Bu Qanunun 1-ci maddəsinin birinci hissəsində göstərilmiş səbəblərə görə başqa dövlətdən qanunsuz olaraq Azərbaycan Respublikasına gəlmiş və mümkün qədər tez müvafiq səlahiyyətli orqana müraciət etmiş şəxs həmin orqanın əsaslandırılmış qərarı ilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan məsuliyyətdən azad edilir.
Qaçqın bu Qanunun 1-ci maddəsinin birinci hissəsində göstərilmiş səbəblərə görə onun həyat və ya azadlığını təhlükə gözləyən ölkəyə heç bir halda göndərilmir və ya məcburi qaytarılmır.
II fəsil
QaçqInlarIn və məcburİ köçkünlərİn (ölkə daxİlİndə köçürülmüş şəxslərİn) hüquqİ statusu