Qanunvericilik › “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 21.10.2015) › Tam mətn

“Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 21.10.2015)

“Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 21.10.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1082-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 noyabr tarixli 345 nömrəli Fərmanının 1.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 21 oktyabr 2015-ci il

1.1. Bu Qayda “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-2.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qayda qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri (bundan sonra - qeyri-hökumət təşkilatı) tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi üzrə müqavilələrin (bundan sonra - müqavilələr) qeydiyyata alınması qaydasını tənzimləyir. Bu Qaydada müqavilələrin qeydiyyata alınması ilə bağlı nəzərdə tutulmuş tələblər əlavə müqavilələrə, habelə onlara istənilən dəyişikliklərin edilməsi hallarına da şamil olunur.

1.3. Müqavilələr, bağlanıldığı tarixdən 15 (on beş) gündən gec olmayaraq, xidmət göstərən (iş görən) qeyri-hökumət təşkilatı tərəfindən qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə (bundan sonra - Ədliyyə Nazirliyi) təqdim edilir.

1.3-1. Qeyri-hökumət təşkilatları müqavilələrin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-3-cü maddəsinə uyğun olaraq qeydə alınmasının Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət edə bilərlər.

1.4. Müqavilələrin qeydiyyatı Ədliyyə Nazirliyinin aidiyyəti qurumu tərəfindən bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq bildirişlə təsdiq olunur.

1.5. Müqavilə olmadan və ya qeydiyyata alınmayan müqavilələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

1.6. Qeyri-hökumət təşkilatlarının bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması zamanı Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə əldə edilmiş sənədlərdən kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada istifadə edilir.

2.1. Müqavilənin qeydiyyata alınması üçün bu Qaydanın 1 və 2 nömrəli əlavələrində göstərilmiş ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

2.1.1. müqavilənin, o cümlədən əlavə müqavilənin və ya ona edilmiş dəyişikliyin tərəflərin imzaladığı əslinin nüsxəsi;

2.1.2. göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;

2.1.3. göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan xarici hüquqi şəxsin qeydiyyatını, kommersiya və ya qeyri-kommersiya olduğunu təsdiq edən sənədin (ticarət reyestrindən çıxarışın, qeydiyyat şəhadətnaməsinin) surəti;

2.1.4. müqavilə üzrə göstərilən xidmətlər və ya görülən işlər barədə sifarişçi tərəfindən imzası ilə təsdiq olunmuş ətraflı məlumat (məqsədi, müqavilənin başlama və başa çatma tarixi, mövcud vəziyyət, gözlənilən nəticə, faydalanan şəxslərin dairəsi, iş və xidmətin həcmi, göstəriləcəyi yer və məbləği);

2.1.5. bu Qaydanın 1.3-cü bəndində göstərilən şəxslərin adından başqa şəxs ərizəni verdiyi halda, onun səlahiyyətini təsdiq edən etibarnamə;

2.1.6. müqavilə qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənədin surəti;

2.1.7. müqavilənin digər icraçıları olduqda, onlar barədə məlumat.

2.2. Bu Qaydanın 2.1.3-cü, 2.1.4-cü və 2.1.6-cı yarımbəndlərində təqdim edilməsi nəzərdə tutulmuş sənədlərin surəti notariat qaydasında təsdiq edilir. Xarici dildə olan müqavilənin və digər sənədlərin notariat qaydasında təsdiq edilmiş tərcüməsi də əlavə edilməlidir. Xarici ölkədə tərtib edilmiş sənədlər həmçinin leqallaşdırılmalı və ya onlara apostil verilməlidir.

2.3. Müqavilənin qeydiyyata alınması üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

3.1. Ədliyyə Nazirliyi tərəfindən müqavilənin qeydiyyata alınması üçün aşağıdakılar araşdırılır:

3.1.1. bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsi və həmin sənədlərdə göstərilmiş məlumatların düzgünlüyü;

3.1.2. təqdim olunmuş sənədlərin və müqavilə üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin Azərbaycan Respublikasının qanunvericiliyinə, təşkilatın nizamnaməsinə (əsasnaməsinə) uyğunluğu;

3.1.3. müqaviləni imzalamış şəxsin müvafiq səlahiyyətə malik olması;

