1.1. Bu "Qaydalar" "Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və sığortaçılar tərəfindən sığorta müqavilələri üzrə qəbul edilən öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün yaradılan sığorta ehtiyatlarının tərkibini, təyinatını və hansı formada yaradılmasını tənzimləyir.
1.2. Sığorta ehtiyatları sığortaçılar tərəfindən sığortanın hər bir növü üzrə ayrılıqda yaradılır.
1.3. Sığortaçı sığorta ehtiyatlarının miqdarını hesabat tarixinə sığorta fəaliyyəti üzrə maliyyə göstəricilərini müəyyən edərkən hesablayır.
1.4. Hesabat dövrü rüb hesab edilirsə sığortaçı sığorta ehtiyatları haqqında hesabatı Maliyyə Nazirliyinə hər rüb təqdim edir.
1.5. Sığorta ehtiyatlarının sığortaçının sığorta müqavilələri üzrə qəbul etdiyi öhdəliklərə uyğun olmadığı aşkar edildikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra nazirlik) sığorta ehtiyatlarının tərkibi və hesablanması metodunu dəyişdirmək haqqında təqdimat vermək, habelə sığorta ehtiyatları haqqında nazirliyə məlumat verməyin digər qaydasını (sığorta ehtiyatlarının rüb daxilində istənilən tarixə hesablanmasını və ya sığorta ehtiyatları haqqında illik verilən hesabatların rüblük hesablanmasını) müəyyən etmək hüququna malikdir.
1.6. Qeyri-həyat sığortası növləri üzrə sığorta ehtiyatlarının yaradılması və ayırmaların hesablanması "Qaydalar"ında istifadə olunan anlayışların tərifi:
Hesabat dövrü - sığortaçının mühasibat balansının tərtib olunduğu təqvim dövrü.
Hesabat tarixi - sığortaçının mühasibat balansının tərtib olunduğu təqvim tarixi.
Texniki ehtiyatlar - sığortaçının sığorta ödənişləri üzrə maliyyə öhdəliklərini yerinə yetirmək üçün zəruri olan, ayrıca sığorta müqaviləsi və/və ya/ bütün sığorta portfeli üzrə hesabat tarixinə hesablanan vəsaitlər məbləği sığorta ehtiyatlarının bir hissəsidir.
Sığorta portfeli dedikdə, sığorta ödənişlərinin verilməsi üzrə sığortaçının öhdəlik daşıdığı sığorta müqavilələrinin küllisi (məcmusu) başa düşülür.
Sığorta brutto-mükafatı - sığorta müqaviləsinin şərtləri və ya Qanunla müəyyən olunmuş qaydada hesablanan pul vəsaitinin məbləği.
Zərərlər ehtiyatı - sığortaçının texniki ehtiyatlarının növü, miqdarı hansı ki, hesabat tarixi vəziyyəti üzrə icra olunmamış və ya tam icra olunmamış sığorta ödənişləri üzrə öhdəliklərin qiymətləndirilməsinə uyğun gəlir. Sığorta hadisəsi nəticəsində yaranan və sığorta müqaviləsinin şərtləri ilə kompensasiya olunmalı olan itkinin (zərərin) həcminə uyğun təyin olunur.
Zərərlərin tənzimlənməsi üzrə xərclər -sığorta olunanın əmlak mənafelərinə dəymiş itkinin (zərərin) həcminin azaldılması və qiymətləndirilməsi ilə əlaqədar ekspert və məsləhət və ya başqa xidmətlərin ödənilməsinə yönəldilmiş pul vəsaitlərinin məbləği.
Tənzimlənməmiş tələb - sığorta hadisəsinin baş verməsi ilə əlaqədar yaranmış, bildirilmiş zərər. sığortaçının öhdəliyi hansı ki, hesabat tarixinə icra olunmayıb və ya tam icra olunmayıb.
Bildirilmiş zərər - baş verməsi haqqında qanunla və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş qaydada sığortaçıya bildirilmiş sığorta hadisəsi nəticəsində sığorta olunanın əmlak mənafelərinə dəymiş itkinin (zərərin) pulla ifadəsi.
Sığorta zərəri - sığorta hadisəsinin baş verməsi nəticəsində sığorta olunanın əmlak mənafelərinə dəymiş və sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq Sığortaçının kompensasiya edəcəyi itkinin (zərərin) miqdarının pulla ifadəsi.
Qazanılmamış sığorta mükafatı - hesabat dövründə qüvvədə olmuş sığorta müqavilələri üzrə hesablanmış və qüvvədəolma müddəti hesabat dövrünün hüdudlarından kənara çıxan sığorta müqavilələrinə aid olan sığorta brutto-mükafatlarının bir hissəsi.
Sığorta məbləğinin zərərliliyi - sığortaçının hesabat dövrü ərzində verdiyi sığorta ödənişləri məbləğinin hesabat dövrü ərzində qüvvədə olmuş sığorta müqavilələri üzrə ümumi sığorta məbləğinə nisbəti. Sığortanın növləri və/və ya/ sığorta fəaliyyəti üzrə təyin edilir.
Netto-dərəcə - sığorta tarifinin əsas hissəsi olmaqla sığorta ödənişlərinin verilməsi üçün sığorta müqavilələri üzrə sığortaçının öhdəliklərinin yerinə yetirilməsini təmin etmək təyinatını daşıyır.
