Qanunvericilik › Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların təhlükəsizlik və keyfiyyət göstəricilərinin Siyahısı”nın və “Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların təhlükəsizlik və keyfiyyət göstəricilərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.02.2006) › Tam mətn

Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların təhlükəsizlik və keyfiyyət göstəricilərinin Siyahısı”nın və “Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların təhlükəsizlik və keyfiyyət göstəricilərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.02.2006)

Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların təhlükəsizlik və keyfiyyət göstəricilərinin Siyahısı”nın və “Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların təhlükəsizlik və keyfiyyət göstəricilərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.02.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 263 nömrəli Fərmanının 1.10-cu bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların təhlükəsizlik və keyfiyyət göstəricilərinin Siyahısı” və “Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların təhlükəsizlik və keyfiyyət göstəricilərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 6 fevral 2006-cı il

keyfiyyət göstəricilərinə düzgün riayət edilməsidir

göstəricilərin tələbata uyğungəlmə dərəcəsidir

keyfiyyət idarəetməsinin bir hissəsidir və keyfiyyətin tələbata uyğun gəlməsinə yönəldilir; bu, məhsulun keyfiyyətinə ayrılıqda və ya birgə təsir göstərə biləcək amilləri əhatə edir

Keyfiyyətin idarə olunması sistemi (KİS)

təşkilatı keyfiyyətlə bağlı istiqamətləndirən və ona nəzarət edən idarəetmə sistemidir. İstehsal olunmuş komponentlərin keyfiyyətinə etibarlı və müşahidə olunan tərzdə nail olmaq üçün keyfiyyət təminatının ardıcıl tərzdə həyata keçirilməsini təmin edən və sənədləşdirən KİS təşkil olunmalıdır

keyfiyyətin idarə olunmasının bir hissəsidir və göstəricilərin tələblərə uyğun olmasına yönəldilir. Nümunələrin götürülməsini, spesifikasiyasını, müayinəsini, eyni zamanda təşkilati, sənədləşdirmə, uyğunluq testlərinin keçirilməsi və materialların keyfiyyətinin təsdiqinə qədər istifadəyə buraxılmamasını təmin edən əməliyyatları özündə birləşdirir

planlaşdırılmış fəaliyyətin həyata keçirilməsi və planlaşdırılmış nəticələrə nail olma dərəcəsidir

istifadə olunan resurslarla əldə olunan nəticələrin müqayisəsidir

nəzərdə tutulan məhsulun hazırlanma tarixi, istifadəsi və yerləşdirilməsinin izlənə bilməsidir

müvafiq meyarlara uyğunolma dərəcəsinin təyin olunması məqsədilə materialların əldə edilməsi və obyektiv şəkildə qiymətləndirilməsi üçün aparılan mütəmadi, müstəqil sənədləşdirmə prosesidir; işin həqiqətən qəbul olunmuş qaydalar, protokollar və prosedurlar çərçivəsində aparılmasının yoxlanılması üçün bir vasitədir

təşkilatlar tərəfindən fəaliyyətlərinin nəticələrini hərtərəfli və mütəmadi şəkildə nəzərdən keçirməsi və nəticələrin müxtəlif sistemlərlə müqayisə edilməsidir. Bu, təkmilləşdirilməsinə ehtiyac olan sahələrin aşkar olunmasına kömək edə bilər.

Peşə səriştəliyinin yoxlanması

laboratoriya işçilərinin qarşılarında qoyulmuş vəzifələrin həyata keçirilməsi səriştəliyini yoxlamaq üçün xüsusi monitorinq alətidir və kənardan gətirilmiş anonim laboratoriya nümunələrinin köməyi ilə həyata keçirilir.

Standart əməliyyat prosedurları

əməliyyatların aparılmasının bütün mərhələlərinin təlimatıdır

istehsal prosesində və ya prosedurunda baş verən dəyişiklikləri göstərən vasitədir

qanın köçürülməsi zamanı arzuolunmaz və gözlənilməz təsirlər haqqında məlumatların aşkar olunması, toplanması və təhlil edilməsindən ibarətdir; qanköçürməyə nəzarətin dərman nəzarəti ilə bağlılığı vardır və qan komponentlərinin təchizindən sonrakı proseslərə yönəldilir, ardıcıl təkmilləşdirilmə məqsədilə tibb müəssisəsi və istehsalçı arasında qarşılıqlı əlaqəni təmin edir

1.1. Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların resipiyentlərə köçürülməsini həyata keçirən müalicə müəssisələri həmin məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinə əməl olunmasına nəzarəti həyata keçirirlər. Bu məhsulların təhlükəsiz və faydalı olması üçün istehsalın bütün mərhələləri (tədarük, emal, saxlanma, daşınma və buraxılma) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalarla aparılmalıdır.

1.2. Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların təhlükəsizliyinə və keyfiyyətinə nəzarət sistemlərinin yaradılmasında məqsəd qanköçürmə zamanı hər hansı mənfi, arzuolunmaz halların qarşısının alınmasına, onların təhlili, qanköçürmə zənciri boyu təkmilləşmələrin həyata keçirilməsinə və bütöv qanköçürmə prosesinin təhlükəsizliyinin artırılmasına xidmət edir.

1.3. İstehsal olunmuş qan komponentlərinin keyfiyyəti iki əsas amildən asılıdır:

məhsula olan tələblərdən;

məhsulun müvafiq tələblərə cavab verməsini etibarlı təmin edən keyfiyyətin idarə olunması sistemlərindən.

2. KEYFİYYƏTLİ İSTEHSAL PRAKTİKASININ (KİP-in) ƏSAS TƏLƏBLƏRİ

2.1. KİP-in qan komponentlərinin hazırlanmasına olan əsas tələbləri aşağıdakılardır:

- keyfiyyətin idarə edilməsi;

- müvafiq işçi heyət və müəssisənin olması;

- münasib yer, avadanlıq və materialların olması;

- sənədləşdirmənin lazımi qaydada aparılması;

- qanın götürülməsi, yoxlanılması və emalı;

- keyfiyyətə nəzarət və peşə səriştəliyinin yoxlanılması;

- bütün əməliyyatların təsdiq edilməsi;

- şikayətlər və komponentin geri qaytarılması hallarının aradan qaldırılması;

- səhvlərin və baş vermiş hadisələrin araşdırılması;

- məhsul nümunələrinin saxlanılması və keyfiyyətsiz məhsulların ləğv edilməsi;

- özünüqiymətləndirmə, daxili və xarici auditlərin mütəmadi olaraq aparılması.

3. KEYFİYYƏTİN İDARƏ EDİLMƏSİ

3.1. Keyfiyyət - qan komponentlərinin istehsalına cəlb olunmuş bütün şəxslərin məsuliyyətidir. Keyfiyyətin idarə edilməsinə mütəmadi yanaşma məqsədilə keyfiyyəti idarəetmə sistemi tətbiq olunmalıdır.

3.2. Hər bir qan xidməti müəssisəsinin (qan bankının) tərkibində keyfiyyət təminatının və keyfiyyətə nəzarətin həyata keçirilməsini təmin edən cavabdeh müstəqil şöbə olmalıdır.

4. İŞÇİ HEYƏT VƏ MÜƏSSİSƏ

4.1. Qan komponentlərinin keyfiyyət təminatına uyğun istehsalı bu işə cəlb olunmuş şəxslərdən asılıdır. Ona görə də qarşıya qoyulmuş bütün vəzifələri həyata keçirmək üçün kifayət qədər peşəkar işçi heyət yaradılmalıdır.

Onların vəzifələri və məsuliyyəti aydın olmalı və sənədləşdirilməlidir.

4.2. Müəssisədə tabeli strukturunu göstərən təşkilat sxemi olmalı və burada hər bir şəxsin məsuliyyəti aydın şəkildə göstərilməlidir.

5. APARICI İŞÇİ HEYƏT

5.1. Aparıcı işçi heyətə istehsal sahəsində istehsalatın rəhbəri, keyfiyyət təminatının rəhbəri və tibbi mütəxəssis aiddir. Bəzi şəxslər bir neçə vəzifəni daşıya bilər, lakin istehsalatın rəhbəri və keyfiyyət təminatının rəhbəri vəzifəsini müxtəlif şəxslər daşımalı və onlar arasında asılılıq olmamalıdır.

5.2. İşçi heyət öz vəzifələrinə uyğun olaraq ilkin və vaxtaşırı təlimlər keçməlidir.

Bu məqsədlə təlim proqramları hazırlanmalı və proqramların səmərəliliyi üçün işçilərin səriştəliliyi mütəmadi qiymətləndirilməlidir. Təlim sənədləşdirilməli və ona aid bütün qeydlər saxlanılmalıdır.

5.3 Eyni zamanda işçi heyət üçün onların işinə uyğun olan keyfiyyətli istehsal praktikası prinsiplərinə dair təlimlər keçirilməlidir.

5.4. İşçi heyət mikrobiologiya və gigiyena üzrə müvafiq biliklərə malik olmalı və daim yadda saxlamalıdır ki, özlərini, donorları, qan komponentlərini və iş yerlərini mikrob yoluxmasından qorumalıdırlar. Hər şöbədə gigiyenik təlimatlar olmalı və bütün işçilər bu təlimatları mənimsəməli və onlara ciddi əməl etməlidirlər.

6. İŞ YERLƏRİ, AVADANLIQ VƏ MATERİALLAR

6.1. İş yerləri və avadanlıq aparılan əməliyyatlara uyğun şəkildə düzəldilməli, yerləşdirilməli, quraşdırılmalı və saxlanılmalıdır.

6.2. Onlar elə yerləşdirilməlidir ki, səhvə yolvermə ehtimalı azalsın və istehsal proseslərinin ardıcıl tərzdə aparılmasına imkan yaransın. Yoluxmaların və baş verə biləcək hadisələrin qarşısını almaq məqsədilə effektiv təmizləmə və qulluq əməliyyatlarının həyata keçirilməsi üçün iş yerlərində müvafiq şərait yaradılmalıdır.

Burada aşağıdakı sahələr olmalıdır:

- donorun seçilmə yeri;

6.3. Donorun seçilməsi üçün ayrılmış yer donorun və işçi heyətin təhlükəsizliyini təmin etmək və məxfi sorğu keçirmək imkanı verməlidir. Donorlar üçün nəzərdə tutulmuş sahələr digər iş sahələrindən ayrı olmalıdır.

6.4. Qan komponentlərinin hazırlanması üçün nəzərdə tutulan sahələr başqa sahələrdən ayrı olmalı və yalnız bu məqsəd üçün istifadə olunmalıdır. İstehsal prosesinin ardıcıllığı təmin edilməlidir.

6.5. Qan komponentlərinin şüalanması aparılan sahələr nəzərdə tutulan tələblərə cavab verməlidir. Yuxarıda göstərilən hər iki əraziyə giriş məhdudlaşdırılmalı və yalnız müəyyən şəxslər üçün açıq olmalıdır.

6.6. Müxtəlif növ materialların və komponentlərin saxlanması üçün karantin və buraxılış hissələrinə bölünmüş təhlükəsi və nəzarət edilə biləcək kifayət qədər geniş sahə ayrılmalıdır.

6.7. Materialların və komponentlərin saxlanması şəraiti nəzarət altında olmalı və mütəmadi yoxlanılmalıdır. Saxlanma temperaturunun qəbul olunmuş səviyyədən kənara çıxması müvafiq məlumatlandırma qurğusunu (həyəcan siqnalı) işə salmalıdır. Qurğular vaxtaşırı yoxlanılmalıdır və müəssisədə həyəcan siqnalları qeyd olunduqda, müvafiq tədbirlər görülməlidir.

7. LABORATORİYA VƏ KÖMƏKÇİ SAHƏLƏR

7.1. Laboratoriya qan komponentlərinin hazırlanması üçün nəzərdə tutulmuş sahələrdən ayrı olmalıdır.

7.2. İşçi heyət üçün nəzərdə tutulmuş otaqlar və mətbəx digər sahələrdən ayrı olmalıdır.

7.3. Yuyucu otaq, tualet və ehtiyac olarsa, ayrılmış paltardəyişmə otağı tələbata uyğun olmalıdır.

8. AVADANLIQ VƏ MATERİALLAR

8.1. İstifadə olunan bütün avadanlıq və materiallar beynəlxalq standartlara cavab verməlidir.

8.2. Avadanlıqlar nəzərdə tutulan əməliyyatı aparmaq üçün düzgün quraşdırılmalı, qulluq edilməli, donorlara və ya işçilərə heç bir ziyan vurmamalıdır.

Avadanlığın qulluğu, təmizlənməsi və kalibrasiyası sənədləşdirilməli və qeydlər aparılmalıdır.

8.3. Reaktivlərin və digər materialların alınması üçün mükəmməl spesifikasiya lazımdır. Yalnız tanınmış təchizatçıdan alınmış və sənədləşdirilmiş tələblərə cavab verən materiallar istifadə edilməlidir. İstehsalçılar hər bir material üçün (qanalma üçün sistemlər, filtrlər, müayinə üçün reaktivlər) keyfiyyət sertifikatı təqdim etməlidirlər.

8.4. Vaxtı keçmiş materialların istifadəsinin qarşısını almaq məqsədilə materialların inventarizasiya sənədləri izləmə üçün saxlanılmalıdır. Vacib materiallar (qan torbaları, filtr sistemləri, sınaq dəsti) üçün karantin və təhvilalma əməliyyatı nəzərdə tutulmalıdır.

8.5. Materialların və avadanlığın keyfiyyətindəki və istifadəsi zamanı müşahidə edilən çatışmazlıqlar araşdırılmalı və bu barədə rəhbərliyə təcili məlumat verilməlidir. Müəyyən çatışmazlıqlar barədə məlumat həm də istehsalçıya göndərilməlidir.

9.1. Sənədləşdirmə qan komponentlərinin istehsalının bütün mərhələlərində aparılan işlərin normativ hüquqi aktlara uyğunluğunu və izləmənin mümkün olmasını təmin edir. Yazılı sənədləşdirmə şifahi ünsiyyət nəticəsində yarana biləcək səhvlərin qarşısını alır. Sənədləşdirmə donordan tutmuş qan komponentlərinin resipiyentinə qədər və əks istiqamətdə istehsal mərhələlərinin və qan komponentlərinin keyfiyyətinə təsir edə biləcək bütün amillərin yoxlanılmasına imkan yaratmalıdır.

9.2. Ümumiyyətlə, donorluğa aid sənədlər və xüsusilə, donorluqdan müvəqqəti məhrumetmə sənədləri qan komponentlərinin hazırlanması üçün tərtib olunmuş sənədlər kimi nəzarətdə olmalıdır.

9.3. Sənədləşdirmə ən azı aşağıda göstərilənləri əhatə etməlidir:

spesifikasiyalar (materiallar, yarlıqlar, avadanlıq, qan komponentləri, reagentlər);

standart əməliyyat prosedurları;

başqa əməliyyatlar (təmizləmə, qulluq);

əməliyyatların aparılması haqqında qeydlər;

kompüter və kompüter proqramlarının təsviri;

təlim və işçi heyətinin peşə səriştəliyi haqqında qeydlər;

komponent və materialların protokolları (tez-tez istifadə olunmayanlar da daxil olmaqla).

9.4. Sənədlər müvafiq səlahiyyətli şəxslər tərəfindən təsdiq edilməlidir.

Əllə yazılmalı olan məlumatlar istisna olmaqla, sənədlər çap üsulu ilə yazılmalıdır.

Əllə yazılan hissədə olan dəyişikliklərin tarixi qeyd olunmalı və imza edilməlidir.

9.5. Donorların seçilməsinə, qan komponentlərinin hazırlanmasına və keyfiyyətə nəzarətə aid sənədlər müvafiq qaydalara uyğun saxlanılmalıdır.

9.6. Bütün məlumatlar əlyazma, kompüter və ya mikrofilm şəklində saxlanıla bilər.

9.7. İstehsal olunan hər bir qan komponenti üçün ətraflı spesifikasiyalar hazırlanmalıdır. Emal prosesinin qeydləri aparılmalı və bu sənəddə komponentin hazırlanmasına və keyfiyyətinə nəzarət edən məsul şəxs tərəfindən tarix qeyd olunmalı və imza edilməlidir.

9.8. Avadanlığın yararlılığı, kalibrasiyası, qulluğu və təmiri barədə qeydiyyat aparılmalıdır.

10. MƏLUMAT TEXNOLOGİYASININ İSTİFADƏSİ

10.1. İşlək vəziyyətdə olmasına əmin olmaq üçün kompüterlər və onların proqramları mütəmadi yoxlanılmalıdır. Kompüter proqramları istifadədən qabaQ

10.2. Kompüter sistemində yalnız məsul şəxslər dəyişikliklər edə bilərlər və hər hansı bir dəyişiklik istifadədən qabaq təsdiq edilməlidir. İstifadəçilər yalnız onların özlərinə aid olan məlumatları əldə edə bilərlər.

11. DONORUN SEÇİLMƏSİ VƏ QANGÖTÜRMƏ

11.1. Qan komponentlərinin yekun keyfiyyəti donorun seçilməsi və qanın alınmasından başlayaraq bir çox amillərdən asılıdır. Donorlar müvafiq qaydalara əməl edilməklə, son dərəcə məsuliyyətlə seçilməlidir.

11.2. Qangötürmə əməliyyatı ciddi nəzarət altında aparılmalıdır.

11.3. İzləmə imkanı yaratmaq və hərtərəfli audit üçün bütün sistemlərin mövcudluğu təmin olunmalıdır. Flebotomiya yerinin hazırlanması üçün effektiv və ciddi dezinfeksiya əməliyyatına riayət edilməlidir. Çirklənməni istisna etmək məqsədilə qan götürmək üçün nəzərdə tutulan sistem zədələri istifadədən əvvəl yoxlanmalıdır. Götürülən materialın keyfiyyətinə təsir edə biləcək qüsurlar qeyd olunmalı və cavabdeh olan keyfiyyətə nəzarət şöbəsinə məlumat verilməlidir.

12. KOMPONENTİN HAZIRLANMASI, SAXLANILMASI VƏ BURAXILMASI

12.1. Keyfiyyətli qan komponentləri təlimatlara dəqiq əməl etməklə hazırlanmalıdır.

İlkin materialların bioloji mənşəyi komponentlərin tərkibində nəzərəçarpan müxtəlifliyə səbəb olur. Ona görə də istehsal prosesində mütəmadi olaraq keyfiyyətə nəzarət çox vacibdir.

12.2. Qan komponentləri mümkün qədər qapalı sistemdə emal olunmalıdır.

Steril birləşdirici cihazlar istifadə olunduqda, belə birləşmə qapalı sistemin bir hissəsi hesab oluna bilər. Mikroba yoluxma təhlükəsi olduğuna görə açıq sistemlərdən istifadə xüsusi ayrılmış yerdə aparılmalıdır. Əməliyyat boyu qan və ya qan komponentləri üçün istifadə olunan bütün qablara aydın oxunan yarlıq vurulmalıdır.

12.3. İstifadə üçün buraxılmayan hazır komponentlər karantində saxlanılmalı və onlar yalnız bütün keyfiyyətə nəzarət tələblərinə cavab verdikdən sonra, laboratoriya müayinələri başa çatdırıldıqda və göstəricilər tələblərə uyğun olduqda buraxıla bilər.

Qan komponentlərinin emalı və ya yoluxucu xəstəliklərə görə yoxlanılması müəssisədən kənarda aparılarsa, bu zaman xüsusi yazılı müqavilə bağlanmalı və audit təşkil olunmalıdır. Bu, müqavilə bağlayan tərəfin fəaliyyətinin keyfiyyətli istehsal tələblərinə cavab verməsini təmin etməlidir.

14. KEYFİYYƏTƏ NƏZARƏT VƏ PEŞƏ SƏRİŞTƏLİYİNİN YOXLANILMASI

14.1. Keyfiyyətə nəzarət - materialların və əməliyyatların onlara məxsus spesifikasiyaya uyğun olmasına əmin olmaq üçün istifadə olunan yoxlama və təsdiq mərhələsidir.

14.2. Keyfiyyətin müəssisədənkənar yoxlanılması, qiymətləndirilməsi (bəzən peşə səriştəliyinin yoxlanılması adlandırılır) - üçüncü tərəf vasitəsilə ona məlum olmayan nümunələrin yoxlanılması və nəticələrin qiymətləndirilməsidir.

14.3. İşçi heyətin peşə səriştəliyinin yoxlanılması - onların qarşısında qoyulan vəzifələrin həyata keçirilməsində göstərdikləri peşəkarlıq səviyyəsinin qiymətləndirilməsidir.

15. ŞİKAYƏTLƏR VƏ KOMPONENTİN QAYTARILMASI

15.1. Qan komponentlərinin qüsurlu olmasına şübhə yaradan bütün şikayətlər və başqa məlumatlar sənədləşdirilməli, diqqətlə araşdırılmalı və mümkün qədər tez tədbir görülməlidir.

15.2. Qüsurlu qan komponentlərinin və ya qüsurlu olmasına şübhə olan qan komponentlərinin qaytarılması üçün effektiv və yazılı əməliyyat qaydaları tərtib olunmalıdır. Belə yazılı qaydalar görülən bütün işləri izləməyə imkan verməlidir. Qan komponentlərini istifadə edən müəssisələrə əməliyyatlar haqqında məlumat verilməlidir.

15.3. Şikayətlərin nəzərə alınması və qiymətləndirilməsi üçün müvafiq tədbirlər mexanizmi tətbiq olunmalıdır.

Donordan məhsula və əksinə, tibbi məhsuldan və onun son istifadəçisindən donora qədər bütün proseslər haqqında izləmə sistemi mövcud olmalıdır. Bu sistem həm donor, həm resipiyent haqqında olan məlumatı məxfi saxlamalıdır.

17. SƏHVLƏRİN VƏ HADİSƏLƏRİN ARAŞDIRILMASI

17.1. Qanı götürən, emal edən, saxlayan, buraxan müəssisələr və qan komponentlərini köçürən müəssisələr yaranan problemləri həll etmək üçün səhvləri və hadisələri sənədləşdirməli və araşdırmalıdırlar.

17.2. Ciddi mənfi halların və bu halların baş verməsi riskini yarada biləcək amillərin araşdırılmasına və bu barədə hesabatlara xüsusi diqqət yetirilməlidir.

17.3. İşlərin səmərəli olması üçün görülən profilaktik və bərpaedici tədbirlər sənədləşdirilməli və qiymətləndirilməlidir.

18. NÜMUNƏLƏRİN SAXLANILMASI VƏ QAYTARILMIŞ MƏHSULLARIN LƏĞV EDİLMƏSİ

18.1. Gələcəkdə istənilən retrospektiv analizlərin keçirilməsi məqsədilə hər bir qan nümunəsi yerli rəhbərlik tərəfindən təyin olunmuş müddət ərzində mövcud qaydalara uyğun saxlanılmalıdır.

18.2. Qaytarılmış qanın, plazmanın, aralıq məhsulların təhlükəsiz və effektiv ləğvi üçün tam izləmə imkanı yarada bilən standart əməliyyat prosedurları mövcud olmalıdır.

19. ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ, DAXİLİ VƏ XARİCİ AUDİT

19.1. Tələblərə uyğunluğun və iş fəaliyyətinin monitorinqinin aparılması və lazım olan düzəliş tədbirlərinin həyata keçirilməsi üçün özünüqiymətləndirmə - daxili audit sistemi təşkil olunmalıdır. Bu, təsdiq olunmuş protokollar əsasında müstəqil yolla, təşkilatın özündə işləyən, təlim keçmiş və xüsusi təyin olunmuş səriştəli işçilər tərəfindən həyata keçirilməlidir.

19.2. Müstəqil şəxslər tərəfindən həyata keçirilən xarici audit vacibdir.

Xarici auditlər təyin olunmuş səriştəli şəxslər tərəfindən aparılır.

19.3. Bütün audit və nəzarət əməliyyatları sənədləşdirilməli və qeydlər aparılmalıdır. Təklif olunmuş lazımi düzəliş tədbirlərinin həyata keçirilməsini təmin etmək üçün şəffaf əməliyyatlar mövcud olmalıdır. Bu tədbirlər və onların başa çatdırılması sənədləşdirilməlidir.

1. 8 may 2021-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 520)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver