"Qeyri-dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli mədəniyyət sərvətlərinin satılması Qaydası"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar həmin Qanunun icrasını təmin etmək məqsədilə qərara alıram:
1. "Qeyri-dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli mədəniyyət sərvətlərinin satılması Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.