Sığorta ehtiyatlarının tərkibinə daxildir:
2.1. Texniki ehtiyatlar:
2.1.1. Qazanılmamış mükafatlar ehtiyatı (QME);
2.1.2. Zərərlər ehtiyatı:
- bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı (BTZE),
- baş vermiş, lakin bildirilməmış zərərlər ehtiyatı (BVBZE);
2.1.3. Sığortaçı sığortanın növünün xüsusiyyətindən asılı olaraq aşağıdakı əlavə texniki ehtiyatlan yarada bilər:
- zəlzələ ehtiyatı (ZE);
- zərərlilik dəyişməsi ehtiyatı (ZDE);
2.1.4. Texniki ehtiyatların miqdarı sığortaçının gələcək sığorta ödənişləri üzrə maliyyə öhdəliklərini pul formasında qiymətləndirməklə təyin olunur.
2.2. Qarşısıalınma tədbirləri fondu (QTF).
3.1. Baza sığorta mükafatına sığorta haqlarından təkrar sığortaya hesablanmış sığorta haqları çıxılmaqla, qalan vəsaitdən müəyyən olunmuş qaydada hesablanmış xüsusi təminat, sığorta müqavilələrinin bağlanması üçün komissyon mükafatları və qarşısıalınma tədbirləri fondunun yaradılmasına yönəldilmiş vəsaitlər çıxılmaqla alınan məbləğ aid edilir.
4.1. Qazanılmamış mükafatlar ehtiyatı Qazanılmamış mükafatlar ehtiyatı dedikdə, hesabat dövründə qüvvədə olmuş sığorta müqavilələri üzrə daxil olmuş və qüvvədəolma müddəti hesabat dövrünün hüdudlarından kənara çıxan sığorta müqavilələrinə aid olan baza sığorta mükafatları başa düşülür.
QME-nı hesablamaq üçün sığorta fəaliyyətinin növləri 3 uçot qrupuna bölünür.
(1) yanğın sığortası, mühəndislik sığortası;
(2) fərdi qəza sığortası;
(3) sağlamlıq sığortası (könüllü tibbi sığorta);
(4) yerüstü nəqliyyat vasitələrinin sığortası;
(5) hava nəqliyyatı vasitələrinin sığortası;
(6) su nəqliyyatı vasitələrinin sığortası;
(7) yüklərin nəqliyyat sığortası;
(8) əmlak sığortasının başqa növləri;
(9) avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin sığortası;
(10) məsuliyyətin başqa növlərinin sığortası.
(11) maliyyə risqlərinin sığortası;
(12) kreditlərin ödənilməsi üçün borcluların məsuliyyətinin sığortası.
- qüvvədəolma müddətinin başlanğıc və son tarixləri qeyri-müəyyən ("açıq") olan sığorta müqavilələrinin bağlanmasının mümkünlüyünü nəzərdə tutan sığorta növləri.
4.1.1.Birinci uçot qrupu üzrə qazanılmamış mükafatlar ehtiyatının hesablanmasının üç variantı mümkündür.
Qazanılmamış mükafatlar hər bir sığorta müqaviləsi üzrə "Pro rata temporis" (qazanılmamış mükafat sığorta müqaviləsinin hesabat tarixinə başa çatmamış qüvvədəolma müddətinə mütənasibdir) metodu ilə hesablanır. Qazanılmamış mükafat aşağıdakı düstur üzrə sığorta müqaviləsinin hesabat tarixinə günlərlə başa çatmamış qüvvədəolma müddətinin günlərlə bütün qüvvədəolma müddətinə nisbətinin hesablama üçün qəbul edilmiş baza sığorta mükafatına hasili kimi hesablanır:
QMi = BSMi x (ni-mi)/ni.
QMi i-ci müqavilə üzrə qazanılmamış mükafat,
BSMi i-ci müqavilə üzrə baza sığorta mükafatı;
ni i-ci müqavilənin müddətinin günlərlə sayı;
mi i-ci müqavilənin qüvvəyə mindiyi andan hesabat tarixinə qədər günlərlə qüvvədə olduğu müddətdir.
Qazanılmamış mükafat "24-cü" metodu ilə hesablanır. Bu metoda əsasən baza sığorta mükafatlan Sığortaçının məsuliyyəti müddətinin başlanğıc ayı, sığorta brutto-mükafatlarının ödənilməsinin dövrüliyi və sığorta müqavilələrinin qüvvədəolma müddətləri üzrə qruplaşdırılır. QME-nın miqdarı baza sığorta mükafatlarını 5 №-li Formada göstərilmiş əmsallara vurmaqla təyin edilir.
Qazanılmamış mükafatlar ehtiyatının yuxarıda qeyd edilən i və II variantlar üzrə hesablanması texniki cəhətdən mümkün olmadıqda, həmin ehtiyat nəqliyyat(yük) sığortası üzrə baza sığorta mükafatının 25%-i, digər sığorta növləri üzrə isə baza sığorta mükafatının 33,5%-i miqdarında ayırmalar hesabına yaradılır.
Qazanılmamış mükafatlar ehtiyatının III variantla hesablanması üçün 5H formasından istifadə edilir.
Sığortaçılar 1 uçot qrupu üzrə qazanılmamış mükafatlar ehtiyatının hesablanması üçün nazirliyin razılığı ilə "1/8" metodu və ya "36 %" metodundan da istifadə edə bilərlər. "1/8" metoduna əsasən, hər rüb ərzində bır il müddətinə bağlanan bütün sığorta müqavilələrinin həmin rübün ortasında (məsələn, II rüb üçün-15 may) bağlanılması qəbul edilir. "36 %" metodu isə sığorta müqavilələrinin sayı çox böyük olduqda (hansı ki, həmin müqavilələrin bağlanılmasının konkret tarixləri rol oynamır və bütün sığorta müqavilələrinin ilin ortasında (iyulun 1-də) bağlanılması qəbul edilir) istifadə olunur.
Sığortaçılar qazanılmamış mükafatlar ehtiyatının hesablanması metodunu seçməkdə sərbəstdirlər.
4.1.2. İkinci uçot qrupu üzrə QME hər bir sığorta müqaviləsi üzrə baza sığorta mükafatı miqdarında sığorta müqaviləsinin qüvvədəolma müddəti tam qurtaranadək təyin olunur.
4.1.3. Üçüncü uçot qrupu üzrə QME hər bir sığorta müqaviləsi üzrə hesabat tarixinə baza sığorta mükafatının 40%-i miqdarında təyin olunur.
4.1.4. Sığortanın baxılan növü üçün bağlanmış bütün sığorta müqavilələri üzrə QME-nin məbləği sığortaçının həmin növ üzrə qazanılmamış mükafatlar ehtiyatını təşkil edir.
4.2. Zərərlər ehtiyatı
4.2.1. Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı.
Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı sığortaçı tərəfindən hesabat və ya ondan əvvəlki dövrlərdə baş vermiş, hansı ki, baş vermə faktı haqqında qanunla və ya sığorta müqaviləsilə müəyyən olunmuş qaydada sığortaçıya bildirilib, sığorta hadisələri ilə əlaqədar yaranmış, zərərlərin tənzimlənməsi üzrə hesabat tarixinə tam icra olunmamış öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə yaradılır. Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatının miqdarı tənzimlənməmiş hər bir tələb üzrə təyin olunur. Zərərin miqdarı təyin olunmayıbsa, hesablama üçün zərərin sığorta məbləğini aşmayan miqdarı qəbul olunur.
Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı hesabat dövrünə tənzimlənməmiş zərərlər məbləği və həmin məbləğin 3%-i miqdarında zərərlərin tənzimlənməsi üzrə xərclərin cəminə uyğundur.
4.2.2. Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı.
Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı hesabat dövrü ərzində baş vermiş, lakin qanunla və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə sığortaçıya bildirilməmiş zərərlərin tənzimlənməsi məqsədi ilə yaradılır.
Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatının miqdarı aşağıdakı qaydada hesablanır:
- hesabat dövründə daxil olmuş baza sığorta mükafatları məbləğindən 10% miqdarında, əgər hesabat dövrü il hesab olunursa;
- hesabat dövründə və bundan əvvəlki 3 hesabat dövründə daxil olmuş baza sığorta mükafatları məbləğindən 10% miqdarında, əgər hesabat dövrü rüb hesab olunursa.
4.3. Zəlzələ ehtiyatı.
"Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin 2-ci bəndinə əsasən sığortaçılar yanğın və mühəndislik sığortası növləri üzrə baş verə biləcək zəlzələ nəticəsində zərərin ödənilməsi müqabilində aldıqları sığorta haqqlarından təkrar sığortaya hesablanmış sığorta haqqları, komissiyon mükafatlar və sığorta hadisəsinin qarşısının alınması xərcləri çıxılmaqla qalan sığorta haqqları məbləğindən ayırmalar hesabına on beş il müddətinə sığorta ehtiyatını yaradırlar.
Zəlzələ ehtiyatı 13 nömrəli forma ilə hesablanılır və alınan məbləğ 14 nömrəli formada texniki ehtiyatların tərkibində göstərilir.
4.4. Zərərlilik dəyişməsi ehtiyatı. Zərərlilik dəyişməsi ehtiyatı sığorta məbləğinin zərərlilik qiyməti sığortanın növləri üzrə sığorta tarifin netto-dərəcə hissəsinin hesablanmasının əsasını təşkil edən gözlənilən zərərlilik səviyyəsini hesabat dövründə aşdıqda sığortaçının sığorta ödənişlərini vermək üçün xərclərini kompensasiya etmək üçündür. Yəni bu ehtiyat ayrı-ayrı sığorta növləri üzrə zərərliliyin orta illik səviyyəsini təmin etmək üçün bır neçə il ərzində sığorta ödənişlərinə çəkilən xərclərin dəyişməsinin uzun müddətli kompensasiyası təyinatını daşıyır.
Zərərlilik dəyişməsi ehtiyatının yaradılması və istifadəsi qaydası sığortaçı tərəfindən müəyyən olunur və nazirlik ilə razılaşdırılır. Bu ehtiyat yaradıldıqda alman məbləğ 14 nömrəli formada texniki ehtiyatların tərkibində göstərilir.
4.5. Qarşısıalınma tədbirləri fondu.
Qarşısıalınma tədbirləri fondu baş verə biləcək sığorta hadisəsinin qarşısını almaq məqsədi ilə sığortaçılar tərəfindən həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi üçündür. Qarşısıalınma tədbirləri fondu sığorta müqavilələri üzrə hesabat dövründə hesablanmış sığorta haqlarından ayırma yolu ilə yaradılır. Qarşısıalınma tədbirləri fonduna ayırmalar tarif dərəcələrinin strukturunda nəzərdə tutulduğu hallarda aparılır.
Sığorta ehtiyatlarının hesablanması l №-li Əlavədə göstərilən formalar üzrə aparılır.
"Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun və bu sahədə digər normativ hüquqi aktların tələblərinin pozulması qanunvericiliklə müəyyən olunmuş məsuliyyətə səbəb olur.
"Qeyri-həyat sığortası növləri üzrə sığorta
ehtiyatlarının yaradılması və ayırmaların
hesablanması Qaydaları"na 1 nömrəli Əlavə
1. Formalar hər bir hesabat dövrü üçün doldurulur və hesabat dövrünün axırıncı gününə tərtib olunur.
2. Hesabat günü ilə qurtaran ay dedikdə, hesabat dövrünün axırıncı ayı başa düşülür.
3. 1 - 5 nömrəli formalar I uçot qrupu üzrə QME-ni "24-cü" metodla hesablamaq üçün doldurulur.
4. 5 nömrəli forma 1 uçot qrupu üzrə III variantla QME-ni hesablamaq üçün doldurulur.
5. 6 və 7 nömrəli formalar I uçot qrupu üzrə QME-ni "Pro rata temporis" metodu ilə hesablamaq üçün doldurulur.
6. 6 və 8 nömrəli formalar II uçot qrupu üzrə QME-ni hesablamaq üçün doldurulur.
7. 6 və 9 nömrəli formalar III uçot qrupu üzrə QME-ni hesablamaq üçün doldurulur.
8. 10 nömrəli forma BTZE-ni hesablamaq üçün doldurulur.
9. 11 nömrəli forma BVBZE-ni hesablamaq üçün doldurulur.
10. 12 nömrəli forma QTE-ni hesablamaq üçün doldurulur.
11.13 nömrəli forma zəlzələ ehtiyatmı hesablamaq üçün doldurulur.
12. 14 nömrəli forma texniki və sığorta ehtiyatlarının bütün növləri üçün ümumiləşdiricidir.
13. Təkrar sığortaya qəbuletmə uyğun növ üzrə ayrıca müqavilə kateqoriyası kimi "təkrar sığortaya qəbul olunub" qeydi ilə formalara daxil edilməlidir.
14. Sığorta ehtiyatlarının hesablanması manatla aparılır.
Forma 1. Qüvvədəolma müddəti 1 ay olan sığorta müqavilələri üçün baza sığorta mükafatı.
Forma 2. Qüvvədəolma müddəti 3 ay olan sığorta müqavilələri üçün baza sığorta mükafatı.
Forma 3. Qüvvədəolma müddəti 6 ay olan sığorta müqavilələri üçün baza sığorta mükafatı.
Forma 4. Qüvvədəolma müddəti 1 il olan sığorta müqavilələri üçün baza sığorta mükafatı.
Forma 5. I uçot qrupu üzrə "24-cü" metodu ilə hesablanmış QME.
Forma 5H. I uçot qrupu üzrə III variantla hesablanmış qazanılmamış mükafatlar ehtiyatı.
Forma 6. Baza sığorta mükafatı.
Forma 7. 1-ci uçot qrupu üzrə "Pro rata temporis" metodu ilə hesablanmış QME.
Forma 8. II uçot qrupu üzrə hesablanmış QME.
Forma 9. III uçot qrupu üzrə hesablanmış QME.
Forma 10. Bildirlimiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı.
Forma 11. Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı.
Forma 12. Qarşısıalınma tədbirləri üçün ehtiyatlar.
Forma 13. Zəlzələ ehtiyatının hesablanması cədvəli.
Forma 14. Sığorta ehtiyatlarının ümumi miqdarı.
Sığortaçı __________________________ Hesabat dövrü__________________
Sığortanın növü_______________________
Valyuta_________________________
Hesablanmış təkrar sığorta haqqı
Xüsusi təminatın hcsablanması üçün götürülmüş məbləğ (süt.3 -süt.4)
Müəyyən edilmiş xüsusi təminat faizi
Xüsusi təminat (süt.5 x süt.6)
Baza sığorta mükafatının hesablanması üçün götürülmüş məbləğ (süt.5 süt.7)
Qarşısı-alınma tədbirləri üçün ayırma məbləği
Komissiyon mükafatın məbləği
sığorta mükafatı (süt.8 -süt.9 -süt.10)]
M.Y. Rəhbər vəzifəli şəxs (imza)
Sığortaçı ____________________ Hesabat dövrü____________________
Sığortanın növü_______________________
Valyuta____________________
Hesablanmış təkrar sığorta haqqı
Xüsusi təminatın hesablanması üçün götürülmüş məbləğ (süt.3 -süt.4)
Müəyyən edilmiş xüsusi təminat faizi
Xüsusi təminat (sut.5 x süt.6)
Baza sığorta mükafatının hesablanması üçün götürülmüş məbləğ (siit.5 -süt.7)
Qarşısı-alınma tədbirləri üçün ayırma məbləği
Komissiyon mükafatın məbləği
Baza sığorta mükafatı (süt.8 -süt.9 -süt.10)
M.Y. Rəhbər vəzifəli şəxs (imza)
Sığortaçı_________________ Hesabat dövrü____________________
Sığortanın növü_____________________
Valyuta____________________
Hesablanmış təkrar sığorta haqqı
təminatın hesablanması üçün götürülmüş məbləğ (süt.3 -süt.4)
Müəyyən edilmiş xüsusi təminat faizi
Xüsusi təminat (sut.5 x süt.6)
Baza sığorta mükafatının hesablanması üçün götürülmüş məbləğ (süt.5 -süt.7)
Qarşısıalınma tədbirləri üçün ayırma məbləği
Baza sığorta mükafatı (süt.8 -süt.9 -süt.10)
M.Y. Rəhbər vəzifəli şəxs (imza)
Sığortaçı__________________ Hesabat dövrü____________________
Sığortanın növü_______________________
Valyuta____________________
Hesablanmış təkrar sığorta haqqı
Xüsusi təminatın hesablanması üçün götürülmüş məbləğ (süt.3 -süt.4)
Müəyyən edilmiş xüsusi
Xüsusi təminat (sut.5 x süt.6)
Baza sığorta mükafatının hesablanması üçün götürülmüş məbləğ (süt.5 -süt.7)
Qarşısı-alınma tədbirləri üçün ayırma məbləği
Komissiyon mükafatın məbləği
Baza sığorta mükafatı (süt.8 -süt.9 -süt.10)
M.Y. Rəhbər vəzifəli şəxs (imza)
1-4 nömrəli formalara qeyd:
1 )J 4 nömrəli formalar qazanılmamış mükafatlar ehtiyatı "24-cü" metodu ilə hesablandığı halda baza sığorta mükafatlarının hesablanması təyinatmı daşıyır. Sığorta müqavilələri üzrə daxil olmuş sığorta mükafatları(haqları) sığorta müqavilələrinin qüvvəyə mindiyi aylardan və sığorta müqavilələrinin qüvvədəolma müddətlərindən asılı olaraq qruplaşdırılır və 1 - 4 nömrəli formalarda göstərilir.
2)Sığorta mükafatlarının dövrü olaraq köçürülməsini nəzərdə tutan sığorta müqavilələri üzrə baza sığorta mükafatlarını hesablamaq məqsədi ilə sığorta müqavilələrinin qüvvədəolma müddəti sığorta müqavilələri ilə müəyyən olunmuş qaydada faktiki ödənilmiş sığorta mükafatlarının miqdarından asılı olaraq hesablanmış dövr götürülür, hansı ki, həmin dövr ərzində sığortaçı sığorta müqavilələrinin şərtləri ilə nəzərdə tutulan sığorta məsuliyyəti həcmində sığorta ödənişlərinin verilməsi üzrə öhdəlik daşıyır.
3)Qüvvədəolma müddətləri 1 - 4 nömrəli formalarda göstərilən müddətlərlə üst-üstə düşməyən sığorta müqavilələrinin müddəti kimi həmin formalarda göstərilən sığorta müqavilələrinin qüvvədə olma müddətlərinə yaxın ən böyüyü götürülür.
4)1 - 4 nömrəli formaların 3-cü sütunlarında sığorta müqavilələri üzrə daxil olmuş brutto-mükafatlan göstərilir, hansı ki, aylar üzrə sığorta müqavilələrinin qüvvədə olmasının başlanğıcına görə qruplaşdırılır.
5)1-4 nömrəli formaların 4-cü sütunlarında sığorta müqavilələri üzrə təkrar sığortaya ötürülmüş risqlər üzrə hesablanmış təkrar sığorta haqqları göstərilir.
6)1 - 4 nömrəli formaların 5-ci sütunlarında xüsusi təminatın hesablanması üçün götürülmüş məbləğ hesablanır.
7)1-4 nömrəli formaların 6-cı sütunlarında müəyyən edilmiş xüsusi təminatın faizi göstərilir.
8)1 - 4 nömrəli formaların 7-ci sütunlarında xüsusi təminatın miqdarı göstərilir.
9)1 - 4 nömrəli formaların 8-ci sütunlarında baza sığorta mükafatının hesablanması üçün götürülən məbləğ göstərilir.
10)1 - 4 nömrəli formaların 9-cu sütunlarında qarşısıalınma tədbirləri fondunun yaradılmasına yönəldilən vəsaitlərin məbləği göstərilir. Bu sütun sığortanın baxılan növü üzrə tarif dərəcəsinin strukturunda qarşısıalınma tədbirləri fonduna ayırma nəzərdə tutulduğu halda doldurulur.
11)1 - 4 nömrəli formaların 10-cu sütunlarında sığorta müqavilələrinin bağlanması üçün faktiki ödənilmiş (hesablanmış) komisyon mükafatlarının məbləği göstərilir.
12)1 - 4 nömrəli formaların 11-cu sütunlarında əvvəlki sütunların köməyi ilə hesablanmış baza sığorta mükafatları göstərilir.
13)1 - 4 nömrəli formaların 11-cu sütunlarında alınmış nəticələr 5 və 8 nömrəli formalarda qazanılmamış mükafatlar ehtiyatının, 13 nömrəli formada isə hesabat dövründə zəlzələ ehtiyatına ayırma məbləğinin hesablanması üçün istifadə edilir.
Sığortaçı___________________ Hesabat dövrü_______________
I uçot qrupu üzrə "24-cü” metodu ilə hesablanmış qazanılmamış mükafatlar ehtiyatı
Sığortanın növü_____________________
Valyuta___________________
M.Y. Rəhbər vəzifəli şəxs (imza)
5 nömrəli formaya qeyd:
1 5 nömrəli forma 1-ci uçot qrupu üzrə "24-cü" metodu ilə QME-nin hesablanması təyinatmı daşıyır. 2. 3-cü sütunda 1 nömrəli formanın 11-ci sütundakı baza sığorta mükafatı göstərilir.
6-cı sütunda 2 nömrəli formanın 11-ci sütunundakı baza sığorta mükafatı göstərilir.
9-cu sütunda 3 nömrəli formanın 11-ci sütunundakı baza sığorta mükafatı göstərilir.
12-ci sütunda 4 nömrəli formanın 11-ci sütunundakı baza sığorta mükafatı göstərilir.
3. 4, 7, 10 və 13-cü sütunlarda qazanılmamış mükafatlar ehtiyatının hesablanması üçün istifadə olunan əmsallar göstərilmişdir,
4. Qazanılmamış mükafatlar ehtiyatı baza sığorta mükafatı ilə cədvəldə göstərilmiş və qazanılmamış mükafatın hesablanması üçün istifadə olunan əmsalın hasili kimi hesablanır. Nəticə sığorta müqaviləsinin qüvvədəolma müddətinin başlanğıc ayına uyğun olaraq 5. 8, 11 və 14-cü sütunlarda göstərilir.
5. 5. 8, 11 və 14-cü sütunlar üzrə qazanılmamış mükafatların cəmi bu sütunlar üzrə 13-cü sətirdə göstərilir.
6. QME qazanılmamış mükafatların cəmi kimi hesablanır:
14-cü sətir = 5-ci sütun, 13-cü sətir + 11-ci sütun, 13-cü sətir+ 14-cü sütun, 13-cü sətir.
Sığortaçı_________________ Hesabat dövrü___________________
Sığortanın növü_________________________
Valvuta________________________
Hesablanmış təkrar sığorta haqqı
Xüsusi təminatın hesablanması üçün götürülmüş məbləğ (süt.2-süt.3)
Müəyyən edilmiş xüsusi təminat faizi
Xüsusi təminat (süt.4 x süt.5)
Baza sığorta mükafatının hesablanması üçün götürülmüş məbləğ (süt.4 -süt.6)
Qarşısıalınma tədbirləri üçün ayırma məbləği
Komissiyon mükafatın məbləği
Baza sığorta mükafatı (süt.7 -süt.8 -süt.9)
M.Y. Rəhbər vəzifəli şəxs (imza)
6 nömrəli formaya qeyd:
1) 6 nömrəli forma 1-ci uçot qrupuna aid olan sığorta növü üzrə qazanılmamış mükafatlar ehtiyatı "Pro rata temporıs" metodu və hesablanarkən istifadə edilən baza sığorta mükafatlarının hesablanması, həmçinin 2-ci və 3-cü uçot qrupuna aid olan sığorta növü üzrə təyinatını daşıyır.
2) 6 nömrəli formada baza sığorta mükafatı hər bır sığorta müqaviləsi üzrə müəyyən edilir.
3) 6 nömrəli formanın 2-ci sütununda hər bır sığorta müqaviləsi üzrə daxil olmuş sığorta mükafatlan göstərilir.
4) 6 nömrəli formanın 3-cü sütununda sığorta müqavilələri üzrə təkrar sığortaya verilmiş risqlərə görə hesablanmış təkrar sığorta haqqları göstərilir.
5) 6 nömrəli formanın 4-cü sütununda xüsusi təminatın hesablanması üçün götürülmüş məbləğ hesablanır.
6) 6 nömrəli formanın 5-ci sütununda müəyyən edilmiş xüsusi təminatın faizi göstərilir.
7) 6 nömrəli formanın 6-cı sütununda xüsusi təminatın hesablanması aparılır.
8) 6 nömrəli formanın 7-ci sütununda baza sığorta mükafatının hesablanması üçün götürülən məbləğ müəyyən edilir
9) 6 nömrəli formanın 8-ci sütununda hesabat dövrü ərzində qarşısıalınma tədbirləri fonduna ayrılan vəsaitin məbləği göstərilir. Bu sütun baxılan sığorta növü üzrə tarif dərəcəsinin strukturunda qarşısıalınma tədbirləri fonduna ayırma nəzərdə tutulduğu halda doldurulur.
10) 6 nömrəli formanın 9-cu sütununda sığorta müqavilələrinin bağlanması üçün faktiki ödənilmiş(hesablanmış) komisyon mükafatlarının məbləği göstərilir.
11)6 nömrəli formanın 10-cu sütununda bu formanın doldurulmuş sütunlarının köməyi ilə hesablanan baza sığorta mükafatı göstərilir.
12) 6 nömrəli formanın 10-cu sütununda alınmış nəticələr 7, 9, 10 nömrəli formalarda qazanılmamış mükafatlar ehtiyatının, 11 nömrəli formada isə baş vermiş, lakın bildirilməmiş zərərlər ehtiyatının hesablanması üçün istifadə olunur.
Sığortaçı________________ Hesabat dövrü_______________
Sığortanın növü___________________________________
Valvuta_______________
Baza sığorta mükafatı
Müqavilənin qüvvədəolma müddəti (günlərlə)
Müqavilənin qüvvəyə mindiyi andan hesabat tarixinədək günlərin sayı
Hesabat tarixinə sığortaçının məsuliyyət daşıyacağı günlərin sayı
M.Y. Rəhbər vəzifəli şəxs (imza)
7 nömrəli formaya qeyd:
1. 7 nömrəli forma 1-ci uçot qrupu üzrə QME-nın "Pro rata temporis" metodu ilə hesablanması təyinatını daşıyır. Qazanılmamış mükafatların hesablanması hər bir sığorta müqaviləsi üzrə aparılır.
2. 2-ci sütunda 6 nömrəli formanın 5-ci sütuna uyğun baza sığorta mükafatı göstərilir.
3. 3-cü sütunda bağlanmış sığorta müqavilələrinin uçotu jurnalına uyğun sığorta müqavilələrinin günlərlə qüvvədəolma müddəti göstərilir.
4. 4-cü sütunda hesabatın tərtib olunduğu tarixə sığorta müqaviləsinin qüvvəyə mindiyi andan keçmiş günlərin sayı göstərilir.
5. 5-ci sütunda hesabat tarixinə sığorta müqaviləsi üzrə sığortaçının məsuliyyət daşıdığı günlərin sayı göstərilir və aşağıdakı kimi hesablanır:
5-ci sütun = 3-cü sütun-4-cü sütun.
6. 6-cı sütunda hazırki Qaydada göstərilən düsturdan istifadə etməklə bu formanın məlumatları əsasında sığorta müqaviləsi üzrə qazanılmamış mükafat hesablanır:
6-cı sütun = 2-ci sütun x 5-ci sütun: 3-cü sütun.
7. 6-cı sütunun yekun məbləği sığortanın baxılan növü qazanılmamış mükafatlar ehtiyatmı təşkil edir.
Sığortaçı _______________ Hesabat dövrü___________________
Sığortanın növü__________________________
Valyuta_______________________
Baza sığorta mükafatı
Sığorta müqaviləsinin qüvvədəolma müddətinin başlanğıc tarixi
Sığorta müqaviləsinin qüvvədəolma müddətinin qurtarma tarixi
M.Y. Rəhbər vəzifəli şəxs (imza)
8 nömrəli formaya qeyd:
1 8 nömrəli forma 2-ci uçot qrupu üzrə QME-nin hesablanması üçündür. Qazanılmamış mükafatların hesablanması hər bir sığorta müqaviləsi üzrə aparılır.
2. 2-ci sütunda hər bir sığorta müqaviləsi üzrə 6 nömrəli formanın 6-cı sütununa uyğun baza sığorta mükafatı göstərilir.
3. 3-cü sütunda bağlanmış sığorta müqavilələrinin uçotu jurnalına uyğun olaraq sığorta müqavilələrinin qüvvəyə mindiyi tarix (ay, il) göstərilir.
4. 4-cü sütunda bağlanmış sığorta müqavilələrinin uçotu jurnalına uyğun olaraq sığorta müqavilələrinin qurtarma tarixi göstərilir.
5. 5-ci sütunda hər bir sığorta müqaviləsi üzrə qazanılmamış mükafatların miqdarı göstərilir, hansı ki, sığorta müqaviləsi üzrə sığortaçının məsuliyyəti tam qurtaranadək baza sığorta mükafatına uyğun gəlir.
6. 5-ci sütunun yekun məbləği sığortanın baxılan növü üzrə qazanılmamış mükafatlar ehtiyatını təşkil edir.
Sığortaçı____________________ Hesabat dövrü______________________
Sığortanın növü ____________________
Valyuta __________________
M.Y. Rəhbər vəzifəli şəxs (imza)
9 nömrəli formaya qeyd:
1. 9 nömrəli forma 3-cü uçot qrupu üzrə QME-nin hesablanması üçündür. Qazanılmamış mükafatların hesablanması hər bir sığorta müqaviləsi üzrə aparılır.
2. 2-ci sütunda hər bir sığorta müqaviləsi üzrə 6 nömrəli formanın 6-cı sütununa uyğun baza sığorta mükafatı göstərilir.
3. 3-cü sütunda sığorta müqaviləsi üzrə sığortaçının məsuliyyətinin qurtardığı anadək baza sığorta mükafatının hər müqavilə üzrə 40% həcmində hesablanmış qazanılmamış mükafatların miqdarı göstərilir:
3-cü sütun = 2-ci sütun x 40:100
4. 3-cü sütunun yekun məbləği sığortanın uyğun növü üzrə qazanılmamış mükafatlar ehtiyatmı təşkil edir.
Sığortaçı___________________ Hesabat dövrü_________________
Sığortanın növü_______________________
Valyuta____________________
Hesabat dövründə ödəniş üçün bildirilmiş zərərlər
Hesabat dövründən əvvəlki dövrlərdə tənzimlənməmiş zərərlər
Hesabat dövründə tənzimlənmiş zərərlər
Hesabat tarixinə bildirilmiş, lakin tənzimlənməmiş zərərlər
Zərərlərin tənzimlənməsi üzrə xərclər (sətr 6 x 3%)
Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı
tarixilə qurtaran rüb
M.Y. Rəhbər vəzifəli şəxs (imza)
10 nömrəli formaya qeyd:
1.10 nömrəli forma bildirilmiş, lakin tənzimlənməmiş zərərlərin hesablanması üçündür.
2. 3, 4 və 5-ci sütunlar bildirilmiş zərərlərin uçotu jurnalının köməyi ilə doldurulur.
3. 6-cı sütunda bildirilmiş, lakın tənzimlənməmiş zərərlərin hesabat tarixinə miqdarı göstərilir, doldurulmuş sütunların köməyi ilə hesablanır:
6-cı sütun=3-cü sütun+4-cü sütun -5-ci sütun.
4 7-ci sütunda hesabat tarixinə bildirilmiş, lakin tənzimlənməmiş zərərin 3%-i miqdarında təyin olunan və zərərlərin tənzimlənməsi təyinatını daşıyan vəsaitin məbləği göstərilir:
7-ci sütun, 7-ci sətir=6-cı sütun, 7-ci sətir x 3:100.
5. 8-ci sütun, 7-ci sətrin göstəricisi uyğun sığorta növü üzrə bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatının məbləğini təşkil edir:
8-cı sütun, 7-cı sətir= 6-cı sütun, 7-ci sətir+7-ci sütun, 7-ci sətir.
6. Əgər sığorta təşkilatının bu formada əks olunmayan rüblər üçün tənzimlənməyən zərərləri varsa, cədvələ zəruri sayda rüblər əlavə olunur.
Sığortaçı__________________ Hesabat dövrü___________________
Sığortanın növü _____________________
Valyuta__________________
M.Y. Rəhbər vəzifəli şəxs (imza)
11 nömrəli formaya qeyd:
1.11 nömrəli forma BVBZE-nin hesablanması üçündür.
2. 3-cü sütunda hər rüb üzrə baza sığorta mükafatı göstərilir.
3. 3-cü sütun. 5-ci sətirdə baza sığorta mükafatının ümumi məbləği göstərilir:
3-cü sütun, 5-cı sətir=3-cü sütun, sətir 01+3-cü sütun, sətir 02+3-cü sütun, sətir 03+3-cü sütun, sətir 04.
4. 4-cü sütun, sətir 05-də BVBZE-nin baza sığorta mükafatının neçə faizini təşkil etdiyi göstərilir.
5. 5-ci sütun, 5-ci sətirdə BVBZE-nin hesabat tarixinə miqdarı göstərilir: 5-ci sütun, 5-ci sətir=3-cü sütun, 5-ci sətir x 4-cü sütun, 5-ci sətir:100%.
Sığortaçı_________________ Hesabat dövrü___________________
Sığortanın növü____________________
Valyuta________________
M.Y. Rəhbər vəzifəli şəxs (imza)
12 nömrəli formaya qeyd:
1.12 nömrəli forma QTF-nın hesablanması üçündür.
2. 3-cü sütunda hesabat dövrünün əvvəlinə QTF-nin miqdarı göstərilir.
3. 4-cü sütunda doldurulmuş əvvəlki formaların məlumatları əsasında qarşısıalınma tədbirlərinə ayırmaların məbləği göstərilir.
4. 5-ci sütunda hesabat dövrü ərzində qarşısıalınma tədbirlərinə faktiki xərclənmiş vəsaitlərin məbləği göstərilir.
5. 6-cı sütunda hesabat dövrünün sonuna QTF-nin miqdarı göstərilir:
6-cı sütun = 3-cü sütun + 4-cü sütun - 5-ci sütun.
Sığortaçı_____________________ Hesabat dövrü____________________
Valyuta______________________
M.Y. Rəhbər vəzifəli şəxs (imza)
13 nömrəli formaya qeyd
1. 3-cü sütunda hesabat dövrünün əvvəlinə sığortanın növü üzrə zəlzələ ehtiyatının məbləği göstərilir.
2. 4-cü sütunda hesabat dövründə sığorta müqavilələri üzrə hesablanmış baza sığorta mükafatlan göstərilir. Bu göstəricilər sığorta müqavilələrinin müddətindən asılı olaraq 1 - 4 nömrəli formaların 11-ci və ya 6 nömrəli formanın 10-cu sütunundan götürülür.
3. 5-ci sütunda zəlzələ təminatı üzrə sığorta haqqının müqavilə üzrə ümumi sığorta haqqında faiz göstərilir.
4. 6-cı sütunda müqavilə üzrə zəlzələ ehtiyatına ayırmanın məbləği göstərilir. Bunun üçün baza sığorta mükafatının (süt. 4) 5-ci sütunda göstərilən faizi hesablanır.
5. 7-ci sütunda hesabat dövründə sığorta hadisəsi ilə əlaqədar zəlzələ ehtiyatının istifadəsi göstərilir. 6.8-ci sütunda zəlzələ ehtiyatının məbləği göstərilir. Bu aşağıdakı kimi hesablanır
Sığortaçı_________________________ Hesabat dövrü__________________
Valyuta_________________
M.Y. Rəhbər vəzifəli şəxs (imza)
5H nömrəli formaya qeyd:
1. 2-ci sütunda sığortaçının istifadə etdiyi sığorta növləri göstərilir.
2. 3-cü sütunda sığortanın növləri üzrə hesablanmış baza sığorta mükafatları göstərilir. Bunun üçün müqavilələrin müddətindən asılı olaraq 1 - 4 nömrəli formaların 11-ci və ya 6 nömrəli formanın 10-cu sütunundakı göstəricilərdən istifadə edilir.
3. 4-cü sütunda sığortanın növündən asılı olaraq ayırma faizi göstərilir.
4. 5-ci sütunda qazanılmamış mükafat hesablanır. Bunun üçün baza sığorta mükafatının (süt. 3) ayırma faizi hesablanır.
Sığortaçı _________________ Hesabat dövrü______________________
Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı
Baş vermiş, lakın bildirilməmiş zərərlər ehtiyatı
Texniki ehtiyatların ümumi məbləği
Sığorta ehtiyatlarının ümumi məbləği
M.Y. Rəhbər vəzifəli şəxs (imza)
1. 14 nömrəli forma hesabat tarixinə sığorta ehtiyatlarının ümumi məbləğini təyin etmək üçündür.
2. 1-ci sütunda sığortanın növləri göstərilir.
3. 2-ci sütunda sığortanın hər bır növü üzrə ehtiyatların ümumi məbləği göstərilir. Zəruri məlumatlar əvvəlki doldurulmuş formalardan götürülür.