Qanunvericilik › Qaçırılmış oğurlanmış nəqliyyat vasitələrinin və yol-nəqliyyat hadisəsi yerindən qaçmış sürücülərin axtarışının təşkili haqqında Təlimat (Daxili İşlər Nazirliyi, 26.08.2002) › Tam mətn

Qaçırılmış oğurlanmış nəqliyyat vasitələrinin və yol-nəqliyyat hadisəsi yerindən qaçmış sürücülərin axtarışının təşkili haqqında Təlimat (Daxili İşlər Nazirliyi, 26.08.2002)

Qaçırılmış oğurlanmış nəqliyyat vasitələrinin və yol-nəqliyyat hadisəsi yerindən qaçmış sürücülərin axtarışının təşkili haqqında Təlimat (Daxili İşlər Nazirliyi, 26.08.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Təlimat qaçırılmış, oğurlanmış və yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən qaçmış nəqliyyat vasitələrinin axtarışı ilə bağlı polis orqanlarının fəaliyyətini tənzimləyir.

1.2. Axtarış işinin əsasını oğurlanmış və ya qaçırılmış nəqliyyat vasitələrini aşkar etmək, nəqliyyat vasitələrini oğurlayan, qaçıran şəxsləri müəyyən edərək saxlamaq, eləcə də nəqliyyat vasitələrini ələ keçirmək məqsədilə sürücülərə zor tətbiq edən, həmçinin yol-nəqliyyat hadisəsi yerindən. qaçmış şəxslərin müəyyənləşdirilməsi təşkil edir.

1.3. Cinayət işlərinin istintaqı ilə əlaqədar nəqliyyat vasitələrinin axtarışı DYP və digər xidmət əməkdaşlarının cəlb edilməsilə DİN-in cinayət-axtarış xidmətləri tərəfindən aparılır.

1.4. Nəqliyyat vasitələrinin və onları qaçıran şəxslərin, həmçinin yol-nəqliyyat hadisəsi yerindən qaçmış şəxslərin axtarışı zamanı daxili işlər orqanlarının qüvvə və vasitələrinin istifadəsinin ilkin təşkili rayon və şəhər polis orqanlarının növbətçi hissələri tərəfindən təmin olunur.

1.5. Nəqliyyat vasitələrinin tutulub saxlanıldıqda, onlar müəyyən edilmiş qaydada polis orqanlarının əməliyyat uçotlarından çıxarılır və axtarışın təşəbbüskarı, təxirəsalınmadan bu barədə müvafiq uçot aparatlarına məlumat verir.

2.1. Şəhər-rayon polis idarə, şöbə və bölmələrinə nəqliyyat vasitəsinin oğurlanması, qaçırılması və yaxud sürücüyə zor tətbiq edilərək nəqliyyat vasitəsinin ələ keçirilməsi, həmçinin sürücülərin yol-nəqliyyat hadisəsi yerindən nəqliyyatla qaçması barədə ərizə və ya məlumat daxil olduqda, növbətçi hissə hadisə yerinə əməliyyat qrupunu göndərir. Əməliyyat qrupundan alınan məlumat əsasında axtarışda olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və aqreqat nömrələri, xüsusi əlamətləri, o cümlədən salonu və oturacaqların materialı və rəngi barədə nəqliyyat vasitəsinin hərəkətinin ehtimal olunduğu istiqamətlərdə xidmət aparan post-patrul və yol patrul xidməti naryadları xəbərdar edilir.

2.2. Hadisə (cinayət) yerinə baxış - müstəntiq və ya tədqiqatçı, əməliyyat müvəkkili, kriminalist-tədqiqatçı, DYP əməkdaşı və kinoloq - inspektordan ibarət əməliyyat qrupu tərəfindən keçirilir. Qrupun fəaliyyətinə müstəntiq və ya tədqiqatçı rəhbərlik edir, o olmadıqda isə rəhbərlik əməliyyat müvəkkilinə həvalə edilir.

2.3. Hadisə yerində baxış iştirakçıları:

2.3.1. Müstəntiq və ya tədqiqatçı hadisə yerinə baxış keçirir, cinayətin açılmasında əhəmiyyəti olan izlərin, başqa əşyayi dəlillərin aşkarlanmasında iştirak edən digər baxış iştirakçılarının hərəkətlərinə rəhbərlik edir.

- Nəqliyyat vasitələri məfhumu, burada və daha sonra mətn boyu bütün növ avtomobillər, traktorlar, motosikllər, motorollelər (mühərrikinin işçi həcmi 50 sm-dən az olmayan asma mühərrikli velosipedlər, mopedlər) tramvaylar, trolleybuslar və digər özügedən maşınlar başa düşülür.

2.3.2. Əməliyyat müvəkkili cinayətin şahidlərini müəyyən etmək məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri, habelə nəqliyyat vasitələrinin tapılması və cinayət etmiş şəxsləri aşkar etmək üçün tədbir görür.

2.3.3. Kriminalist-tədqiqatçı cinayətin izlərinin tapılmasını, hadisənin baş vermə mexanizminin müəyyən olunmasını, eləcə də cinayətin açılmasına kömək edən əşyaların götürülməsini, qablaşdırılmasını və möhürlənməsini təmin edir. O, həmçinin əldə olan izlər əsasın nəqliyyat vasitəsinin növünü müəyyən etməkdə, yol-nəqliyyat hadisəsini törədən digər səbəblərin araşdırılmasında müstəntiqə və ya tədqiqatçıya köməklik göstərir.

2.3.4. DYP əməkdaşı şahidlərin müəyyən edilməsində, nəqliyyat vasitəsinin tezliklə aşkar edilməsi, hadisənin baş vermə yerinin sxeminin hazırlanmasında, həmin yerə baxış keçirilməsində müstəntiqə və ya tədqiqatçıya lazımi köməklik göstərir.

2.3.5. Kinoloq-inspektor cinayətin baş verməsində istifadə olunub, gizlədilmiş əşyaların tapılması, cinayət törədərək nəqliyyat vasitəsini hadisə yerində qoyub qaçan şəxslərin axtarışında xidməti itin iz götürməsi üçün istinad yerlərini müəyyən edir.

2.4. Nəqliyyat vasitəsinin qaçırıldığı, oğurlandığı yerə baxış keçirilərkən izlərin aşkarlanmasına xüsusi diqqət yetirilir. Cinayətkarın müəyyən olunmasına yardım edən əl-ayaq izləri, nəqliyyat vasitəsinin sındırıldığı alət, onun hissələri, paltardan qalıqlar və sair əşyalar götürülür.

2.5. Yol-nəqliyyat hadisəsi törətmiş şəxs və onun idarə etdiyi nəqliyyat vasitəsi məlum olmadıqda hadisə yerinə baxış zamanı nəqliyyat vasitəsinin markası, modeli və hərəkət marşrutu barədə məlumat əldə edilməsi məqsədilə izlərin aşkar edilib qeydə alınmasına əşyayi dəlillərin götürülməsinə xüsusi diqqət yetirilir.

2.6. Yol-nəqliyyat hadisəsi yerində aşkar edilən nəqliyyat vasitəsinin sahibi avtomobilin hadisədən əvvəl qaçırılması barədə ərizə verərsə, avtomobildə qaçırılma izlərinin olmasına və avtomobildə qaçırma əleyhinə qurğunun quraşdırılmasına diqqət yetirilir, onun hadisə yerində qorunması təmin edilir və sahibin ailə üzvlərindən, tanışlarından, iş yoldaşlarından ərizə ilə bağlı izahatlar alınır.

2.7. Hadisə yerinə baxış zamanı əldə edilən məlumat təhlil edilir, ümumiləşdirilir və nəticələri təxirəsalınmadan axtarış tədbirlərinə düzəlişlər vermək üçün daxili işlər orqanlarının məsul növbətçisinə təqdim olunur.

3.1. Növbəti istintaq və əməliyyat-axtarış tədbirləri qaçırılmış nəqliyyat vasitəsinin qarşısını kəsmək və onun yaxalanması məqsədilə hadisə yerindən əldə olunmuş məlumata əsasən aparılır.

3.2. Qaçırılmış, oğurlanmış nəqliyyat vasitələrinin, həmin cinayətləri etmiş şəxslərin, həmçinin insan tələfatı ilə, yaxud bədən xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və qaçıb gizlənən sürücülərin axtarışı istintaq bölmələrilə, cinayət axtarışı yol polisi, post-patrul xidməti naryadları və polis sahə inspektorları ilə qarşılıqlı istintaq və əməliyyat axtarış tədbirləri əsasında aparılır. Hadisə yerindən toplanan məlumatlar nəzərə alınmaqla axtarış tədbirləri planlarında aşağıdakılar nəzərdə tutulur:

3.2.1. Cinayət işində şübhəli şəxslər qismində keçənlərin və axtarışda olan nəqliyyat vasitələrinin gizlədilə biləcəyi yer barədə fərziyyələrin işlənib hazırlanması və yoxlanılması.

3.2.2. Ərazi yanğından mühafizə xidmətinin əməkdaşlarının cəlb edilməsi ilə əməliyyat qrupunun üzvləri tərəfindən axtarış tədbirlərinin keçirilməsi.

3.3. Axtarış tədbirləri planlaşdırılarkən iş həcminin müəyyənləşdirilməsi, həmin işə cəlb olunan qüvvə və vasitələr, əməliyyat qrupunun üzvləri və məsul şəxslər, işin icra müddəti və onun yerinə yetirilməsinin üsulları müəyyən olunur.

3.4. Növbəti istintaq və əməliyyat-axtarış tədbirlərinin ilkin planı rayon, şəhər, polis idarə və şöbələrinin rəhbərləri tərəfindən təsdiq edilərək nəzarətə götürülür.

3.4.1. Rayon və şəhər polis orqanları rəislərinin əmri ilə planlaşdırlmış növbəti istintaq və əməliyyat-axtarış tədbirlərinə nəzarət cinayət axtarışı xidmətinin rəhbərlərinə də həvalə oluna bilər. Sonuncular bilavasitə daxili işlər orqanlarının axtarış planlarının işlənilib hazırlanmasında iştirak edir, həmçinin axtarış tədbirlərinin keçirilməsini təşkil edirlər.

3.5. Axtarışda olan nəqliyyat vasitəsi haqqında məlumatlar daxili işlər orqanlarının post patrul xidmətlərinə çatdırılır və bu barədə xidmətaparma jurnalında qeydlər edilir, jurnaldakı qeydlərin düzgünlüyünü ictimai təhlükəsizlik xidmətlərinin rəhbərləri tərəfindən nəzarət edilir.

3.6. Axtarışda olan nəqliyyat vasitəsini tapmaq məqsədilə şəhər və qəsəbələrin, küçələrinə, dalanlarına, həyətlərinə, meşə sahələrinə və nəqliyyat vasitəsinin gizlədilə biləcəyi ehtimal olunan digər sahələrə diqqətlə baxış keçirilir. Avtomobil təsərrüfatları, qarajlar texniki-təmir stansiyaları və məntəqələri, duracaqlar yoxlanılır.

3.7. Nəqliyyat vasitələrinin dövlət texniki baxışı və dövlət qeydiyyatı zamanı, həmçinin yol hərəkətinə nəzarət edilərkən sənədlərdə saxtakarlıq əlamətləri müəyyən edilməklə, aqreqat nömrəsi ilə qeydiyyat şəhadətnaməsinin göstəriciləri tutuşdurulmaqla və sair yollarla axtarılan nəqliyyat vasitəsi müəyyən edilir.

3.8. Axtarışda olan nəqliyyat vasitəsinin digər polis orqanının xidmət ərazisində olması barədə məlumat əldə edildikdə axtarışı həyata keçirən əməliyyat müvəkkili bu orqana axtarış tapşırığı göndərərək aşağıdakıları qeyd edir:

3.8.1. Yol-nəqliyyat hadisəsinin baş verməsi şəraiti, nəqliyyatın oğurlanması, sürücüyə zor tədbiq edilməsi haqqında məlumat;

3.8.2. Axtarışda olan nəqliyyat vasitəsi – markası və tipi, ban və mühərrik nömrəsi, rəngi, habelə onun oturacaqlarının, salonun rəngi, spidometrin göstəricisi, mühərrikinin növü (dizel, benzin) və s. xüsusi əlamətləri qeyd olunur;

3.8.3. Axtarılan nəqliyyat vasitəsinin ehtimal olunma yeri;

3.8.4. Nəqliyyat vasitəsi tapıldıqda icrası vacib sayılan hərəkətlər.

3.9. Axtarılan nəqliyyat vasitəsi aşkar edildikdə və ya cinayətkarlar yaxalandıqda bu barədə təşəbbüskara dərhal məlumat verilir.

3.10. Zərurət yarandığı hallarda əməliyyat axtarış tədbirlərini birgə aparması üçün konkret nəqliyyat vasitəsinin axtarışı ilə məşğul olan əməkdaş digər şəhər və rayonlara da ezam edilirlər.

4.1. Yoxlanılması üçün sürücü tərəfindən təqdim edilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində, sürücülük vəsiqəsində uyğunsuzluq və saxtakarlıq əlamətləri aşkar edildikdə həmin sənədlər daxili işlər orqanlarının əməkdaşları tərəfindən götürülür. Nəqliyyat vasitəsinin mühərrik, şassi və ban nömrələrinin onların qeydiyyat şəhadətnamələrindəki rəqəmlərə uyğun gəlmədikdə və saxtalıq əlamətləri olduqda həmin nəqliyyat vasitəsi saxlanılması üçün DYP orqaının mühafizə olunan duracağına göndərilir. Aşkar olunmuş fakt üzrə şahidlərini iştirakı ilə bu Təlimata 1 saylı əlavəyə uyğun formada Protokol tərtib olunur. Sürücüdən və ya nəqliyyat vasitəsi sahibindən yazılı izahat alınır və götürülən sənədlərin əvəzində ona protokolun surəti verilir. Nəqliyyat vasitəsi duracağa göndərildikdə, nəqliyyat vasitəsinin saxlanca qəbulu barədə 2 nüsxədə akt tərtib olunur və onun bir nüsxəsi sürücüyə təqdim edilir.

4.2. Toplanmış ilkin materiallar yoxlama təyin olunması üçün daxili işlər orqanının rəhbərinə məruzə edilir. Bu fakt Dövlət Yol Polisinin nizami hissəsi tərəfindən aşkar olunduqda materiallar ərazi üzrə daxili işlər orqanına göndərilir.

4.3. Nəqliyyat vasitəsinin mühərriki, ban (VİN) və şassi nömrələrində rəqəmlərin saxtalaşdırılması, həmçinin onların qeydiyyat şəhadətnaməsinin rəqəmləri ilə uyğunsuzluğu, sürücülük vəsiqəsində və qeydiyyat şəhadətnaməsində saxtakarlıq faktı aşkar edildikdə, yoxlama daxili işlər orqanı tərəfindən aparılır.

4.4. Nömrələri saxtalaşdırılmış və ya uyğunsuzluq aşkar edilmiş mühərrik, şassi və banın əldə edildiyi yer, vaxt barədə nəqliyyat vasitəsinin sahibinin yazılı izahatı alınır, onların əvvəlki sahibləri, təmir işlərində iştirak edən şəxslər müəyyənləşdirilir. Lazım gəldikdə sorğu əsasında mühərrik, şassi və banın satışının qanuniliyi barədə arayışlar, aktların surəti və s. sənədlər tələb olunur.

4.5. Nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələrində, həmçinin sənədlərdə saxtakarlığa yol verildiyini təsdiq etmək üçün ekspert tədqiqatı aparılır. Ekspert tədqiqatı nəticəsində aşkar edilmiş ilkin rəqəmlər oğurlanmış və ya qaçrılmış nəqliyyat vasitələrinin DİN ƏSİ-də olan axtarış bazası üzrə yoxlanılır.

4.6. Mühərrik, ban və şassi nömrələrində edilmiş saxtakarlıq, həmçinin onların rəqəmlərinin qeydiyyat şəhadətnamələrinin göstəriciləri ilə uyğunsuzluq faktları üzrə rəqəmlərinin düzgünlüyü, onların qeydiyyatdan keçirilməsi və nəqliyyat vasitəsinin gələcəkdə istifadə olunmasına icazə verilməsi haqqında qərar (qətnamə) çıxarılır.

4.7. Sürücülük vəsiqəsi və qeydiyyat şəhadətnaməsində aşkar edilən saxtakarlıq faktları üzrə cinayət prosesual qanunvericiliyinə uyğun olaraq cinayət işinin başlanması haqqında qərar qəbul olunur.

5.1. Axtarışda olan nəqliyyat vasitələri aşkar edildikdə daxili işlər orqanlarının əməkdaşları tərəfindən qorunması təmin olunur. Bununla bərabər, dəlil-sübut kimi əhəmiyyət kəsb edən əl izlərinin, əşyalarının qorunması üçün bütün tədbirlər görülür. İzləri və əşyayi-dəlilləri itirməmək üçün istintaq-əməliyyat qrupu gələnədək nəqliyyat vasitələrinin yerini dəyişmək, digər hərəkətlərə yol vermək qadağan edilir.

5.2. Nəqliyyat vasitəsinin saxlanılması, yol nəqliyyat hadisəsi yerindən qaçmış şəxslərin müəyyənləşdirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır.

5.3. Ərazi polis orqanının növbətçi hissəsi axtarışda olan nəqliyyat vasitəsinin aşkar edildiyi yerə istintaq - əməliyyat qrupunun göndərilməsini təşkil edir və bu barədə DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə (NHİX) məlumat verilir. Müstəntiq və ya tədqiqatçı hadisə yerinə DYP əməkdaşı, kriminalist-tədqiqatçı və kinoloqun iştiraki ilə baxış keçirir. Tapılmış nəqliyyat vasitəsinə baxış protokolu və onun saxlanca təhvil verilməsi haqqında akt tərtib edilərək axtarışın təşəbbüskarlarına göndərilir.

5.4. Axtarışda olan nəqliyyat vasitəsi aşkar edildikdə DİN NHİX BDYPİ-nin Növbətçi hissəsini və yol polisinin daimi postlarım onun axtarışının dayandırılması barədə məlumat verilir.

5.5. Aşkar olunmuş nəqliyyat vasitəsi müstəntiqin qərarı ilə sahibinə qaytarılanadək DYP-nin mühafizə olunan duracağında saxlanılır.

6.1. “Yaxalama” xüsusi əməliyyat-axtarış tədbirləri DİN-nin 04.10.2001-ci il tarixli 09 saylı “nəqliyyat vasitələrinin qaçırılması, oğurlanması, zor tətbiq etməklə sürücülərin əlindən alınması və naməlum şəraitdə baş verən YNH-nin cinayətlərin açılması, cinayətkarların yaxalanması və axtarışı elan olunan nəqliyyat vasitələrinin aşkar edilib saxlanılması, eləcə də bu sahədə Daxili işlər Orqanlarının müvafiq xidmətlərinin qarşılıqlı fəaliyyətlərinin əlaqələndirilməsi haqqında əmrin tələblərinə uyğun olaraq həyata keçirilir.

7.1. “Sipər” sistemi respublika ərazisindən oğurlanmış, qaçırlmış nəqliyyat vasitələrinin xarici dövlətlərə çıxarılmasının, eləcə də xaricdən belə nəqliyyat vasitələrinin ölkə daxilinə gətirilməsinin qarşının alınması məqsədilə yaradılır.

7.2. ”Sipər” sisteminə respublikanın hüdudlarında yerləşən (Təlimata 2 №-li əlavə) BDYPİ YPA-nın daimi postları daxildir.

7.3. “Sipər” sisterni postlarında quraşdırılmış kompüterlərdə respublika ərazisində eləcə də həmsərhəd xarici dövlətlərdə axtarışı elan edilmiş nəqliyyat vasitələrinin məlumat bazası yaradılır. Bu məlumat bazasına nəqliyyat vasitələrinin markası, qeydiyyat nişanının mühərrik, ban (VİN) nömrələri haqqında məlumat daxil edilir və DİN ƏSİİ-dən alınan müvafiq informasiya əsasında DİN BDYPİ tərəfindən mütəmadi olaraq təzələnir.

7.4. “Sipər” sistemi postlarından keçən hər bir nəqliyyat vasitəsi saxlanılaraq, mühərrik, ban (VİN) və şassi nömrələrinin onların qeydiyyat şəhadətnamələrinin göstəricilərinə uyğunluğu, eləcə də məlumat bazasında axtarışa elan edilməsi halı yoxlanılır,

7.5. Respublikaya 30 gün müddətinə qədər müvəqqəti gətirilən xarici dövlətlərin nəqliyyat vasitələri “Sipər” sistemi postlarında qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti qeydiyyata alınırlar.

8.1. Şəhər (rayon) polis idarəsinin şöbəsinin məsul növbətçisi nəqliyyat vasitələrinin qaçırılması (oğurlanması) barədə məlumat alan kimi:

8.1.1. Nəqliyyat vasitəsinin qaçırıldığı yeri, vaxtı, şəraiti, ərizəçi haqqında məlumatları, nəqliyyatın tipini, dövlət qeydiyyat nişanının, mühərrikinin, banının, şassinin nömrələrini, rəngini, çənlərdə olan yanacağın miqdarım onun xüsusi əlamətlərini, mövcud texniki nasazlıqlarını, salonun səciyyəvi cəhətlərini müəyyən edir.

8.1.2. DYP-nin radiolaşdırılmış keşik avtonəqliyyat vasitələrini, post patrul xidməti və polisin digər bölmələrinin naryadlarını, yanacaq-doldurma məntəqələrinin və dəmiryolu keçidlərinin işçilərini, DİN NHOİX vasitəsilə DYP-nin daimi və “Sipər” sistemi postlarım təlimatlandırır.

8.1.3. Axtarışda olan nəqliyyat vasitəsinin hərəkəti ehtimal olunan bütün istiqamətlərdə post-patrul xidməti dislokasiyası üzrə şəxsi heyəti məlumatlandırdıqdan sonra hadisə barədə şəhər (rayon) polis orqanının rəhbərliyinə məruzə edir və hadisə yerinə istintaq-əməliyyat qrupu göndərir.

8.2. Müstəntiq və ya tədqiqatçı:

8.2.1. Cinayətin baş vermə şəraitini aydınlaşdırır, şahidləri müəyyən edir.

8.2.2. Hadisə yerinin baxışma, izlərin götürülməsinə və digər əşyayi-dəlillərin toplanmasına, cinayətin açılması işinə rəhbərlik edir.

8.2.3. Cinayət işinin açılması ilə əlaqədar məsələləri - cinayət törətməkdə şübhəli olan şəxslərin saxlanılmasını, hadisə yerindən götürülmüş izlərin öyrənilməsini və ekspertiza keçirilməsini həll edir.

8.2.4. Cinayət axtarışı müvəkkilləri ilə birlikdə istintaq hərəkətlərinin və əməliyyat axtarış tədbirlərinin planını işləyib hazırlayır.

8.3. Əməliyyat müvəkkili:

8.3.1. Şahidləri üzə çıxarır, nəqliyyat vasitəsinin ehtimal olunan hərəkət marşrutunu, oğurluq nəqliyyat vasitələrinin təmiri, avtomobil hissələrinin alqı-satqısı ilə məşğul olan, əvvəllər eyni cinayət törətməyə görə məhkum olunan, istintaq orqanlarından gizlənən şəxsləri müəyyənləşdirir.

8.3.2. Nəqliyyat vasitəsinin sahibinin qohumlarını, iş yoldaşlarını, qonşularmı dindirir, axtarışda olan nəqliyyatın saxlandığı duracağın əməkdaşları vasitəsilə onun istismarı və saxlanması xüsusiyyətlərini araşdırır.

8.3.3. BDYPİ-nə sorğu edərək avtomobilin aqreqat nömrələri barədə məlumat alır.

8.3.4. Avtomotonəqliyyat və onların ehtiyat hissələrinin satışı üzrə ixtisaslaşmış ticarət obyektlərində, texniki xidmət stansiyalarında, nəqliyyat vasitələrinin təmirilə məşğul olan emalatxanalarda, qarajlarda, duracaqlarda, yanacaq doldurma məntəqələrində və s. yerlərdə əməliyyat-axtarış tədbirlərini həyata keçirir,

8.3.5. Sahə inspektorlarmı ərazilərində olan köhnə nəqliyyat vasitələrinin, qarajların və qeydiyyatda olan əvvəllər məhkum olunmuş şəxslərin yoxlanılmasına yönəldir.

8.3.6. Müstəntiqlə birlikdə əməliyyat-axtarış tədbirlərini aparır.

8.4. Kriminalist-tədqiqatçı:

8.4.1. Texniki vasitələrindən istifadə etməklə, hadisə baş verdiyi yerə baxış keçirir, izləri və digər əşyayi-dəlilləri aşkar edir.

8.4.2. Nəqliyyat vasitələrinin sındırıldığı alətləri, ayaq izlərini, mikro obyektləri aşkar edərək qeydə alır.

8.4.3. Hadisə baş verdiyi yerdə izlərin ilkin öyrənilməsini həyata keçirir, cinayətə aidiyyatı olan nəqliyyat vasitələrinin, şəxsin müəyyənləşdirilməsi məqsədilə axtarış üçün əhəmiyyətli olan məlumat verir.

8.5. Sahə inspektoru.

8.5.1. Xidmət ərazisində əvvəllər avtomotonəqliyyatın oğurluğu və ya qaçırılması, sürücülərə zor tətbiq etməsi səbəbindən məhkum olunmuş şəxsləri, nəqliyyat vasitələrinin təmiri ilə məşğul olan və ya öz qarajlarını başqa şəxslərə istifadəyə verənləri aşkar edir və onların hərəkətlərinə, həyat tərzinə diqqət yetirir.

8.5.2. Mənzil istismar sahələri işçilərinin, inanılmış şəxslərin diqqətini oğurlanmış, qaçırılmış nəqliyyat vasitələrinin, həmçinin bu cinayəti törətmiş şəxslərin tapılmasına yönəldir, onlar ilə birlikdə oğurlanmış nəqliyyat vasitələrinin saxlana biləcək yerləri, qarajları və duracaqları yoxlayır.

8.5.3. Əməliyyat marağı kəsb edən məlumatlar aldıqda şəhər (rayon) polis orqanlarının rəhbərliyinə məruzə edir.

8.6. Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektor.

8.6.1. Əvvəllər nəqliyyat vasitələrini oğurlamış və ya qaçırmış yetkinlik yaşına çatmayanları aşkar edir, qanunvericiliyə uyğun olaraq onları qeydiyyata alır.

8.6.2.Təkrar qanun pozuntularının qarşısını almaq məqsədilə yetkinlik yaşına çatmayanlarla fərdi qaydada tərbiyəvi iş aparır.

8.6.3.Nəqliyyat vasitələrini oğurlamış və ya qaçırmış yetkinlik yaşına çatmayanlara tərbiyəvi cəhətdən təsir etmək məqsədilə sənədlər hazırlayır, yeniyetmələrlə iş üzrə komissiyaya göndərir.

8.6.4.Cinayət axtarış əməkdaşları ilə birlikdə nəqliyyat vasitələrini oğurlamış və ya qaçırmış yetkinlik yaşına çatmayanların bir-birindən təcrid olunması üçün tədbirlər görür, bu cinayətlərə yeniyetmələri sövq edən. və yaxud təşkil edən şəxsləri aşkar edir, toplanmış materialları müvafiq tədbir görülməsi üçün aidiyyatı üzrə göndərir.

8.6.5.Yetkinlik yaşına çatmayanlara və onların valideynlərinə təsir etmək məqsədilə yerli icra hakimiyyəti orqanlarına, eləcə də, müəssisələrin, idarələrin, təhsil müəssisələrinin rəhbərlərinə nəqliyyat vasitələrinin oğurlanmasında, qaçırılmasında yeniyetmələrə şərait yaradan səbəblər barədə məlumat verir, qanun pozuntusuna yol verən şəraitin aradan qaldırılması məqsədilə konkret təkliflər irəli sürür.

8.7. Post-patrul naryadları və mühafizə xidməti əməkdaşları.

8.7.1. Xidmət ərazisində qaçırılmış və ya oğurlanmış nəqliyyat vasitələrinin aşkar olunması və saxlanılması üçün, habelə qoyulmuş izlərin, hadisə yerinin qorunması üçün tədbirlər görür.

8.7.2. Keşikçəkmə marşrutunda olan dəmiryolu keçidlərinin növbətçilərini, yanacaq doldurulma məntəqəsi işçilərini bu işə yönəldir.

8.7.3. Xidmət postları və marşrutları hüdudlarında nəqliyyat vasitələrinin saxlanıldığı yerlərdən, qarajlardan oğurlanmasının qarşısının alınmasına yönəlmiş xəbərdarlıq tədbirləri həyata keçirir. Axtarışı elan edilmiş nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını postları hüdudunda olan nəqliyyat vasitələrinin nişanları ilə tutuşdurub yoxlayır.

8.7.4. Axtarılan nəqliyyat vasitəsini aşkar etdikdə onun qorunması üçün tədbir görür və ərazi polis orqanının məsul növbətçisinə xəbər verir.

8.7.5. Avtomobil duracaqlarının yerləşdiyi ərazidə özünü şübhəli aparan şəxsləri, şəxsiyyətlərini müəyyən etmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada daxili işlər orqanlarına gətirirlər.

8.8. Polis orqanının məsul növbətçisi.

8.8.1. Hadisənin baş verdiyi yer və axtarışda olan nəqliyyat vasitəsi haqqında əldə olunmuş məlumatlara əsasən, nəqliyyatın hərəkəli ehtimal olunan yolların polis patrul xidmətinin naryadları tərəfindən bağlanılmasını təşkil edir. Bu barədə telefon və radiorabitə vasitəsi ilə NHOİX-nə və daxili işlər orqanlarının növbətçi hissələrinə, DYP-nin daimi postlarına məlumat verir.

8.8.2. Axtarılan nəqliyyat vasitəsinin ölkə xaricinə hərəkət etməsi mümkünlüyü haqqında məlumat daxil olduqda, bu barədə dərhal DİN-nin NHOİX-nə xəbər verir.

8.8.3. Axtarılan nəqliyyat vasitəsi haqqında əlavə məlumat olduqda, onu axtarış əməliyyatında iştirak edən naryadlara ötürür, nəqliyyatın saxlanılması üçün yollarda maneələrin qoyulması metodlarım və yerini müəyyən edir.

8.8.4. Nəqliyyat vasitəsinin axtarışının dayandırılması barədə məlumatı axtarışda iştirak edən polis naryadlarına ötürür.

8.8.5. Qaçırılmış və ya oğurlanmış nəqliyyat vasitələri haqqında təxirəsalınmadan xidmət ərazisində yerləşən BDYPİ-nin qeydiyyat-imtahan bölmələrinə məlumat verir.

8.9. DİN BCAİ-nin əməkdaşı:

8.9.1. Nəqliyyat vasitələrinin axtarışı təcrübəsini öyrənir, təhlil edir, ümumiləşdirir və səmərəliliyinin yüksəldilməsinə dair təklif verir.

8.9.2. Nəqliyyat vasitəsinin axtarılmasında cinayət axtarışı bölmələrinin əməliyyat heyətinə əməli kömək göstərir.

8.9.3. Əməliyyat axtarış işləri üzrə tədbirlər planının icrasına nəzarət edir.

8.9.4. Nəqliyyat vasitələrini oğurlamağa görə əvvəllər məhkum olunmuş şəxslərin, habelə nəqliyyat vasitələrinin, onların ehtiyat hissələrinin qanunsuz alqı-satqısı, eləcə də, müvafiq icazə olmadan ev şəraitində avtomotonəqliyyatın icazəsiz təmirilə məşğul olan şəxslərə dair əməliyyat-axtarış tədbirlərinin uçotunu təşkil edir.

8.9.5. Nəqliyyat vasitəsini qaçırma və oğurluğu hallarının eyni şəxs (ya qrup) tərəfindən, həmçinin eyni üsulla icra olunduğuna kifayət qədər əsas olduqda, əməliyyat-axtarış tədbirlərinin keçirilməsində şəxsən iştirak edir.

8.9.6. Nəqliyyat vasitələrinin qaçırılması və ya oğurlanmasının səbəb və şəraitini öyrənir və təhlil edir.

8.9.7. Nəqliyyat vasitələrinin axtarışının uğurlu keçməsi üçün DYP və polisin digər xidməti hissələrinin əməkdaşları ilə əlaqə yaradır.

8.9.8. Liter işi aparır.

8.9.9. Nəqliyyat vasitələrinin qaçırılması, oğurlanması faktları üzrə əvvəllər məhkum olunmuş şəxslərə dair təhlil əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq təcridxanalarında bağlı qalmış belə cinayətlərlə əlaqədar əməliyyat-axtarış fəaliyyətini həyata keçirir.

8.10. BDYPİ-nin axtarış üzrə inspektoru:

8.10.1. Qaçırılmış, oğurlanmış və YNH-i yerindən qaçmış nəqliyyat vasitələrinin axtarışında iştirak edən DYP-nin nizami hissələrinin əməkdaşlarının fəaliyyətini istiqamətləndirir.

8.10.2. Axtarışda olan nəqliyyat vasitələrinin tapılmasında cinayət axtarışı əməkdaşları ilə qarşılıqlı əlaqə yaradır.

8.10.3. Qaçırılmış, oğurlanmış nəqliyyat vasitələrinin axtarışına dair DYP bölmələri tərəfindən görülən əməliyyat-axtarış tədbirləri haqqında məlumatları ümumiləşdirir, onları rübdə bir dəfə DİN ƏSİİ-nin məlumatları ilə tutuşduraraq yoxlayır. Məlumatlarda uyğunsuzluq aşkar edildikdə bu barədə BDYPİ-nin rəhbərliyinə məruzə edir.

8.10.4.Nəqliyyat vasitələrinin axtarışında DYP bölmələrinin tədbirlərinin təhlilinə əsasən bu işin səmərəliliyini artırmaq üçün tövsiyyələr hazırlayır və onların icrasına nəzarət edir.

8.10.5.Nəqliyyat vasitələrinin axtarışı, onların aşkar edilməsi metodları üzrə şəxsi heyətinin cinayət axatarış əməkdaşları ilə birlikdə məşqlər keçməsini təşkil edir. Məşqlərin nəticələrini ümumiləşdirərək aşkar edilmiş nöqsanların aradan qaldırması barədə BDYPİ-nin rəhbərliyinə təkliflər hazırlayır.

8.10.6. Nəqliyyat vasitələrinin axtarışı barədə DYP-nin yol-patrul xidməti hissələrinə, qeydiyyat-imtahan bölmələrinə və dövlət avtomobil müfəttişlərinə məlumatların vaxtında, düzgün verilməsinə nəzarət edir.

8.10.7. Nəqliyyat vasitələrinin mütərəqqi axtarış üsulları, xarici dövlətlərin bu sahədə iş metodu və istifadə edilən texniki vasitələrin tətbiqi haqqında BDYPİ-nin rəhbərliyinə təkliflər verir.

8.11. BDYPİ-nin qeydiyyat-imtahan şöbəsinin axtarış üzrə inspektoru:

8.11.1. Şübhə doğuran nəqliyyat vasitələrinin qeydiyyat sənədlərinin göstəricilərinin, mühərrik, ban və şassi nömrələrini diqqətlə yoxlayır.

8.11.2. Nəqliyyat vasitələrində aşkar edilmiş saxta nişanlar, habelə qeydiyyat şəhadətnaməsinin göstəricilərilə aqreqat nömrələrinin uyğunsuzluğu faktı üzrə yoxlama aparır.

8.11.3. Oğurlanmış, qaçırılmış nəqliyyat vasitələrinin kompüter vasitəsilə axtarışı aparır. Şəhər (rayon) polis orqanları tərəfindən saxlanılan və sahibsiz qalan nəqliyyat vasitələrinin aqreqat nömrələrinin kompüter bazasında yoxlayır.

8.11.4.Nəqliyyat vasitələrinin axtarışı ilə bağlı baş idarəyə daxil olan sorğulara cavab hazırlayır.

8.11.5.Xüsusi texniki vasitələrdən istifadə etməklə nəqliyyat vasitələrinin qeydiyyat sənədlərinin və sürücülük vəsiqələrinin saxtalığı yoxlanışmı keçirir.

