Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 28.06.2012-ci il tarixli arayışının 4-cü hissəsinin üçüncü abzasında Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmədən tətbiq edilən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları (əvvəllər dövlət qeydiyyatına alınıb alınmamasından asılı olmayaraq) aşkar edildikdə, vaxtı ilə qəbul olunanlarına dair ölkə Prezidentinin aktlarında müvafiq tapşırığın olduğu halda onların Dövlət Reyestrinə daxil edilə bilməsi nəzərdə tutulmuşdur. Bununla belə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 20.1-ci maddəsinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulmuş hallarda və hədlərdə, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər.
Bu sənədlərə əsaslanaraq Ədliyyə Nazirliyi Təhsil Nazirliyinin 11.02.2009-cu il tarixli, 164 nömrəli əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində 17.02.2009-cu il tarixində dövlət qeydiyyatına alınmış (şəhadətnamə № 3434) “Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar”ının ləğv edilməsini məqsədəmüvafiq hesab etmişdir. Bununla yanaşı “Təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması və təhsilalanların biliyinin yenidən qiymətləndirilməsi Qaydaları”nın hazırlanaraq təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunduğunu nəzərə alaraq
1 Təhsil Nazirliyinin 11.02.2009-cu il tarixli, 164 nömrəli əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində 17.02.2009-cu il tarixində dövlət qeydiyyatına alınmış (şəhadətnamə № 3434) “Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar” qüvvədən düşmüş hesab edilsin;
2. Təhsil Nazirliyinin müvafiq şöbələri əmrdən irəli gələn digər tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflər hazırlasınlar;
3. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Əsas: müvafiq dərkənarla Aparatın rəhbəri İ.Pirməmmədov, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri T.Hacıyeva və Hüquq sektorunun müdiri E.Həsənovun birgə təqdimatı.