3.1.4. müqavilənin tərəfi kimi iştirak edən qeyri-hökumət təşkilatı tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Ədliyyə Nazirliyinə illik maliyyə hesabatlarının təqdim edilməsi;

3.1.5. qeyri-hökumət təşkilatı tərəfindən Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Hədəfli maliyyə sanksiyaları haqqında” və “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğu;

3.1.6. müqavilənin tərkib hissəsi olan layihənin təqdim edilməsi;

3.1.7. müqavilənin tərəfi kimi iştirak edən qeyri-hökumət təşkilatının təsis sənədlərinin qanunvericiliyə uyğunluğu;

3.1.8. müqavilənin kommersiya və ya qeyri-kommersiya xarakterli olması.

4.1. Müqavilənin qeydiyyata alınmasından imtina edilməsi üçün əsas olmadıqda Ədliyyə Nazirliyi bu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilmiş ərizənin və sənədlərin təqdim edildiyi tarixdən 15 (on beş) gün müddətində müqaviləni qeydiyyata alır və qeyri-hökumət təşkilatına bu Qaydanın 3 nömrəli əlavəsində göstərilmiş bildirişi verir. Bu Qaydanın 2-ci və 3-cü hissələrində göstərilən sənədlərin və ya məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilməsi müddəti 15 (on beş) günədək uzadılır.

4.2. Müqavilənin qeydiyyata alınması illər üzrə tərtib edilən qeydiyyat kitabında aparılır. Hər bir müqavilə qeydiyyata alınarkən, ona fərdi qeydiyyat nömrəsi verilir. Müqavilə üzrə bank əməliyyatları aparılarkən, onun fərdi qeydiyyat nömrəsi bank sənədlərində əks etdirilir.

4.3. Qeydiyyat kitabı qalın karton üzlü olmaqla, qalın və keyfiyyətli kağızda, möhkəm cildlənmiş vəziyyətdə 34x27 sm ölçüdə tərtib edilir, qaytanlanır və möhürlənir. Kitabın üstündə nömrəsi, aparıldığı il və müqavilələrin başlanğıc və son fərdi qeydiyyat nömrələrini göstərən rəqəmlər qeyd edilməlidir (məsələn, Cl, 2015, Müqavilə M 1-50). Qeydiyyat kitabı il tamam olduqda bağlanılır və növbəti il üçün yeni kitab tərtib edilir.

4.4. Qeydiyyat kitabı hər bir müqaviləyə dair hər biri 1 səhifə olmaqla 2 bölmədən ibarətdir (1-ci bölmə “Ümumi məlumatlar” (göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi, xidmət göstərən (iş görən) qeyri-hökumət təşkilatı, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilənin tarixi, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilənin icra müddəti, əlaqə telefonları, elektron poçt ünvanı), 2-ci bölmə “Xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə barədə məlumat” (xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilənin adı, məqsədi, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə həyata keçirilməsi nəzərdə tutulan layihə barədə qısa məlumat, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə ödənilən vəsaitin məbləği, qeydiyyata alınmış xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilədə edilmiş dəyişikliyə dair məlumat (tarixi və nömrəsi), qeyd) və bu Qaydanın 4 nömrəli əlavəsində göstərilən formaya uyğun aparılır.

4.5. Qeydiyyat kitabının hər səhifəsinin yuxarı sağ küncündə müqavilənin fərdi qeydiyyat nömrəsi, müqavilənin qeydiyyata alınması tarixi və səhifənin sıra nömrəsi göstərilir.

4.6. Təqdim edilmiş sənədlərdə qeydiyyata alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Ədliyyə Nazirliyi müqavilənin qeydiyyata alınmasını dayandırır və həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 5 (beş) iş günü müddət təyin edir.

4.7. Ədliyyə Nazirliyi qeydiyyata alınmış müqavilələr haqqında ildə bir dəfədən az olmayaraq ümumiləşdirmə aparır.

5.1. Ədliyyə Nazirliyi tərəfindən müqavilələrin qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edilir:

5.1.1. bu Qaydanın 2.1-ci bəndində göstərilmiş sənədlər təqdim edilmədikdə;

5.1.2. bu Qaydanın 3.1-ci bəndində göstərilən məsələlər üzrə araşdırma nəticəsində çatışmazlıqlar aşkar edildikdə;

5.1.3. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda;

5.1.4. Ədliyyə Nazirliyi tərəfindən aşkar edilmiş çatışmazlıq bu Qaydanın 4.6-cı bəndi ilə müəyyən olunmuş müddətdə aradan qaldırılmadıqda.

Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilir.

__________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

Göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi qismində çıxış edən_________________________________________________________________________

xidmət göstərən (iş görən) qeyri-hökumət təşkilatı qismində çıxış edən

_____________________________________________________________________________

arasında ___________tarixində__________________________________________________

xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə bağlanılmışdır.

Göstərilən xidmət (görülən iş) ______________________________________________

_____________________________________________________________________________

Göstərilən xidmətə (görülən işə) görə ödənilən məbləğ_________________________

(rəqəmlə və sözlə, valyuta göstərilməklə)

Müqavilənin icra müddəti__________________________________________________

Göstərilənləri nəzərə alaraq, qeyd olunmuş xidmət (iş) müqaviləsinin qeydiyyata alınmasını xahiş edirik.

Qoşma (əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə) _______

_____________________________________________________________________________

_____________________________________________________________________________

Müraciəti imzalamış şəxsin

adı, soyadı, atasının adı, vəzifəsi və imzası _______________________________________

(təşkilatın möhürü ilə təsdiq edilir)

Tarix__________________

Əlaqə telefonları_________________

__________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

Göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi qismində çıxış edən_________________________________________________________________________

_____________________________________________________________________________

xidmət göstərən (iş görən) qeyri-hökumət təşkilatı qismində çıxış edən

_____________________________________________________________________________

arasında____________ tarixində bağlanılmış_______________________________________

_____________________________________________________________________________

müqaviləyə ____________ tarixli ______________________________________________ilə

dəyişiklik edilmişdir.

Dəyişikliyin məqsədi______________________________________________________

Dəyişikliyin qısa məzmunu_________________________________________________

_____________________________________________________________________________

Göstərilənləri nəzərə alaraq, qeyd olunmuş xidmət (iş) müqaviləsinə edilmiş dəyişikliyin qeydə alınmasını xahiş edirik.

Qoşma (əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə)_________________________________________________

_____________________________________________________________________________

Müraciəti imzalamış şəxsin

adı, soyadı, atasının adı, vəzifəsi və imzası __________________________

(təşkilatın möhürü ilə təsdiq edilir)

Tarix___________________

Əlaqə telefonları_______________________

Göstərilən xidmətlərin (görülən işlərin) sifarişçisinin (adı, təşkilati-hüquqi forması (fiziki şəxs olduqda adı, soyadı, atasının adı) və mənsub olduğu (vətəndaşı olduğu) ölkə)

_____________________________________________________________________________

Xidmət göstərən (iş görən) qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliyinin adı, təşkilati-hüquqi forması

_____________________________________________________________________________

Göstərilən xidmət (görülən iş) ______________________________________________

Müqavilənin bağlanıldığı tarix _____________________________________________

Müqavilə üzrə ödənilən vəsaitin məbləği ____________________________________

Xidmətin göstərilməsinin (işin görülməsinin) müddəti_________________________

Müqavilənin qeydiyyat tarixi və fərdi qeydiyyat nömrəsi ______________________

Qeydə alınmış müqavilə üzrə əlavə və dəyişikliyə dair məlumat________________

Bildirişin tarixi _________________

__________________________________________________

(Bildirişi imzalamış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası)

Müqavilənin fərdi qeydiyyat nömrəsi ______________

Müqavilənin qeydiyyat tarixi ______________

Səhifə ______________

Müqavilənin fərdi qeydiyyat nömrəsi ______________

Müqavilənin qeydiyyat tarixi ______________

Səhifə ______________

1. 7 may 2021-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 516)

2. 4 aprel 2023-cü il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 4 aprel 2023-cü il, “Xalq” qəzeti, 6 aprel 2023-cü il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 568)

3. 29 may 2024-cü il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 may 2024-cü il, “Xalq” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 627)

4. 26 iyul 2024-cü il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyul 2024-cü il, “Xalq” qəzeti, 02 avqust 2024-cü il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 922)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver