Qanunvericilik › Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) işə düzəlməsi

Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Müvafiq icra hakimiyyəti orqanları qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) iş yeri seçməkdə kömək göstərirlər.

Fasiləsiz iş stajının bərpası qanunvericilikdə nəzərdə tutulmuş qaydada yeni iş yerində həyata keçirilir.

Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) ixtisasını artırması və ya yeni peşə öyrənilməsi ilə əlaqədar istehsalatdan ayrıldığı dövrdə ona yeni iş yerində yeni ixtisası üzrə orta əmək haqqı ödənilir. İstehsalatdan ayrılmadan ixtisasını dəyişməklə əlaqədar bütün istehsal dövrü üçün əmək haqqındakı fərqi qaçqına və ya məcburi köçkünə (ölkə daxilində köçürürmüş şəxsə) onunla əmək müqaviləsi bağlamış idarə, müəssisə və təşkilat ödəyir.

Qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin alınması tələb olunmur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver