6.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), qan xidməti müəssisələri (qan bankları) pulsuz (əvəzsiz) qanın, qan komponentlərinin donorluğunun təbliği üzrə tədbirlərin həyata keçirilməsini təmin etməyə borcludurlar.
6.2. Qeyri-hökumət təşkilatları, o cümlədən ictimai birliklər və fondlar qanın və qan komponentlərinin müalicə məqsədləri üçün könüllü və pulsuz (əvəzsiz) verilməsinin təbliğində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə birlikdə iştirak edə bilərlər.
6.3. Qanın, qan komponentlərinin donorluğu barədə əhalinin maarifləndirilməsi tədbirləri mətbuat, radio, televiziya vasitəsi, plakatların, bülletenlərin və s. nəşri ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.