaytarmaq, tədavülə buraxmaq, üzərinə ştamp vurmaq, hər hansı bir fiziki dəyişiklik etmək (yazılı işarə qoymaq, kəsmək, cırmaq, deşmək və s.) qadağandır. Belə pul nişanları bütün hallarda ekspertiza üçün Mərkəzi Banka təqdim edilməlidir.
4.12. Bu Qaydaların 4.10-cu və 4.11-ci bəndlərində nəzərdə tutulmuş hallarda pul nişanları 3 (üç) iş günü müddətində ekspertiza üçün Mərkəzi Banka təqdim edilir. Bu zaman bank tərəfindən üç nüsxədə ərizə (Əlavə 4) tərtib olunur. Ərizənin bir nüsxəsi bank tərəfindən aparılan müvafiq qeydlə pulu təqdim edən şəxsə verilir, ikinci nüsxəsi bankda saxlanılır, üçüncü nüsxəsi isə pul nişanı ilə birlikdə Mərkəzi Banka təqdim olunur.
4.13. Həqiqiliyi şübhə doğuran və ya səthi müəyyənləşdirilə bilinməyən milli pul nişanları ekspertiza üçün bilavasitə Mərkəzi Banka təqdim edildikdə Mərkəzi Bank tərəfindən SPMS-də üç nüsxədə elektron ərizə (Əlavə 5) tərtib olunur. Ərizənin bir nüsxəsi müvafiq qeydlə pulu təqdim edən şəxsə təqdim edilir, ikinci nüsxəsi Mərkəzi Bankın kassa xidmətini göstərən struktur bölməsində saxlanılır, üçüncü nüsxəsi isə pul nişanı ilə birlikdə ekspertizanı həyata keçirən struktur bölməyə təqdim olunur.
4.14. Həqiqiliyi şübhə doğuran milli pul nişanları hüquq mühafizə orqanları, məhkəmə və digər dövlət qurumları tərəfindən Mərkəzi Banka təqdim edildikdə həmin pul nişanı kassa xidmətini göstərən struktur bölmə tərəfindən SPMS-də qeydə alınır və ekspertizaya yönəldilir.
4.15. Pul nişanlarının ekspertizası Mərkəzi Banka daxil olduqdan sonra 15 (on beş) iş günü müddətində aparılır. Pul nişanının həqiqiliyinin bu müddət ərzində müəyyən edilməsi mümkün olmadıqda ekspertiza 30 (otuz) iş gününədək uzadıla bilər. Bu barədə pulu təqdim edən şəxsə yazılı məlumat verilir.
4.16. Mərkəzi Bankda ekspertiza nəticəsində pulun həqiqi olması və nominal dəyərinin ödənilməsi müəyyən edildikdə ekspert tərəfindən pulun üzərinə “DƏYƏRİ ÖDƏNİLİB” sözləri yazılan adlı ştamp vurulur və bu Qaydaların 4.18-ci bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə işləri aparılır.
4.17. Mərkəzi Bankda ekspertiza nəticəsində pulun həqiqi olması, lakin nominal dəyərinin ödənilməməsi müəyyən edildikdə ekspert tərəfindən pulun üzərinə “DƏYƏRİ ÖDƏNİLMİR” sözləri yazılan adlı ştamp vurulur və bu Qaydaların 4.18-ci bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir.
4.18. Mərkəzi Bankda ekspertizanın nəticələri barədə SPMS-də elektron akt (Əlavə 6) tərtib olunur, ekspert və ekspertizanı həyata keçirən struktur vahidin rəhbəri tərəfindən təsdiq edilir. Ekspertiza aktı banklara SPMS vasitəsilə elektron qaydada, SPMS-ə qoşulmayan banklara və digər şəxslərə isə kağız daşıyıcıda təqdim olunur.
4.19. Ekspertiza nəticəsində milli pul nişanının həqiqi və nominal dəyərinin ödənilməsi müəyyən edildikdə pulun nominal dəyəri Mərkəzi Bank tərəfindən təqdim edən şəxsə ödənilir.
4.19-1. İnvestisiya, yubiley və xatirə pul nişanının ekspertizası, ekspertiza nəticəsində həqiqiliyinin müəyyən edilməsi və dəyərinin ödənilməsi bu Qaydalara və Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 11 avqust 2020-ci il tarixli, 38/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan investisiya, yubiley və xatirə pul nişanlarının satışı və geri alınması Qaydası”na uyğun olaraq həyata keçirilir.
4.20. Ekspertiza nəticəsində müəyyən edilmiş saxta, habelə nominal dəyəri ödənilməyən milli pul nişanları geri qaytarılmır və pulun nominal dəyəri ödənilmir. Bu barədə pulu ekspertizaya təqdim edən şəxsə əvvəlcədən müvafiq olaraq banklar və Mərkəzi Bank tərəfindən məlumat verilir.
4.21. Ekspertiza prosesləri yekunlaşdıqdan sonra saxta pul nişanının ekspertiza aktı və saxta pulu təqdim edən hüquqi və fiziki şəxs barədə məlumatlar qanunvericiliyə müvafiq tədbirlərin görülməsi üçün 10 (on) iş günü müddətində hüquq mühafizə orqanlarına göndərilir.
4.22. Cinayət işi başa çatdıqdan sonra saxta pul nişanları Mərkəzi Banka təhvil verilir.
4.23. Dəyişdirilmə və ya ekspertiza üçün təqdim edilmiş pul nişanının hüquqazidd hərəkət nəticəsində qəsdən tədavülə yararsız hala salınmasına şübhə yarandıqda pul nişanı qanunvericiliyə müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edilir.
5.1. Mərkəzi Bank xüsusi qablaşdırma vahidlərində tədavülə yararsız hala düşmüş kağız milli pul nişanlarını ekspertizaya yalnız banklardan qəbul edir.
5.2. Bu Qaydaların 5.3-cü və 5.4-cü bəndlərinin tələblərinə əməl edildiyi halda xüsusi qablaşdırma vahidlərində tədavülə yararsız hala düşmüş kağız pul nişanları Mərkəzi Bank tərəfindən ekspertiza olunur.
5.3. Bank xüsusi qablaşdırma vahidlərinin istifadəsindən ən azı 30 (otuz) iş günü əvvəl onların texniki xüsusiyyətlərinə dair məlumatları (pulların tədavülə yararsız hala salınmasını təmin edən vasitələrin nümunələrini və texniki sənədlərini, o cümlədən vasitələrin insan sağlamlığına zərərsiz və qeyri-toksik olmasına dair sertifikatı) Mərkəzi Banka təqdim etməlidir.
5.4. Bankın müştərisi olan şəxslər nağd pulun daşınmasında xüsusi qablaşdırma vahidlərini istifadə etdikdə istifadəsinə başlanmazdan ən azı 30 (otuz) iş günü əvvəl onların texniki xüsusiyyətlərinə dair məlumatları (pulların tədavülə yararsız hala salınmasını təmin edən vasitələrin nümunələrini və texniki sənədlərini, o cümlədən bu vasitələrin insan sağlamlığına zərərsiz və qeyri-toksik olmasına dair sertifikatı) banka təqdim etməlidirlər.
5.5. Bank müştərisi olan şəxsdən xüsusi qablaşdırma vahidlərinin texniki xüsusiyyətlərinə dair aldığı məlumatı 3 (üç) iş günü müddətində Mərkəzi Banka təqdim etməlidir.
5.6. Mərkəzi Bank bu Qaydaların 5.3-cü və 5.4-cü bəndlərinə müvafiq olaraq təqdim olunan məlumatların tamlığı barədə 3 (üç) iş günü müddətində banka yazılı məlumat verir.
5.7. Qanunsuz müdaxilə olmadan texniki səhv, ehtiyatsızlıq və digər oxşar hallarda xüsusi qablaşdırma vahidlərinin açılması nəticəsində pul nişanları tədavülə yararsız hala düşərsə, pul nişanları ekspertiza üçün müvafiq bank rəhbərinin rəsmi müraciəti əlavə edilməklə ərizə (Əlavə 7) ilə birlikdə Mərkəzi Banka təqdim olunur.
5.8. Hüquqazidd əməllər nəticəsində (oğurluq və digər hüquqazidd əməllər) xüsusi qablaşdırma vahidlərinin açılması səbəbindən pul nişanları tədavülə yararsız hala düşərsə, banklar tərəfindən pul nişanları hadisənin baş verməsinə dair hüquq mühafizə orqanı tərəfindən verilmiş arayış əlavə edilməklə ərizə ilə (Əlavə 7) birlikdə Mərkəzi Banka təqdim olunur.
5.8-1. Bu Qaydaların 5.3-cü və 5.4-cü bəndlərinə uyğun olaraq xüsusi qablaşdırma vahidlərinin texniki xüsusiyyətlərinə dair məlumatlar əvvəlcədən təqdim olunmadıqda tədavülə yararsız pul nişanları araşdırmaların aparılması məqsədilə hüquq mühafizə orqanına təqdim edilir və bu barədə pulu təqdim edən şəxsə məlumat verilir. Hüquq mühafizə orqanı tərəfindən xüsusi qablaşdırma vahidi ilə bağlı hər hansı bir hüquqazidd əməl müəyyən edilmədikdə xüsusi qablaşdırma vahidində tədavülə yararsız hala düşmüş pul nişanları Mərkəzi Bank tərəfindən ekspertizaya qəbul olunur.
5.9. Ekspertiza nəticəsində pul nişanlarının həqiqi və nominal dəyəri ödənilən olması müəyyən edildikdə, pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən bu Qaydaların 4.16-cı bəndinə uyğun olaraq ödənilir. Ekspertiza nəticəsində pul nişanlarının nominal dəyərinin ödənilməməsi müəyyən edildikdə, bu Qaydaların 4.17-ci bəndinə, saxta olması müəyyən edildikdə isə bu Qaydaların 4.21-ci bəndinə uyğun olaraq müvafiq tədbir görülür.
5.10. Xüsusi qablaşdırma vahidinin oğurlanması və ya bu qablaşdırma vahidində yararsız hala düşmüş pullar barədə banklar və digər şəxslər dərhal hüquq mühafizə orqanlarına və Mərkəzi Banka məlumat verməlidirlər. Mərkəzi Bank öz tərəfindən bu barədə məlumatı hüquq mühafizə orqanlarına və digər banklara verir, məlumat kütləvi informasiya vasitələrində yerləşdirilir.
5.11. Xüsusi qablaşdırma vahidlərində tədavülə yararsız hala düşmüş pul nişanlarının ekspertizasının aparılması və rəsmiləşdirilməsi bu Qaydalara uyğun olaraq həyata keçirilir.
6.1. Xarici valyutada pul nişanının ekspertizası banklar tərəfindən daxili qaydalarına uyğun olaraq həyata keçirilə bilər.
6.2. Bank xarici valyutada pul nişanının həqiqiliyini müəyyən edə bilmədikdə həmin pul nişanını Mərkəzi Banka və ya emitent banka ekspertizaya təqdim edə bilər. Belə hallarda pul nişanının qəbulu bu Qaydaların 4.12-ci bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir.
6.3. Bank tərəfindən pul nişanının saxta olması müəyyən edildikdə pul nişanı qanunvericiliyə müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanına təqdim edilir.
6.4. Mərkəzi Bank həqiqiliyi şübhə doğuran xarici valyutada kağız pul nişanlarını banklardan, hüquq mühafizə orqanlarından, məhkəmə və digər dövlət orqanlarından (qurumlarından) ekspertizaya qəbul edir.
6.5. Mərkəzi Bankda xarici valyutada pul nişanlarının ekspertizası ona məlum olan mühafizə elementləri əsasında 15 (on beş) iş günü ərzində həyata keçirilir. Pul nişanının ekspertizası üçün onun emitenti olan quruma müraciət edilməsi zərurəti yarandıqda, pulu təqdim edən şəxsə bu barədə yazılı məlumat verilir.
6.6. Mərkəzi Bank tərəfindən ekspertiza zamanı xarici valyutada pul nişanlarının saxtalaşdırma əlamətləri müəyyən edildikdə bu Qaydaların 4.21-ci bəndinə müvafiq olaraq tədbir görülür. Ekspertiza nəticəsində saxtalaşdırma əlamətləri aşkar edilmədikdə pul nişanı SPMS-də tərtib edilmiş aktla birlikdə təqdim edənə təhvil verilir.
a) Pul nişanının çirklənməsi nəticəsində ön və (və ya) arxa tərəfində parlaqlığının ən azı 7% azalması (parlaqlığın ölçülməsi üçün istənilən spektrofotometrik və ya kolorimetrik avadanlıqdan istifadə edilə bilər).
Çirklənmənin ölçülməsi zamanı əsas göstərici kimi CIE LAB kolorimetrik sisteminin L(*) parlaqlıq (işıqlılıq) parametrinin azalmasından istifadə olunur. Bu göstərici hər bir nominal üzrə yeni pul nişanının parlaqlıq göstəricisinə (L(0)) nisbətən ölçülən pulun parlaqlığının azalması əsasında aşağıdakı düsturla hesablanır.
⍙L - çirklənmiş pulun parlaqlığının azalması (%-lə);
L(0) - yeni (emissiya) pul nişanlarının parlaqlıq (işıqlılıq) göstəricisi;
L(*) - çirklənmiş pul nişanının parlaqlıq (işıqlılıq) göstəricisi.
b) Pul nişanının emal avadanlığının daşıyıcı kəmərlərinin üzərinə qismən və ya tam düşməyən şaquli istiqamətdə ən azı eni 4mm və uzunluğu 8mm, üfüqi istiqamətdə ən azı eni 4mm və uzunluğu 15 mm, diaqonal istiqamətdə ən azı eni 4 mm və uzunluğu 18 mm itkiyə malik olması
c) Pul nişanının emal avadanlıqlarının daşıyıcı kəmərlərinin üzərinə düşməyən ümumi sahəsi ən azı 10 mm dəliyə (deşiyə) malik olması
ç) Pul nişanının itirilmiş və ya qatlanmış küncünün (və ya künclərinin) ümumi sahəsi ən azı 32 mm malik olması
d) Pul nişanının eni və ya uzunluğundan ən azı 3 mm itkiyə malik olması
Qeyd: meyar maksimum itki olan hissə üzrə hesablanır.
e) Pul nişanının uzunluğunun ən azı 6 mm və ya eninin ən azı 5 mm qatlanmış hissəyə malik olması
Qeyd: meyar maksimum qatlanma olan hissə üzrə hesablanır.
f) Pul nişanının çap olmayan hissəsində ümumi sahəsi ən azı 30 mm ləkəyə malik olması
ə) Pul nişanının çap olan hissəsində ümumi sahəsi ən azı 50 mm ləkəyə malik olması
g) Pul nişanının ən azı eni 10 mm, uzunluğu 40 mm və qalınlığı 50 mikrometr yapışqan lentə malik olması
h) Pul nişanının yuyulması, kimyəvi və ya termal təsirlərə məruz qalması
i) Pul nişanının üzərində yazıya, simvola, işarəyə və ştampa malik olması
Qeyd: Avtomatlaşmış avadanlıqlarda bu əlamətlər üzrə ölçü meyarı müəyyən edilmir.
j) Pul nişanının əzilməsi və ya bükülməsi nəticəsində şaxlığının itirilməsi
Ön və ya arxa tərəfində rəngini dəyişmiş, çirklənmiş və ya korroziyaya məruz qalmış, lakin nominalı aydın görünən metal pul nişanı
Qeyd: 1 manat nominallı həqiqi pul nişanının ölçüsü 120 x 70 mm-dir.
Qeyd: 5 manat nominallı həqiqi pul nişanının ölçüsü 127 x 70 mm-dir.
Qeyd: 10 manat nominallı həqiqi pul nişanının ölçüsü 134 x 70 mm-dir.
Qeyd: 20 manat nominallı həqiqi pul nişanının ölçüsü 141 x 70 mm-dir.
Qeyd: 50 manat nominallı həqiqi pul nişanının ölçüsü 148 x 70 mm-dir.
Qeyd: 100 manat nominallı həqiqi pul nişanının ölçüsü 155 x 70 mm-dir.
Qeyd: 200 manat nominallı həqiqi pul nişanının ölçüsü 160 x 70 mm-dir.
Qeyd: 500 manat nominallı həqiqi pul nişanının ölçüsü 163 x 70 mm-dir
milli valyutada pul nişanları
həqiqiliyi şübhə doğuran və/və ya səthi müəyyənləşdirilə bilinməyən
ekspertiza üçün təqdim edilir.
Həqiqiliyi müəyyən edilə bilinməyən pul nişanının şübhə doğuran əlamətləri:
____________________________________________________________
Pullar aşağıdakı siyahı üzrə (pulların sayı çox olduqda siyahı formasında) cəmi
məbləğində əlavə edilir.
Təqdim edən şəxsin S.A.A, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi *
________________________________________________
Emal zamanı aşkar edilibsə xəzinədarın S.A.A, şəxsiyyət
vəsiqəsinin seriya nömrəsi
Qəbul edən _______________________ _______
S.A.A. və vəzifəsi imza
Bankın müvafiq vəzifəli şəxs(lər)i
S.A.A. və vəzifəsi imza
Əlavə olunur: Şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti
* Pul nişanı hüquqi şəxsin adından təqdim edildikdə onun adı, ünvanı və VÖEN göstərilir.
Təqdim edənin adı soyadı ata adı:
Ş\v seriya və nömrəsi:
Pul nişan(lar)ının nominalı və seriya nomrəsi:
Təqdim etdi: imza ________________
Qəbul etdi (xəzinədar): imza ________________
Kassa rəisi: _____________ imza ________________
Kredit təşkilatı (Vasitəçi mənbə) -
Xəzinədar (Vasitəçi mənbə) -
_______________________________________________________________________
Kağızın flüorisentliyi -
İşıqda görünən elementlər (litoqrafik çap) -
Rəngini dəyişən gizli element -
Surətçıxarmaya qarşı xəttlər strukturu -
Saxtalaşdırmanın tipi -
IV dərəcəli çap elementi -
________________________________________________________________
________________________________________________________________
Ekspertiza şöbəsinin rəisi
Ekspertiza şöbəsinin eksperti
Emal şöbəsinin işçisi -
Pul nişanının tam örtülmüş və tam örtülməmiş damalarının sayı -
Pul nişanının ümumi sahəsi (%-lə) -
Pul nişanının saxlanılmış bütöv böyük hissəsində tam və natamam damaların sayı -
Əskinasın saxlanılan bütöv böyük hissəsinin sahəsi(% -lə) -
______________________________________________________________________________
Ekspertiza şöbəsinin rəisi
Ekspertiza şöbəsinin eksperti
1. Təşkilat barədə məlumat
1.2. Təşkilatın filial və ya şöbəsinin adı:
1.3. Təşkilatın ünvanı:
2. Xüsusi qablaşdırma vahidinin işə düşməsi barədə məlumat
2.1. Xüsusi qablaşdırma vahidinin işə düşmə səbəbi:
□ – Qanunsuz müdaxilə olmadan texniki səhv, ehtiyatsızlıq və s. oxşar hadisə
□ – Qanunsuz əməllər nəticəsində (oğurluq və digər qanunsuz hərəkətlər)
2.2. Xüsusi qablaşdırma vahidinin işə düşmə tarixi (gün, ay, il):
2.3. Xüsusi qablaşdırma vahidinin işə düşmə faktının təfərrüatları:
3. Ekspertizaya təqdim olunan boyanmış pullar barədə məlumat:
İmzalar: ___________________
1. 20 dekabr 2023-cü il tarixli 62/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202312200623, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 yanvar 2024-cü il)