8.12. Şəhər (rayon) polis idarələrinin (şöbələrinin) dövlət avtomobil müfəttişi:

8.12.1. Dövlət texniki baxışı zamanı axtarışda olan nəqliyyat vasitələrini aşkar edilməsi üzrə tədbirlər görür.

8.12.2. Xidmət ərazisində yerləşən avtomobil təsərrüfatlarında, qarajlarda, duracaqlarda keçirilən nəqliyyat vasitələrinin axtarışı tədbirlərində bilavasitə iştirak edir.

8.12.3. Axtarışda olan nəqliyyat vasitəsini aşkar etdikdə onu sürücüsü ilə birlikdə polis orqanının növbətçi hissəsinə gətirir və bu barədə raportla birbaşa rəisə məruzə edir.

8.12.4. Nəqliyyat vasitələrinin mühərriklərində, ban və şassisində istehsalçı zavod tərəfindən qeyd olunmuş nömrələrin hərf və rəqəmlərinin, digər şifrləmə nişanələrini qeydiyyat şəhadətnaməsindəki rəqəmlərlə müqayisə edir, saxtakarlıq hallarmı üzə çıxarır.

8.13. BDYPİ YPA-nın “Sipər” nəzarət postunda xidmət edən baş YPX inspektoru:

8.13.1.Oğurlanmış, qaçrılmış və YNH-i yerindən qaçmış nəqliyyat vasitələrini aşkar etmək məqsədilə postdan keçən uyğun əlamətləri olan nəqliyyat vasitələrinin saxlanılması barədə tabeliyində olan inspektorlara göstəriş verir.

8.13.2.Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrini və digər sənədləri diqqətlə yoxlayır, onların göstəricilərinin kompüter bazası ilə tutuşdurulması barədə postun operatoruna göstəriş verir.

8.13.3.Sürücülərin və sərnişinlərin şübhəli davranışlarına göz qoyur, şəxsi təhlükəsizliyi təmin etməklə nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələrinin, qeydiyyat şəhadətnaməsindəki (arayış hesabdakı) nömrələrlə uyğunluğunu yoxlayır.

8.13.4.Xüsusi texniki vasitələrdən istifadə etməklə nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrini və sürücülük vəsiqələrini yoxlayır, saxtalıq əlamətləri müəyyən etdikdə bu təlimatın 4-cü fəslinin tələblərinə müvafiq hərəkət edir.

8.13.5.Oğurlanmış və ya qaçırlmış nəqliyyat vasitəsi sürücülərim və sərnişinlərini tutub saxlayır, onların polis orqanı növbətçi hissəsinə gətirilməsini təmin edir.

8.13.6.Qanunvericiliklə müəyyən edilmiş hallarda respublika ərazisinə 30 gün müddətinə müvəqqəti gətirilən nəqliyyat vasitələri sürücülərinə müvəqqəti qeydiyyat talonu verir.

8.13.7.Postun kompüter sisteminə respublika üzrə axtarışda olan və itkin düşən şəxslər barədə məlumat daxil edildikdə, o postdan keçən bütün sürücü və sərnişinlərin yoxlanılmasını təmin edir.

8.14. Şəhər (rayon) polis idarələrinin (şöbələrinin) axtarış üzrə inspektorları:

8.14.1.Xidmət ərazisində baş verən naməlum YNH-nin, qaçırılmış nəqliyyat vasitələrinin “İsti izlər”lə axtarışı məqsədilə şəxsən hadisə yerinə gedir, nəqliyyat vasitələrinin axtarışı ilə əlaqədar istintaq qrupunun rəhbərinin göstərişlərini icra edir.

8.14.2.Nəqliyyat vasitələrinin axtarışı ilə əlaqədar xidmət ərazisində yerləşən təmir emalatxanalarına, qarajlara, nəqliyyat vasitələrinin söküldüyü yerlərə köhnə ehtiyat hissələrinin alqı-satqı yerinə baxış keçirir, günahkar şəxsləri inzibati məsuliyyətə cəlb edir.

8.14.3.Nəqliyyat vasitələrinin axtarışı ilə əlaqədar xidmət ərazisində mütəmadi qeydlər keçirir. Ban detallarında mexaniki zədələr, dövlət qeydiyyat nişanlarında mühərrikin, ban və şassi nömrələrində, qeydiyyat şəhadətnamələrində saxtakarlıq əlamətləri aşkar edildikdə hal üzrə ilkin araşdırma aparır, cinayət xarakterli faktlar aşkar etdikdə toplanmış materialları istintaq-təhqiqat orqanlarına təqdim edir.

8.14.4.Xidmət ərazisi üzrə oğurlanmış, itirilmiş dövlət qeydiyyat nişanlarının, qeydiyyat şəhadətnamələrinin, eləcə də nəqliyyat vasitələrindən istifadə hüququ verən digər sənədlərin uçotunu apararaq bu barədə məlumatların DYP-nin imtahan-qeydiyyat və digər hissələrinə verilməsini təşkil edir.

8.14.5.Naməlum YNH-nin, qaçırılmış avtomobillərin axtarışına dair nəzarət işi açır, BDYPİ-nə onun aparılması barədə hesabat verir.

Hər rübün sonunda BDYPİ-nə xidmət ərazisində naməlum şəraitdə baş vermiş YNH-ləri, oğurlanmış, qaçırılmış nəqliyyat vasitələri barədə məlumat təqdim edir

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver