Qanunvericilik › Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Özəl mühafizə fəaliyyətində xüsusi vasitələrin tətbiqi

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Xüsusi vasitələr özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi vasitənin əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməyə əsasən əldə oluna, saxlanıla və təyinatı üzrə istifadə edilməsi üçün mühafizəçilərə verilə bilər.

15.2. Özəl mühafizə müəssisələri və ya hüquqi şəxslərin mühafizə bölmələri tərəfindən əldə oluna, saxlanıla və təyinatı üzrə istifadə edilə bilən xüsusi vasitələrin siyahısı, habelə xüsusi vasitənin özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi üçün mühafizəçilərə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

15.3. Mühafizəçi tərəfindən xüsusi vasitə yalnız aşağıdakı hallarda tətbiq oluna bilər:

15.3.1. mühafizəçilərin həyat və sağlamlığına real təhlükə törədən basqınları dəf etdikdə;

15.3.2. mühafizə olunan obyektə və ya mühafizəçilərə bir qrup şəxs tərəfindən və ya silah, yaxud silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən hücumun qarşısını alarkən, belə hücumun qarşısını digər üsullarla almaq mümkün olmadıqda;

15.3.3. fiziki şəxsin həyat və sağlamlığı və ya mülkiyyət əleyhinə cinayət törədən zaman yaxalanan şəxslər qaçmağa cəhd göstərdikdə və ya silahlı müqavimət göstərəcəyini ehtimal etmək üçün kifayət qədər əsas olduqda həmin şəxslər saxlanılarkən, digər vasitələrlə onların saxlanılması mümkün olmadıqda;

15.3.4. saxlanılan şəxslər mühafizəçinin xidməti otağına və ya hüquq-mühafizə orqanına gətirilərkən müqavimət göstərdikdə;

15.3.5. mühafizəçinin qanuni tələblərini yerinə yetirməyən nəqliyyat vasitəsinin sürücüsünün mühafizə olunan obyektdə saxlanılması zəruri olduqda;

15.3.6. mühafizəçinin xüsusi vasitələrini ələ keçirmək cəhdinin qarşısını aldıqda.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver