Müalicə müəssisələri qanın, qan komponentlərinin resipiyentə köçürülməsi nəticəsində baş verən hər hansı ciddi əlavə təsirlər (posttransfuzion ağırlaşmalar) barəsində köçürülən qanın, qan komponentlərinin tədarükünü edən qan xidməti müəssisəsinə (qan bankına) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidirlər. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) belə məlumat daxil olduqda keyfiyyətsiz qan və qan komponentlərinin dövriyyədən çıxarılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.
Qanunvericilik › Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13
Maddə 13. Ciddi əlavə təsirlər (posttransfuzion ağırlaşmalar) barədə məlumatın verilməsi
Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver