“Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 263 nömrəli Fərmanının 1.6-cı və 1.7-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi Qaydası” və “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 28 yanvar 2006-cı il
1.1. Qanın, qan komponentlərinin tədarükü zamanı ilk növbədə qan alınan yerin, yəni dirsək büküyünün dəri səthinin hazırlanmasına ciddi fikir verilməlidir. İstifadə olunan antiseptik məhlulun venapunksiyaya qədər dəri səthindən tam buxarlanmasını gözləmək lazımdır. Antiseptik məhlulun növündən asılı olaraq qurumağa sərf olunan vaxt müxtəlif olur, lakin bu müddət ən azı 30 saniyə olmalıdır. İynə hazırlanmış yerə daxil edilənə qədər oraya toxunulmamalıdır.
1.2. Qan tədarükünün bütün mərhələlərində qanın antikoaqulyantla lazımi qaydada qarışması təmin olunmalıdır. Buna nail olmaq üçün qan gəlməyə başlayan andan dərhal antikoaqulyantla təmasda olmalı və yetərincə qarışdırılmalıdır.
1.3. İdeal vəziyyətdə bütöv qanın götürülmə müddəti 10 dəqiqədən çox çəkməməlidir. Əgər qangötürmə müddəti 12 dəqiqədən çox olarsa, belə qan trombositlərin alınması üçün istifadə olunmamalıdır. Əgər qangötürmə müddəti 15 dəqiqədən çox çəkərsə, belə qanın plazması birbaşa köçürülmə və ya koaqulyasiya faktorlarının hazırlanması məqsədilə istifadə olunmamalıdır.
1.4. Aferez əməliyyatı zamanı qan axınında hər hansı bir fasilə olarsa, belə qan labil plazma zülalları və ya trombositlərin hazırlanması üçün istifadə olunmamalıdır.
1.5. Əllə qarışdırılma zamanı qan torbası hər 30-45 saniyədən bir çevrilməlidir. Qanın qarışdırılması üçün avtomatik üsullardan istifadə edildikdə, müəyyən edilmiş qaydalara əməl olunmalıdır.
1.6. Qan komponentlərinin hüceyrə separatorları ilə ayrılması və toplanması müvafiq ölçüdə otaqlar, xidmət, avadanlıqlara qulluq və bu avadanlıqlardan istifadə edə bilən işçilər tələb edir.
1.7. Əməliyyat zamanı donor həkimin müşahidəsi altında olmalı və arzuolunmaz reaksiyalar baş verdikdə, təcili tibbi yardım ala bilməlidir.
1.8. Götürülən qanın ümumi həcmi 250-450 ml olmalıdır, yəni donor qanının ümumi həcminin 13%-dən çox olmamalıdır.
1.9. Qan götürülən qabların (plastik torbalar və sistemlər) etiketində aydın oxuna bilən aşağıdakı məlumatlar olmalıdır:
istehsalçının adı və ünvanı;
qan torbasının adı və plastik materialın növü;
antikoaqulyantın və əlavə olunan məhlulun (əgər istifadə olunarsa) tərkibi və həcmi;
istehsalçı haqqında məlumat;
qab haqqında məlumat (seriya nömrəsi və dəstin konteyner nömrəsi); istehsalçının gözlə və xüsusi cihazla oxuna biləcək formada yazılmış kodu.
2.1. Qüsurların aşkar edilməsi məqsədilə qanalma üçün istifadə olunan qablar qanalmadan əvvəl və sonra yoxlanılmalıdır. Qab istifadədən əvvəl təyin olunmuş antikoaqulyant məhlulunun tərkibinə və xarici görünüşünə görə yoxlanılmalıdır. Açıldıqdan sonra torbaların və yarlığın üzərində nəmlik və ya onların rənginin dəyişməsi müşahidə olunarsa, həmin qablardan istifadə etmək olmaz.
2.2. Hər bir götürülən qanın gözlə və cihazla oxuna biləcək xüsusi tanınma nömrəsi olmalıdır. Xüsusi tanınma nömrəsində qanı götürən müəssisənin kodu, qanın götürülmə ili və seriya nömrəsi göstərilir. Yarlıqvurma sistemi qan müəssisəsi tərəfindən donor və donor qanı haqqında qeyd olunmuş bütün məlumatların izlənməsinə imkan verməlidir.
2.3. Diqqətli yoxlama donor haqqında fərdi məlumatların yarlıqda olan məlumatlarla eyniliyindən ibarətdir.
3.1. Müasir transfuzion terapiyanın əsas məqsədi qan komponentlərinin klinik cəhətdən əsaslandırılmış istifadəsidir. Hazırda bütöv qandan klinik şəraitdə istifadə olunmur və yalnız istisna hallarda istifadə oluna bilər.
3.2. Qan komponentləri bütöv qanın qan bankında sentrifuqada çökdürülmə, süzülmə və doldurulma kimi üsullarla alınan müalicəvi hissələridir.
3.3. Qan komponentləri aferez üsulu ilə də hazırlana bilər. Plazma, leykosit, trombosit və eritrosit kütlələrini bu üsulla əldə etmək olar.
3.4. Labil qan komponentlərinin aktivliyinin və funksiyalarının pisləşmə ehtimalı yüksək olduğundan keyfiyyət təminatında onun saxlanılma şəraiti və müddəti çox vacib amildir. Belə ki, emal zamanı ləngimələr və qeyri-müvafiq saxlanma şəraiti hazırlanan son məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər.
3.5. Qanın götürülməsi, aferezi və komponentlərinin hazırlanması üçün istifadə olunan plastik materiallar qana uyuşmalı və texnoloji məqsədlər baxımından müvafiq tələblərə cavab verməlidir.
3.6. Komponentləri ayırma prosesi zamanı sistemin qapalılığına nail olmaq üçün çoxtorbalı hazır və ya steril yığılmış sistemdən istifadə edilməlidir. Belə sistemin quruluşu istənilən komponenti steril şəraitdə hazırlamağa imkan verir.
3.7. Komponentlərin hazırlanmasının bütün mərhələlərində yalnız qapalı sistemin istifadəsinin məsləhət görülməsinə baxmayaraq, bakterial çirklənməni minimuma endirmək üçün yerli məhdudiyyətlər nəzərə alınmaqla, ətraf mühitə uyğun açıq sistemlər də istifadə oluna bilər.
3.8. Açıq sistemlər istifadə olunduqda, aseptikaya ciddi riayət etmək lazımdır. Belə yolla alınmış eritrositlər hazırlandıqdan sonra 24 saat ərzində köçürülməlidir, trombositlər isə hazırlandıqdan sonra 6 saat ərzində istifadə olunmalıdır.
3.9. Bakterial müayinə və ya nuklein turşusu sınağı üçün statistik əsaslandırılmış üsulla götürülmüş trombosit nümunəsi çirklənə biləcək bütün qan komponentləri barədə etibarlı məlumatlar verir. Bakterial çirklənmənin aşkar edilməsi üçün aparılan keyfiyyətə nəzarətin məqsədi qanın tədarükünün və emalının qəbul olunmuş standartlara uyğunluğuna əmin olmaqdır. Uzunmüddətli nəzarəti həyata keçirmək üçün müvafiq statistik plana uyğun keyfiyyətə nəzarət aparılmalıdır.
3.10. Bakterial çirklənmə təyin olunmuş həddi aşarsa, mümkün olan səbəbi təyin etmək üçün hərtərəfli araşdırma aparılmalı, bütün qangötürmə və əməliyyat qaydalarına yenidən baxılmalıdır.
4.1. Qan komponentlərinin keyfiyyətini qorumaq məqsədilə saxlanma müddəti ərzində düzgün şərait təşkil olunmalıdır. Yalnız qapalı ayırma və saxlanma sistemləri istifadə olunarsa, bakterial çirklənmə riski əhəmiyyətli dərəcədə azalır.
4.2. Qan komponentlərinin saxlanma, buraxılma və daşınma əməliyyatları təhlükəsiz nə nəzarət oluna bilən qaydada təşkil edilməlidir.
4.3. Saxlanma üçün avadanlıq seçildikdə, aşağıdakılar nəzərə alınmalıdır:
dondurucu və soyuducularda ehtiyat yer olmalı və onların həcmi saxlanılan məhsulları asanlıqla yoxlamağa imkan verməlidir;
avadanlıq etibarlı olmalı və temperatur soyuducunun içərisində bərabər paylanmalıdır;
avadanlıqda temperaturun qeydiyyatı və həyəcan qurğusu olmalıdır;
avadanlığı asanlıqla təmizləmək mümkün olmalı və o, güclü təmizləyici vasitələrə davamlı olmalıdır.
4.4. Tövsiyə olunan saxlanma şəraiti aşağıdakı cədvəldə göstərilən kimi olmalıdır:
Antikoaqulyantdan asılı olaraq 21-35 gün; +2-6°C
Təzə dondurulmuş plazma
Kriopresipitatdan təmizlənmiş plazma
Antikoaqulyant və əlavə edilmiş məhluldan asılı olaraq saxlanma müddəti artırıla bilər
Leykositlərdən təmizlənmiş eritrositlər
Yuyulmuş eritrositlər
Dondurulmuş eritrositlər:
elektrik dondurucusunda
maye azotda saxlanılan
Leykositar təbəqədən alınmış trombosit kütləsi
5.1. Qan, qan komponentlərinin bölüşdürülməsi xəstəxana və ya qan xidməti müəssisəsinin (qan bankı) rəhbərliyi tərəfindən həyata keçirilir. Bu zaman cərrahi əməliyyatlara məruz qalanlara, doğuş vaxtı qan itirənlərə, bədbəxt hadisə zamanı zərər çəkənlərə, irsi qan xəstələrinə üstünlük verilir.
5.2. Qan, qan komponentləri onlar üçün təsdiq olunmuş və daşınmanın maksimal müddəti ərzində temperatur rejiminin saxlanılmasına şərait yaradan sistem vasitəsilə daşınmalıdır.
5.3. Daşınma vaxtı istifadə edilən konteynerlər lazımi avadanlıqla təchiz olunmalı, asanlıqla təmizlənməli və onların istifadəsi çətinlik yaratmamalıdır. Soyuducu nəqliyyatdan istifadə edildikdə, soyuduculara nəzarət prinsipləri həyata keçirilməlidir.
5.4. Təsdiq olunmuş daşınma sistemləri maksimal daşınma müddətinin sonunda (24 saat) temperatur rejiminin +10°C-dən çox olmamasını təmin etməlidir. Qan komponentləri tövsiyə olunan temperatur şəraitində daşınmalıdır.
5.5. Daşınma vaxtı temperatura nəzarət məqsədilə müvafiq temperatur indikatorlarından istifadə etmək məsləhət görülür.
6.1. Qan komponentlərinə yarlıqvurma beynəlxalq standartlara uyğun olmalıdır. Hər bir qan konteynerinin tanınma nömrəsi və donordan qanın götürülməsinin, laboratoriya müayinəsinin, emalının, saxlanılmasının, buraxılmasının, daşınmasının və qan komponentinin köçürülməsinin tam izlənməsinə imkan yaradan, gözlə və ya cihazla oxuna bilən məlumatlar kodlarla təsvir olunmalıdır.
6.2. Təhlükəsiz köçürməyə nail olmaq məqsədilə buraxılma üçün hazır olan komponentin üzərindəki yarlıqda aydın oxuna bilən məlumat, məsələn, xüsusi tanınma nömrəsi (qanın götürülməsinə məsul olan müəssisənin kodu, götürülmə tarixi və seriyası), qan komponentinin adı, xüsusiyyətləri və istifadə qaydası haqqında əsas məlumatlar və yararlılıq tarixi qeyd olunmalıdır.
Mərkəzi Klinik Xəstəxananın qanköçürmə şöbəsi
“Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC-nin qanköçürmə şöbəsi
Respublika Qan Bankı üzrə:
Respublika Qan Bankının Gəncə bölməsi
Respublika Qan Bankının Şəki bölməsi
Respublika Qan Bankının Quba bölməsi
Milli Onkologiya Mərkəzinin qanköçürmə şöbəsi
Milli Hematologiya və Transfuziologiya Mərkəzi
Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun qanköçürmə şöbəsi
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin qanköçürmə şöbəsi
Bakı Sağlamlıq Mərkəzinin qanköçürmə şöbəsi
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının qanköçürmə şöbəsi
Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının qanköçürmə şöbəsi
Respublika Neyrocərrahiyyə Xəstəxanasının qanköçürmə şöbəsi
Mərkəzi Neftçilər Xəstəxanasının qanköçürmə şöbəsi
Yeni Klinikanın qanköçürmə şöbəsi
Kliniki Tibbi Mərkəzin qanköçürmə şöbəsi
Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinin qanköçürmə şöbəsi
Nərimanov Tibb Mərkəzinin qanköçürmə şöbəsi
Nizami Tibb Mərkəzinin qanköçürmə şöbəsi
Sabunçu Tibb Mərkəzinin qanköçürmə şöbəsi
M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin qanköçürmə şöbəsi
Sumqayıt şəhəri üzrə:
Sumqayıt 1 nömrəli Şəhər Xəstəxanasının qanköçürmə şöbəsi
Şəhər və rayonlar üzrə:
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Ağdam Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Ağdaş Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Ağsu Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Ağstafa Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Astara Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Balakən Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Bərdə Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Şabran Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Goranboy Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Göyçay Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Göygöl Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
İmişli Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Qazax Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Qax Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Qəbələ Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Qobustan Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Qusar Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Lerik Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Masallı Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Neftçala Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Oğuz Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Saatlı Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Salyan Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Siyəzən Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Tovuz Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Tərtər Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Ucar Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Yevlax Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Zərdab Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi
Qan Bankı və Qan köçürmə Mərkəzi
Naxçıvan Muxtar Respublika Xəstəxanasının qanköçürmə kabinəsi
Naxçıvan Sağlamlıq Mərkəzinin qanköçürmə kabinəsi
Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin qanköçürmə kabinəsi
Şərur Regional Tibb Mərkəzinin qanköçürmə kabinəsi
Culfa Regional Tibb Mərkəzinin qanköçürmə kabinəsi
1. 9 iyun 2008-ci il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 584)
2. 10 iyun 2008-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 586)
3. 25 iyun 2010-cu il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 566)
4. 9 aprel 2020-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 12 aprel 2020-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 481)
5. 10 oktyabr 2020-ci il tarixli 384 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 oktyabr 2020-ci il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1272)
6. 4 dekabr 2024-cü il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 dekabr 2024-cü il, “Xalq” qəzeti, 11 dekabr 2024-cü il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, I kitab, maddə 1316)
7. 19 dekabr 2025-ci il tarixli 405 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 dekabr 2025-ci il, “Xalq” qəzeti, 6 yanvar 2026-cı il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1250)