Qanunvericilik › “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 19.03.2012) › Tam mətn

“Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 19.03.2012)

“Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 19.03.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

30 dekabr 2011-ci il tarixdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən hüquqi şəxsin təsis sənədlərinin anlayışı yeni redaksiyada verilmiş, habelə bu qurumun dövlət qeydiyyatına alınmasından və ya belə qeydiyyata alınmış nümayəndəliyin (filialın) dövlət reyestrinə daxil edilməsindən imtina halları və s. barədə müddəalar əlavə edilmişdir.

Qeyd olunanlar nazirlik üzrə 2008-ci il 29 dekabr tarixli, 27-T nömrəli əmrlə təsdiq edilmiş “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nın təkmilləşdirilməsini zəruri edir.

Bununla bağlı müvafiq sənədin layihəsi hazırlanmış, ona nazirliyin aidiyyəti struktur qurumlarında baxılaraq müsbət rəylər verilmişdir.

Kollegiya layihəyə baxıb onu məqbul hesab edir.

Göstərilənlərə, habelə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa, “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq kollegiya

1. “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qaydaların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3. Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı həyata keçirilərkən bu Qaydaların dürüst tətbiqi təmin edilsin, sənəddə əks olunmuş yeniliklərin aidiyyəti ədliyyə işçiləri tərəfindən mükəmməl öyrənilməsi üçün zəruri tədbirlər görülsün (İ.Məmmədov).

4. “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” nazirlik üzrə 29.12.2008-ci il tarixli, 27-T nömrəli əmr (07.04.2009-cu il tarixli, 3439 nömrəli şəhadətnamə), “Azərbaycan Respublikası Prezidentinin 13.04.2010-cu il tarixli Fərmanının 1.2-ci bəndinin icrası ilə bağlı” nazirlik üzrə 11.05.2010-cu il tarixli, 5-T nömrəli əmrin 1.2-ci bəndi (24.05.2010-cu il tarixli, 3836 nömrəli şəhadətnamə), “Azərbaycan Respublikası Prezidentinin 13.04.2010-cu il və 24.05.2010-cu il tarixli sərəncamlarının icrası ilə bağlı” nazirlik üzrə 08.07.2010-cu il tarixli, 11-T nömrəli əmrin 1.2-ci bəndi (20.07.2010-cu il tarixli, 3946 nömrəli şəhadətnamə) ləğv edilsin.

Azərbaycan Respublikası

ədliyyə nazirinin vəzifəsini

II dərəcəli dövlət ədliyyə müşaviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 19 mart tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmişdir

1.1. “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları” (bundan sonra “Qaydalar”) Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.7, 9.9, 9.11, 9.12, 10.6-cı bəndlərindən irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2. Qaydalar qeyri-kommersiya qurumlarının (dini qurumlar istisna olmaqla), xarici qeyri-kommersiya hüquqi şəxslərinin nümayəndəlik və filiallarının dövlət qeydiyyatının və qeyri-kommersiya qurumlarının dövlət reyestrinin (bundan sonra “dövlət reyestri”) hüquqi və təşkilati əsaslarını müəyyən edir.

2.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir.

2.1-1. Siyasi partiyalara münasibətdə ilk növbədə “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 5-ci maddəsinin tələblərinə uyğun olaraq, siyasi partiyanın səlahiyyətli şəxsi ərizə ilə (Əlavə 15) müraciət edərək təsis yığıncağının protokolunu, partiyanın nizamnaməsini və proqramını təqdim edir. Ərizə siyasi partiyanın səlahiyyətli şəxsi və digər təsisçilər tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Təsisçilər tərəfindən müxtəlif vaxtlarda imzalanmış və notariat qaydasında təsdiqlənmiş müvafiq ərizələr bu ərizə ilə eyni anda təqdim edilməlidir.

2.1-2. Siyasi partiyalar Qanunun 5-ci maddəsinin tələblərini yerinə yetirdikdən sonra 10 gündən gec olmayaraq bu Qaydalara uyğun olaraq dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanına ərizə ilə müraciət edirlər.

2.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi seçilmiş şəxs (şəxslər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.

2.3. Ərizədə aşağıdakılar göstərilir:

· təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;

· təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi;

· ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda — habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar;

· Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.04.2005-ci il tarixli 70 nömrəli qərarı ilə təsdiq edilən ərizə formasında müəyyən edilən digər məlumatlar.

2.5. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

· qeyri-kommersiya qurumunun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi (2 nüsxədə);

· qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar. Təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır;

· dövlət rüsumunun ödənilməsi haqqında sənəd (dövlət rüsumu dövlət büdcəsinə nağd şəkildə ödənildiyi halda bank qəbzinin əsli, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank sənədi);

· fondlarda nizamnamə kapitalının on min manatdan az olmayan məbləğdə ödənilməsini təsdiq edən sənəd;

· təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışının və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;

· təsisçi xarici hüquqi şəxs olduqda onun qeydiyyatını təsdiq edən sənədlər (reyestrdən çıxarış və ya qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və s.);

· təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti:

· hüquqi ünvanını təsdiq edən sənəd (qeyri-kommersiya qurumunun yerləşdiyi yerə dair mülkiyyətçinin müvafiq iradə ifadəsini əks etdirən sənəd, qeyri-kommersiya qurumunun yerləşdiyi yerə dair təsisçinin (təsisçilərin) qərarı, siyasi partiyalarda isə rəhbər orqanlarının qərargahının yerləşdiyi yer barədə təsisçilərin qərarı);

· qanuni təmsilçi seçilmiş şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;

· Qanuna uyğun olaraq partiya üzvlərinin reyestri. Reyestr elektron qaydada 16 nömrəli Əlavəyə uyğun təqdim edilir.

· qeyri-hökumət təşkilatının təsisçi (təsisçilər) və qanuni təmsilçi (təmsilçilər), habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd;

· nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi;

· təşkilatı təmsil edən şəxsin səlahiyyətini təsdiq edən sənəd (olduğu halda);

· Qeyri-kommersiya qurumunun adında “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadə olunduqda, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı barədə sənəd.

2.7. Xarici qeyri-kommersiya hüquqi şəxsinin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatına alınması üçün Qaydaların 2.5-ci bəndinin 3, 6, 8, 9, 11-ci yarımbəndlərində göstərilən sənədlərdən əlavə aşağıdakılar təqdim olunmalıdır:

· nümayəndəliyi və ya filialı yaradan xarici qeyri-kommersiya hüquqi şəxsi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə (nümayəndəliyin və ya filialın əsasnaməsində onu yaradan xarici hüquqi şəxsin adı, olduğu yer, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, nümayəndəliyin və ya filialın hüquq və vəzifələri, idarə olunma və ləğv olunma qaydası və təsisçi tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməlidir);

· nümayəndəliyin və ya filialın yaradılması haqqında xarici qeyri-kommersiya hüquqi şəxsinin qərarı;

· nümayəndəliyin və ya filialın təsisçisi olan xarici hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd - reyestrdən çıxarış (qeydiyyat şəhadətnaməsi və s.);

· nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs tərəfindən verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;

· xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin rəhbərinin müavininin təyin edilməsi barədə sənəd (sənəddə rəhbər müavinin səlahiyyət müddəti göstərilməlidir);

· nümayəndəliyin və ya filialın rəhbərinin təyin edilməsi barədə həmin qurumu yaradan xarici hüquqi şəxsinin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;

· Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı saziş.

2.7-1. Qeyri-hökumət təşkilatının və xarici qeyri-hökumət təşkilatının nümayəndəliyinin və ya filialının yaradılması barədə qərarda onların icra orqanlarının tərkibi və səlahiyyətlərinin müddəti göstərilməlidir. Qeyri-hökumət təşkilatının nümayəndəliyi və filialının, habelə xarici qeyri-hökumət təşkilatının nümayəndəliyinin və ya filialının əsasnaməsində onu yaratmış təşkilatın adı, dövlət qeydiyyatı haqqında məlumatlar (qeydiyyat tarixi, nömrəsi, olduğu yer (hüquqi ünvanı), onun qeydiyyatını aparmış qurumun adı) eləcə də, nümayəndəliyin və ya filialın hüquqi ünvanı, hüquq və vəzifələri, fəaliyyətinin predmeti, idarə edilməsi qaydası, rəhbərinin (rəhbərin müavininin) səlahiyyətləri və səlahiyyət müddəti, ləğv olunması qaydası və təsisçi tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməlidir. Xarici qeyri-hökumət təşkilatının nümayəndəliyinin və ya filialının qeydiyyatı ilə bağlı sazişdə onun qüvvədə olma müddəti göstərilməlidir.

2.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər qayda nəzərdə tutulmadıqda, xaricdə tərtib olunmuş sənədlər Azərbaycan Respublikasında Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının hüdudlarından kənarda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən leqallaşdırılmalıdır.

Sənədlər 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın iştirakçısı olan dövlətlərdən daxil olduqda onlara həmin ölkənin səlahiyyətli orqanı tərəfindən apostil verilməlidir.

2.9. Təsis edilən təşkilatın fəaliyyət istiqaməti vəkillik fəaliyyəti ilə bağlı məsələlərə aid olduğu halda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən buna dair Vəkillər Kollegiyasının rəyi alınır.

2.11. Qeyri-kommersiya qurumlarının nizamnaməsinin (əsasnaməsinin) titul vərəqində onların qeydiyyat nömrəsi, qeydiyyat tarixi və dövlət qeydiyyatı orqanının adının qeyd olunması üçün müvafiq hissə olmalıdır (Əlavə 1).

2.12. Ərizə surəti ilə birlikdə təqdim edilməlidir.

2.13. Ərizənin əsli dövlət qeydiyyat orqanında saxlanılır, surəti isə dövlət qeydiyyat orqanı tərəfindən ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə müraciət etmiş şəxsin tələbi ilə həmin şəxsə qaytarılır. Ərizənin əslində müvafiq dövlət qeydiyyat orqanının ştampı vurulur, daxil olma tarixi və nömrəsi göstərilir (Əlavə 2).

“Qeyri-kommersiya qurumlarının qeydiyyatı barədə müraciətlər" kitabında ərizənin daxil olma nömrəsi və tarixi, hüquqi şəxsin adı və təşkilati-hüquqi forması, müraciət etmiş şəxs (ərizəçi) haqqında məlumat, sənədin icra vəziyyəti və təhvil verilməsi (göndərilməsi) haqqında qeydlər göstərilir.

“Dövlət reyestrdə dəyişiklik edilməsi barədə müraciətlər” kitabında müraciətin daxil olma nömrəsi və tarixi, qurumun adı, təşkilati-hüquqi forması, qeydiyyat nömrəsi və tarixi, müraciətin qısa məzmunu, sənədin icra vəziyyəti və təhvil verilməsi (göndərilməsi) haqqında qeydlər göstərilir.

2.14. Qeyri-kommersiya qurumunun təsis sənədləri poçt vasitəsilə daxil olduqda “Qeyri-kommersiya qurumlarının qeydiyyatı barədə müraciətlər" kitabında qeyd olunur. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı ilə bağlı sənədlər həmçinin təsisçinin (təsisçilərin) və ya onun (onların) səlahiyyətli nümayəndəsinin yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bilavasitə qəbul oluna bilər. Bu halda sənədləri qəbul etmiş rayon (şəhər) qeydiyyat şöbəsi ərizəyə əlavə edilən sənədlərin mövcudluğunu (əlavə edilib-edilməməsinə) yoxladıqdan sonra müşayiət məktubu ilə bir gün ərzində onları baxılması üçün Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə göndərməlidir.

2.15. Təsis sənədləri daxil olduğu gün "Qeyri-kommersiya qurumlarının qeydiyyatı barədə müraciətlər" kitabında qeydiyyata alınır, qeydiyyat orqanının rəhbərinə təqdim edilir və onun dərkənarı ilə icraata yönəldilir. Sənədlər icraçı tərəfindən qəbul edilərkən “Qeyri-kommersiya qurumlarının qeydiyyatı barədə müraciətlər” kitabında imza edilir.

2.16. “Arxiv sənədlərinin qeydiyyatı” kitabında qurumun adı, qeydiyyat nömrəsi və tarixi, təşkilati-hüquqi forması, mühafizə edilən sənədlər haqqında məlumatlar göstərilir.

2.17. Siyasi partiya öz rəmzlərinin təsdiq edilməsi barədə qərarını qəbul etdiyi tarixdən 30 gün müddətində rəmzlərin eskizlərini Ədliyyə Nazirliyinə təqdim edir. Ədliyyə Nazirliyi bununla bağlı Qanunun 10-cu maddəsinin tələbləri baxımından Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə müraciət edir.

3.1. İcraata daxil olmuş sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının Konstitusiyasına, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır, sənədlər bu aktların tələblərinə uyğun olduqda qurumun dövlət qeydiyyatına alınmasına dair rəy tərtib edilir.

3.2. Rəydə qeyri-kommersiya qurumunun təsis edilməsi tarixi, əsas məqsədi, təsisçisi (və ya təsisçiləri), qanuni təmsilçisi, dövlət rüsumunun ödənilməsi, fondun nizamnamə kapitalının miqdarı, ödənilməsi və təsisçilərin əmlak paylarının həcmi,, çevrilmə, birləşmə, ayrılma və bölünmə zamanı yenidən təşkil barədə məlumat, qoşulmada qoşulan qeyri-kommersiya hüquqi şəxsi, qeyri-hökumət təşkilatlarında və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə əvvəllər edilmiş xəbərdarlıqlarda, verilmiş göstərişlərdə qeyd olunmuş pozuntuların aradan qaldırılması barədə məlumatlar, habelə təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi qeyd edilir.

3.3. Dövlət qeydiyyatına alınan qeyri-kommersiya qurumuna vahid və təkrarolunmaz qeydiyyat nömrəsi verilir.

3.4. Qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi dövlət reyestrində, qeydiyyat orqanı tərəfindən verilmiş dövlət qeydiyyatı haqqında şəhadətnamədə, dövlət reyestrindən çıxarışda, həmçinin onun nizamnaməsində (və ya əsasnaməsində) göstərilir.

Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyat (reyestr) nömrəsində qeydiyyat orqanının kodu, dövlət qeydiyyatının ili, dövlət reyestr kitabının kodu və qurumun reyestr kitabında sıra sayı göstərilir. Qeydiyyat (reyestr) nömrəsindəki birinci dörd hərf və ya rəqəmlər inzibati ərazi vahidinin (rayon, şəhər) kodunu (Əlavə 3), ikinci iki rəqəm isə qeydiyyat ilini göstərir. Bu rəqəmlərdən sonra kitabın kodu göstərilir və tire işarəsi qoyulmaqla qurumların qeydiyyatının sıra sayını göstərən rəqəmlər yazılır. Dövlət reyestr kitablarının kodu hərf işarəsi ilə başlayır və ondan sonra sıra sayla rəqəm əlavə edilir (misal üçün qurumun dövlət qeydiyyat nömrəsi 000508-Q2-0795 olduqda burada 0005 qeydiyyat orqanının kodu, 08 ili, Q2 reyestr kitabının kodu, 0795 qurumun reyestr kitabındakı sıra sayını göstərir).

«Qeyri-kommersiya qurumlarının dövlət reyestr kitabı»nın dəyişməsi və ya növbəti ilin başlanması qeydiyyata alınan qurumlara verilən nömrə ardıcıllığını dəyişmir.

Dövlət reyestri kitabının üstündə kitabın kodu (nömrəsi), reyestrin aparıldığı il və reyestrin başlanğıc və son sayını göstərən rəqəmlər göstərilməlidir. Qeyri-kommersiya hüquqi şəxsləri üçün dövlət reyestr kitabının kodu «Q», xarici qeyri-kommersiya hüquqi şəxslərinin nümayəndəlik və filialları üçün - «N» hərfi ilə göstərilir (misal üçün, Q1, 2012, Reyestr №1-50).

3.5. Dövlət reyestri kitabında yol verilmiş səhvlər yeni qeyd etməklə aradan qaldırılır. Bu halda qüvvəsini itirməli olan qeydin üstündən xətt çəkilir və bu qaydalara uyğun yeni qeydlər edilir. Yeni qeyddə qüvvəsini itirmiş yazıya istinad edilməlidir.

3.6. Reyestrdə dəyişiklik edilərkən, o cümlədən qurumun adı, təşkilati-hüquqi forması dəyişildikdə, qeydiyyat nömrəsi dəyişilmir.

3.7. Qeyri-kommersiya qurumunun nizamnaməsinin (və ya əsasnaməsinin) təsisçiyə verilməli olan nüsxəsi tikilir, vərəqləri nömrələnir və sonuncu vərəqin arxasında vərəqlərin ümumi sayı göstərilməklə icraçı tərəfindən imzalanır və dəftərxana möhürü ilə təsdiq edilir.

3.8. Qurum dövlət qeydiyyatına alındıqdan sonra qeydiyyat orqanında saxlanılacaq sənədlərin siyahısı (mündəricat) tərtib edilir, sənədlər tikilir, vərəqləri nömrələnir. Nizamnamənin (və ya əsasnamənin) arxivdə mühafizə edilən nüsxəsinin hər bir səhifəsi də icraçı tərəfindən imzalanır.

Sənədlər aşağıdakı ardıcıllıqla tikilir:

· dövlət reyestrindən çıxarış;

· dövlət qeydiyyatı haqqında şəhadətnamə;

· nizamnamə (Əsasnamə);

· sənədlərə baxılma müddəti artırıldıqda buna dair məktub;

· dövlət rüsumunun ödənilməsi barədə sənəd;

· fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd;

· nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəy məktubu;

· təsisçinin (təsisçilərin) qərarı (qərarları);

· məhkəmənin qərarı (qərarları) əsasında qeydiyyat aparılırsa həmin qərar (qərarlar) və icra vərəqi;

· təsisçinin (təsisçilərin) şəxsiyyətini təsdiq edən sənədin surəti;

· qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

· təsisçi hüquqi şəxs (şəxslər) olduqda onun (onların) qeydiyyat sənədləri;

· hüquqi ünvanı təsdiq edən sənəd;

· digər sənədlər (etibarnamə və s.)

3.9. Hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra "Qeyri-kommersiya qurumlarının qeydiyyatı barədə müraciətlər" kitabında onun qeydiyyat (reyestr) nömrəsi və tarixi barədə qeyd yazılır.

3.10. Dövlət qeydiyyatına alınmış qeyri-kommersiya qurumunun qeydiyyat sənədləri (dövlət qeydiyyatı haqqında şəhadətnamə, nizamnamə (və ya əsasnamə) və dövlət reyestrindən çıxarış) qeydiyyat orqanının rəhbəri və ya həvalə edilmiş məsul şəxs tərəfindən təsisçiyə (təsisçilərə) və ya onun (onların) səlahiyyətli nümayəndələrinə təhvil verilir.

3.11. Sənədləri təhvil alan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidir. Sənədləri almaq üçün səlahiyyətli nümayəndə müraciət etdiyi halda, müvafiq qaydada təsdiq edilmiş etibarnaməsini təqdim etməlidir. Sənədlərin təhvil alınması barədə «Qeydiyyat sənədlərinin təhvil kitabı»nda qeyd edilir. Sənədlər səlahiyyətli nümayəndə tərəfindən təhvil alındıqda isə «Qeydiyyat sənədlərinin təhvil kitabı»nda onun buna dair səlahiyyətlərini təsdiq edən sənəd haqqında məlumat qeyd edilir. Sənədləri təhvil alan şəxs qəbul edilən sənədlərin adını və tarixi göstərməklə həmin kitabda imza edir.

3.12. Dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının qeydiyyat sənədləri təsisçiyə (təsisçilərə) və ya onun (onların) səlahiyyətli nümayəndəsinə onun arzusu ilə yaşadıqları yer üzrə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən təhvil verilə bilər. Sənədlərin verilməsi rayon (şəhər) qeydiyyat şöbəsinin rəisi (və ya onu əvəz edən şəxs) ilə onları təhvil alan təsisçi (və ya onun səlahiyyətli nümayəndəsi) tərəfindən 2 nüsxədə imzalanan aktla təsdiq edilir. Aktın bir nüsxəsi qurumun arxiv sənədlərinə əlavə edilməsi üçün 3 gün ərzində Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə göndərilir. Aktı aldıqdan sonra sənədin icrasına məsul olan baş idarənin əməkdaşı aktı qurumun arxiv sənədlərinə əlavə edir və “Qeydiyyat sənədlərinin təhvil kitabı”nda həmin sənədlərin müvafiq rayon (şəhər) qeydiyyat şöbəsi tərəfindən təhvil verilməsi və tərtib olunmuş aktın qurumun arxiv sənədlərinə əlavə edilməsi ilə bağlı qeyd aparır.

Aktın ikinci nüsxəsi illər üzrə ayrıca qovluqlarda toplanaraq rayon (şəhər) qeydiyyat şöbəsinin arxivində mühafizə edilir.

4.1. Qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınması, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatından imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, həmin sənədlər müraciət etmiş şəxsə qaytarılmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edilir.

4.2. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir. Bu müddətdə çatışmazlıqlar aradan qaldırılmadığı halda, hüquqi əsaslar göstərilməklə dövlət qeydiyyatından imtina edilir.

4.3. Qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınması üçün təqdim edilmiş ərizə və digər sənədlər dövlət qeydiyyat orqanında saxlanılır, çatışmazlıq aşkar edilmiş sənədin (sənədlərin) surəti aradan qaldırılması üçün ərizəçiyə qaytarılır.

4.4. Dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aradan qaldırıldıqda qeyri-kommersiya qurumu qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınır.

4.5. Hüquqi şəxs statusu almaq istəyən, habelə yenidən təşkil edilən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

5.1. Qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınmasından, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilir:

· təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olduqda;

· ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda;

· qeyri-kommersiya qurumunun məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda;

· firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya qurumu qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə;

· qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda;

· təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar qanunvericiliklə müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda.

5.2. Dövlət qeydiyyatından imtina edildikdə bu barədə məktub tərtib edilir. Məktubun bir nüsxəsi, qeydiyyat üçün təqdim edilmiş ərizə, imtina üçün əsas olan halları özündə əks etdirən sənədlərin nüsxəsi ilə (orijinal mümkün olmadıqda kserosurəti) birlikdə tikilir və saxlanmaq üçün dəftərxanaya təhvil verilir.

5.3. Geri qaytarılan sənədlərin adı və vərəqlərin sayı göstərilməklə imtina məktubunun ikinci nüsxəsi ilə birlikdə ərizəçiyə və ya onun səlahiyyətli nümayəndəsinə imza etdirməklə təhvil verilir, yaxud poçt vasitəsilə göndərilir. Sənədlər poçt vasitəsilə sifarişli məktubla göndərilir. Göndəriş haqqında qəbz və ya poçt göndərişlərinin reyestrinin surəti qeydiyyat orqanında saxlanılan materiallara əlavə edilir.

5.4. Göndərilmiş sənədlər poçt vasitəsilə geri qaytarıldıqda sənədlər aidiyyəti qeyri-kommersiya qurumunun digər təsisçisinə (səlahiyyətli nümayəndəsinə) poçt vasitəsilə yenidən göndərilir. Qeyri-kommersiya qurumunun digər təsisçisi (səlahiyyətli nümayəndəsi) olmadıqda isə təsisçi (səlahiyyətli nümayəndə) sənədlərlə bağlı müraciət etməyənədək sənədlər saxlanılır.

5.5. Müraciət edən qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınmasından könüllü imtina edildikdə, bu barədə qərarın təsisçi (təsisçilər), səlahiyyətli şəxs (orqan) tərəfindən qəbul edilməsi yoxlanılır. Könüllü imtina yazılı olmalı və təsisçi (təsisçilər), səlahiyyətli şəxs tərəfindən imzalanmalıdır.

5.6. Dövlət qeydiyyatından imtina edildikdə və ya qeydiyyat üçün təqdim edilən sənədlər könüllü geri götürüldükdə bu barədə "Qeyri-kommersiya qurumlarının qeydiyyatı barədə müraciətlər" kitabında müvafiq qeydlər edilir.

6.1. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeyri-kommersiya qurumunun yenidən təşkili birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə formasında həyata keçirilə bilər.

6.2. Yenidən təşkil nəticəsində yaradılan yeni qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınması barədə bu Qaydaların 2-ci bəndində nəzərdə tutulmuş formada tərtib edilən ərizə ilə müraciət edilir.

Ərizəyə bu Qaydaların 2.5-ci bəndi nəzərə alınmaqla habelə aşağıdakılar əlavə edilir:

- yenidən təşkil haqqında qərar;

- təhvil aktı və ya bölünmə balansı;

- mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat.

6.3. Hüquqi şəxslər birləşdikdə bu barədə dövlət reyestrində onların birləşməsi və yeni yaranmış qeyri-kommersiya qurumu barədə qeyd aparılır.

6.4. Birləşmə nəticəsində yaranmış yeni qeyri-kommersiya qurumu yeni qeydiyyat nömrəsi ilə qeydiyyata alınır və reyestrə daxil edilir. Birləşən hüquqi şəxslər sırasında olan qeyri-kommersiya qurumu və ya təhsil müəssisəsi dövlət reyestrindən çıxarılır və birləşmə nəticəsində reyestrdən çıxarılmış qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin hüquqi varisliyi barədə müvafiq vergi orqanlarına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına məlumat verilir.

6.5. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda dövlət reyestr kitabının qoşulan hüquqi şəxsə dair dövlət reyestrində hüquqi varisin qeydiyyat nömrəsi, tarixi, adı, olduğu yer göstərilməklə qoşulma barədə qeydlər aparılır. Qoşulan hüquqi şəxsin reyestrdən çıxarılması və hüquqi varis haqqında məlumatlar müvafiq vergi orqanlarına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına göndərilir. Qoşulma nəticəsində yenidən təşkil olunmuş hüquqi şəxsə yeni qeydiyyat (reyestr) nömrəsi verilmir.

6.6. Hüquqi şəxs bölündükdə (ayrıldıqda) bölünmə (ayrılma) nəticəsində yaranmış qeyri-kommersiya qurumuna yeni qeydiyyat nömrələri, tarixi, adı, hüquqi ünvanı, hüquqi varislik barədə bölünən hüquqi şəxsə dair dövlət reyestrində qeydlər aparılır. Yeni yaranmış qeyri-kommersiya qurumu dair dövlət reyestrində bölünmüş təşkilatın qeydiyyat nömrəsinə, tarixinə, adına, hüquqi ünvanına və hüquqi varisliyə istinad edən qeydlər yazılır.

6.7. Bölünmə, birləşmə, qoşulma və ayrılma nəticəsində yeni yaranmış qeyri-kommersiya qurumu müxtəlif inzibati ərazi vahidlərində dövlət qeydiyyatına alındıqda, onları dövlət qeydiyyatına alan orqan (orqanlar) tərəfindən bu barədə yenidən təşkil edilmiş hüquqi şəxsin arxiv sənədləri mühafizə edildiyi qeydiyyat orqanına 3 gün ərzində məlumat verilməlidir.

6.8. Müxtəlif qeydiyyat orqanlarının səlahiyyət dairəsində olan inzibati-ərazi vahidlərində yerləşən hüquqi şəxslərin birləşməsi, qoşulması zamanı birləşən, qoşulan hüquqi şəxslərin arxiv sənədləri sorğu yolu ilə alınır.

6.9. Məlumatı alan qeydiyyat orqanı dövlət reyestr kitabında müvafiq qeydlər edir.

6.10. Birləşən, qoşulan hüquqi şəxslərin qeydiyyat şəhadətnaməsi, möhürü alınaraq bu Qaydaların 12.3-cü bəndində müəyyən edilmiş tədbirlər görülür.

6.11. Qoşulan, birləşən hüquqi şəxslərin arxiv sənədləri birləşdirilərək vahid reyestr nömrəsi altında arxivdə mühafizə edilir.

6.12. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır.

6.13. Bir təşkilati-hüquqi formada olan hüquqi şəxs başqa bir təşkilati-hüquqi formada olan qeyri-kommersiya hüquqi şəxsinə çevrildikdə (təşkilati-hüquqi forması dəyişdikdə) yeni qeydiyyat nömrəsi verilmir və yalnız çevrilmə faktı qeydiyyata alınır və bu barədə müvafiq reyestr kitabında qeyd edilir.

6.14. Çevrilmə zamanı qeyri-kommersiya qurumunun yeni nizamnaməsi qeydiyyata alınır.

6.15. Nizamnamədə və dövlət reyestrindən çıxarışda hüquqi varislik qeyd olunur.

6.16. Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır.

6.17. Qeyri-kommersiya qurumunun hüquqi ünvanı qeydiyyat orqanının səlahiyyət dairəsindən kənarda olan başqa bir inzibati-ərazi vahidinə dəyişdikdə, həmin qurum bu faktın dövlət qeydiyyatına alınması üçün yeni ünvan üzrə inzibati ərazidə fəaliyyət göstərən qeydiyyat orqanına müraciət etməlidir.

6.18. Yeni qeydiyyat orqanı müraciəti aldıqdan dərhal sonra sorğu ilə əvvəlki qeydiyyat orqanından qurumun reyestr məlumatlarını və arxiv sənədlərini alaraq qurumun yeni inzibati ərazi vahidinin qeydiyyat orqanında reyestrə daxil edilməsini təmin edir.

6.19. Sorğu və sorğunun cavabı qeydiyyatın tezləşdirilməsini təmin etmək məqsədilə faks, elektron poçt və s. digər texniki vasitələrlə göndərilir.

6.20. Qurum reyestrə daxil edildikdən sonra əvvəlki qeydiyyat orqanına bu barədə yazılı məlumat göndərilir. Məlumatı alan qeydiyyat orqanı qurumun qeydiyyat (reyestr) nömrəsi, tarixi, qeydiyyat orqanı, yeni hüquqi ünvanı haqqında reyestrdə qeydlər edir və qurumu reyestrdən çıxarır.

7.1. Qeyri-kommersiya qurumlarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.

Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına müraciət edilməlidir. Təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyin qeydiyyatı üçün səlahiyyətli şəxs tərəfindən imzalanmış və qeyri-kommersiya qurumunun möhürü ilə təsdiq edilmiş ərizə (Əlavə 4) ilə müraciət edilir.

Ərizədə qurumun adı, təşkilati-hüquqi forması, qeydiyyat tarixi və nömrəsi, hüquqi ünvanı, həmçinin baş vermiş dəyişiklik göstərilməsi (qurumun adının, təsisçilərinin, təşkilati-hüquqi formasının, hüquqi ünvanının, fəaliyyət predmetinin, qanuni təmsilçisinin, nizamnamə kapitalının və s. dəyişməsi) və aşağıdakı qeyd yazılmalıdır:

“Qeydiyyata alınmaq üçün təqdim edilən faktlar və saxlanmağa verilən sənədlər düzgündür. Yanlış məlumat verilməsinə görə qanunla məsuliyyət müəyyən edilməsindən xəbərdaram.”.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

- təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin təsdiq olunması barədə qərar;

- təsis sənədlərində edilmiş dəyişiklikləri və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyini, habelə ictimai birliyin üzvlərinin sayını təsdiq edən sənədlər. Dəyişiklikdən asılı olaraq aşağıdakı sənədlər təqdim olunur:

1. hüquqi ünvan dəyişdirildiyi halda yeni ünvana dair sənəd;

2. qanuni təmsilçi dəyişildiyi halda yeni qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədinin surəti;

3. təsisçilər dəyişildiyi halda - təsisçilikdən çıxan və ya təsisçiliyə daxil olan şəxslərin ərizələri. Təsisçilikdən çıxan fiziki şəxsin ərizəsi notariat qaydasında təsdiq edilməlidir.

4. fondda nizamnamə kapitalının və təsisçilərin əmlak paylarının miqdarı dəyişdirildikdə - müvafiq auditor rəyi və ya bank qəbzi, yaxud arayış, əmlak payının alqı-satqısı barədə və s. müqavilələr);

5. xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin və ya filiallarının dövlət qeydiyyatı ilə bağlı sazişin müddətinin uzadılması ilə bağlı sənədlər (müraciət ərizəsi, baş təşkilatın qərarı, sazişin uzadılması ilə bağlı protokol);

- nizamnaməyə (və ya əsasnaməyə) edilmiş dəyişikliyi və ya əlavəni özündə əks etdirən sənəd (2 nüsxədə) (Əlavə 5) və ya yeni redaksiyada nizamnamə (2 nüsxədə) və digərləri.

- təşkilatı təmsil edən şəxsin səlahiyyətini təsdiq edən sənəd;

- qeyri-hökumət təşkilatında icra orqanının tərkibi dəyişildiyi halda - icra orqanının üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;

- siyasi partiyanın proqramına edilmiş dəyişikliyi özündə əks etdirən sənəd və ya yeni proqramı (yeni proqram qəbul edildikdə onun 2-ci, 3-cü və s. redaksiya olması titul vərəqində göstərilir.)

7.1-1. Qeyri-kommersiya hüquqi şəxslərin və xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəliklərinin və ya filiallarının təsis sənədlərində edilmiş dəyişikliklər, habelə qeyri-kommersiya qurumlarının dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Qeyri-kommersiya hüquqi şəxslər və xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz.

7.1-2. Qeyri-kommersiya hüquqi şəxslərin və xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəliklərinin və ya filiallarının təqdim etdikləri sənədlərə baxılarkən əvvəllər müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılıb-qaldırılmaması yoxlanılmalıdır.

7.1-3. Qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin və ya filiallarının təsis sənədlərində qanunvericiliyə uyğunsuzluq aşkar edildikdə həmin qurumlardan 30 gün müddətində təsis sənədlərinin qanunvericiliyə uyğunlaşdırılması tələb edilməlidir.

7.1-4. Qeyri-kommersiya qurumlarının sənədlərinə baxılarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi aşkar edildikdə həmin qurumun və ya vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş tədbirlər həyata keçirilməlidir.

7.1-5. Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də bu Qaydaların tələbləri nəzərə alınmaqla və gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə də həyata keçirilir.

7.1-6. “Fərdi elektron pəncərə” elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən istifadə edirlər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər.

7.2. Nizamnaməyə (və ya əsasnaməyə) edilmiş dəyişiklik və ya əlavələri özündə əks etdirən qeyd olunmuş vərəqdə qurumun adı, onun qeydiyyat nömrəsi və tarixi, dövlət qeydiyyat orqanının adı, dəyişiklik və ya əlavələrin məzmunu, habelə dəyişiklik və ya əlavələrin qeydiyyata alındığı tarix göstərilməlidir.

7.4. Dəyişiklik və ya əlavələr bir vərəqdən artıq olduqda həmin vərəqlər tikilir, vərəqlərin sayı göstərilir və sonuncu vərəqin arxasında vərəqlərin ümumi sayı göstərilməklə icraçı tərəfindən imzalanır və dəftərxana möhürü ilə təsdiq edilir.

Yeni redaksiyada qeydiyyata alınmış nizamnamə (və ya əsasnamə) də bu Qaydaların 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada tikilir.

7.5. Nizamnaməyə (və ya əsasnaməyə) edilmiş dəyişikliklər, yeni redaksiyada nizamnamənin qeydiyyata alınması qeydiyyat orqanının rəhbərinin imzası və gerbli möhürlə təsdiqlənir.

7.6. Yeni redaksiyada nizamnamə (və ya əsasnamə) təsdiq edildikdə onun 2-ci, 3-cü və s. redaksiya olması titul vərəqində göstərilir. (Əlavə 6)

7.7. Nizamnaməyə (və ya əsasnaməyə) edilmiş dəyişiklik və ya əlavələrin qeydiyyata alınması barədə müvafiq dövlət reyestri kitabında qeydlər aparılır.

7.8. Qeydiyyat aparıldıqdan sonra dəyişiklik və ya əlavələri əks etdirən sənədin bir nüsxəsi ərizəçiyə (təsisçiyə) verilir (göndərilir), digər nüsxəsi isə təqdim edilmiş sənədlərlə birlikdə qurumun arxiv sənədlərinə əlavə edilir. Həmin materiallar arxiv sənədlərində müstəqil qrup təşkil edir və onlara dair mündəricat tərtib olunur. Bundan sonra sənədlər bu Qaydaların 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada tikilir.

7.9. Nizamnaməyə dəyişiklik edilməsi tələb olunmayan, lakin qanunla qeydiyyata alınmalı olan faktlar, habelə həmin faktların dəyişməsi reyestrdə qeyd edilir və dövlət reyestrindən çıxarışla təsdiq edilir. Çıxarışın bir nüsxəsi təqdim edilmiş sənədlərlə birlikdə bu Qaydaların 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada tikilir və arxiv materiallarına əlavə edilir.

7.10. Qurumun adının dəyişməsi faktı qeydiyyata alındıqda ona yeni qeydiyyat nömrəsi verilmir. Adın dəyişməsi faktı müvafiq şəhadətnamənin və dövlət reyestrindən çıxarışın verilməsi ilə təsdiq edilir.

7.11. Qeyri-kommersiya qurumuna ad dəyişmə ilə bağlı şəhadətnamə verildikdə, əvvəlki qeydiyyat şəhadətnaməsi qeydiyyat orqanı tərəfindən geri alınır, üzərində diyircəkli qələmlə xətt çəkilərək arxiv sənədlərinə tikilir. Həmçinin qeyri-kommersiya qurumunun əvvəlki adını özündə əks etdirən möhür də təhvil alınır, sənədin icraçısı və idarənin rəhbəri tərəfindən imzalanmış müvafiq akt əsasında ləğv edilir (Əlavə № 8).

Möhür Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməyənədək təsis sənədlərində edilmiş dəyişikliklərin və dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlər verilmir. Möhür itirildiyi halda bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən verilmiş arayış təqdim edilməlidir.

Qeyri-kommersiya qurumunun nizamnaməsinin (və ya əsasnaməsinin) təsisçiyə qaytarılmalı nüsxəsi bu Qaydaların 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada tikilir.

7.12. Qeyri-kommersiya qurumunun nizamnaməsi yeni redaksiyada dövlət qeydiyyatına alındığı zaman onun əvvəlki redaksiyada olan nizamnaməsi geri alınır.

7.13. Dəyişiklik qanunvericiliyin tələblərinə zidd olmadıqda 5 gün müddətində qeydiyyata alınır və bu barədə reyestr kitabında qeyd edilir.

7.13-1. Siyasi partiyanın proqramında edilmiş dəyişikliklər və yeni proqramı qanunvericiliyin tələblərinə zidd olmadıqda 5 gün müddətində arxiv sənədlərinə əlavə olunur.

7.14. Rayon (şəhər) qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmış qeyri-kommersiya qurumu hüquqi ünvanının dəyişdirilməsi faktının dövlət qeydiyyatı həmin qeyri-kommersiya qurumunun dövlət qeydiyyatını həyata keçirən rayon (şəhər) qeydiyyat şöbəsində aparılır.

7.15. Qeyri-kommersiya qurumunun hüquqi ünvanının dəyişdirilməsi faktı dövlət qeydiyyatına alındıqdan sonra 3 gün ərzində həmin qeyri-kommersiya qurumunun arxiv sənədləri onun yeni hüquqi ünvanı üzrə rayon (şəhər) qeydiyyat şöbəsinə göndərilir.

7.16. Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) elektron qaydada Ədliyyə Nazirliyinə məlumat təqdim edir. Siyasi partiya üzvlərinin reyestrində dəyişiklik baş verdiyi andan etibarən bu barədə məlumatı elektron qaydada təqdim edə bilər. Bu hal siyasi partiyanı bu bəndin birinci cümləsində qeyd olunan öhdəlikdən azad etmir.

8.1. Qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin dövlət qeydiyyatı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və müvafiq icra vərəqi əsasında aparılarkən, dövlət reyestrində hüquqi əsas kimi məhkəmənin qərarı göstərilməlidir.

8.2. Məhkəmə qərarının və icra vərəqinin əsli və ya əsli ilə düzgünlüyü təsdiq olumuş surəti bir qayda olaraq 2.1-2.9-cu bəndlərdə göstərilən sənədlərlə birlikdə təqdim olunmalıdır.

8.3. Məhkəmənin qərarı əsasında qurumun yenidən təşkil edilməsi zamanı dövlət qeydiyyatına alınması üçün bu Qaydaların 6.2.-ci bəndində nəzərdə tutulan sənədlər təqdim edilir.

9.1. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-kommersiya hüquqi şəxslərinin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı nümayəndəlik və ya filiallarının olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı barəsində məlumatlar qeyri-kommersiya qurumlarının dövlət reyestrində aparılan yazıda əks etdirilməlidir.

9.2. Bu nümayəndəlik və ya filialların yarandığı andan 10 gün müddətində qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi üçün müvafiq qeydiyyat orqanına ərizə (Əlavə 7) ilə müraciət edilməlidir. Ərizədə qeyd olunan nümayəndəlik və ya filialların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı barəsində məlumatlar göstərilir və həmin məlumatları özündə əks etdirən sənədlər qeydiyyat orqanına təqdim edilir.

9.3. Təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olduqda qeydiyyat orqanı tərəfindən nümayəndəlik və ya filialların qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsindən imtina edilir.

9.4. Qeydiyyat orqanı Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-kommersiya hüquqi şəxslərinin yaratdığı nümayəndəlik və filialları barədə məlumatı qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil etdikdən sonra bu barədə müraciət edən şəxsə yazılı məlumat verir.

9.5. Qeyd edilən nümayəndəlik və ya filiallar qeyri-kommersiya qurumlarının dövlət reyestrinə rüsumsuz daxil edilir.

10.1. Qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi itirildikdə arxiv sənədlərinə əsasən onların dublikatı verilir.

10.2. Qurumun səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmiş ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

- sənədlərin itirilməsi barədə mətbuatda dərc edilmiş elan;

- dövlət rüsumunun ödənilməsi barədə sənəd (yalnız dövlət qeydiyyatı haqqında şəhadətnamə üçün);

- sənədin tapılmaması barədə müvafiq daxili işlər orqanı tərəfindən verilmiş arayış.

10.3. Dublikat verildikdə sənədin üzərində "Dublikat" sözünü əks etdirən ştamp vurulur.

10.4. Ərizəyə əsasən təsis sənədlərinin (nizamnamənin (və ya əsasnamənin), dövlət qeydiyyatı haqqında şəhadətnamənin və s.) surətləri də verilir. Sənədlərin surəti verildikdə həmin sənədin üzərində iri hərflə "Surət" sözünü əks etdirən ştamp vurulur.

10.5. Qeydiyyat sənədlərinin surətinin əsli ilə düzgünlüyü və ya dublikatı qeydiyyat orqanının rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

10.6. Qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin nizamnaməsində (və ya əsasnaməsində) yol verilmiş düzəlişlərin həqiqiliyi qurumun qeydiyyat orqanında saxlanılan nizamnaməsindəki (və ya əsasnaməsindəki) düzəlişlərlə eynilik təşkil etdikdə qeydiyyat orqanı tərəfindən təsdiq edilir.

10.7. Qurumun nizamnaməsi (və ya əsasnaməsi), dövlət qeydiyyatı haqqında şəhadətnaməsi yararsız hala düşdükdə, həmin sənədlər təhvil verilərək yenisi ilə əvəz edilə bilər. Qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin dublikatının verilməsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş miqdarda dövlət rüsumu ödənilməklə həyata keçirilir.

10.8. Yeni şəhadətnamənin verilməsi barədə dövlət reyestr kitabının "qeydlər" sütununda qeyd edilir.

11.1. Əvvəllər uçota alınmış, habelə başqa dövlət orqanlarında qeydiyyata alınmış qeyri-kommersiya qurumları qanunvericilikdə müəyyən edilmiş qaydada şərti nömrə altında müvafiq dövlət reyestr kitabına daxil edilirlər. Reyestr kitabının qeydlər sütununda qurumun əvvəlki qeydiyyat nömrəsi, qeydiyyat tarixi və qeydiyyat orqanı haqqında məlumatlar göstərilir.

11.2. Başqa dövlət orqanlarında qeydiyyata alınmış qeyri-kommersiya qurumlarının yeni qeydiyyat şəhadətnaməsində onların ilkin qeydiyyat tarixi və yeni qeydiyyat nömrəsi göstərilir. Reyestrdən çıxarışda isə həmin qurumların ilkin qeydiyyat tarixi və qeydiyyat nömrəsi, yeni qeydiyyat nömrəsi, əvvəlki qeydiyyat orqanı və hüquqi varislik haqqında məlumatlar göstərilir.

11-1.1. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq qeyri-hökumət təşkilatları və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəlikləri və ya filialları fəaliyyətini müvəqqəti olaraq dayandırması ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edə bilər.

11-1.1-1. Qanunun 8.1-ci maddəsinə əsasən siyasi partiya fəaliyyətini müvəqqəti dayandıra bilər.

11-1.2. Qurumun müraciəti əsasında fəaliyyətinin dayandırılması üçün aşağıdakı sənədlər Ədliyyə Nazirliyinə təqdim olunmalıdır:

- qurumun qanuni təmsilçisi tərəfindən imzalanmış və möhürü ilə təsdiq olunmuş ərizə (Əlavə 17);

- qurumun fəaliyyətinin dayandırılması ilə bağlı qərar (qərarda dayandırılma müddəti, qeyri-hökumət təşkilatlarında və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəlik və ya filiallarında isə həmçinin dayandırılma səbəbi göstərilməlidir).

Siyasi partiya fəaliyyətinin müvəqqəti dayandırıldığı barədə qərarın qəbul edildiyi qurultayın keçirildiyi tarixdən 3 gün müddətində qəbul olunmuş qərarı Ədliyyə Nazirliyinə təqdim edir və siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.

11-1.3. Fəaliyyətinin dayandırılması barədə sənədlərə baxılarkən qurum tərəfindən müvafiq vergi ilində (illərində) fəaliyyətin müvəqqəti olaraq dayandırması ilə əlaqədar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16-cı maddəsi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilib-edilməməsi aydınlaşdırılmalıdır.

11-1.4. Qurum tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət olunmadığı müəyyən edildikdə müraciət edənə bununla bağlı qanunvericiliyin tələbləri yazılı qaydada bildirilməlidir.

11-1.4-1. Bu qaydaların 11-1.2-ci bəndində göstərilmiş sənədlər daxil olduqda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 gün müddətində qurumun fəaliyyətinin dayandırılması barədə məlumatı qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edir.

11-1.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırmış vergi ödəyicisi olan qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri, siyasi partiyalar, habelə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən təqdim etdikləri maliyyə hesabatlarına əsasən fəaliyyətini dayandırmış və bərpa etmiş qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri barədə məlumatlar daxil olduqda, həmin məlumatlar göstərilən orqanlara istinad etməklə 3 gün müddətində qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilir.

11-1.5-1. Qeyri-hökumət təşkilatı və xarici dövlətlərin qeyri-hökumət təşkilatının nümayəndəliyinin və ya filialının fəaliyyəti bərpa edildikdə bu barədə məlumatın qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi üçün 3 gün ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edilməlidir. Ərizədə qurumun fəaliyyətinin bərpa edildiyi tarix, fəaliyyətin bərpa edilməsi barədə qərarı qəbul etmiş orqan göstərilməlidir.

11-1.5-2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

- qurumun fəaliyyətinin bərpa edilməsi barədə qərar (vaxtından əvvəl bərpa edildiyi halda qərarda bunun səbəbi göstərilməlidir);

- qurumun fəaliyyətinin bərpa edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlandırılmasını təsdiq edən sənəd.

11-1.5-3. Bu Qaydaların 11-1.5-2-ci bəndində göstərilmiş sənədlər daxil olduqda Ədliyyə Nazirliyi 3 gün ərzində qurumun fəaliyyətinin bərpa edilməsi barədə məlumatı qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edir.

11-1.5-4. Bu Qaydaların 11-1.1-1-ci bəndində nəzərdə tutulmuş halda siyasi partiyanın fəaliyyətinin dayandırıldığı müddət bitdikdən sonra siyasi partiyanın fəaliyyəti bərpa olunmuş hesab olunur. Siyasi partiyanın fəaliyyətinin bərpa olunduğu tarixdən 3 gün müddətində siyasi partiya bu barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.

11-1.6. Qeyri-hökumət təşkilatının, xarici dövlətin qeyri-hökumət təşkilatının nümayəndəlik və ya filialının, habelə siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə daxil olduğu gündən 3 gün müddətində müvafiq məlumat qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilir. Qurumun fəaliyyətinin dayandırılması barədə məlumat dövlət reyestrinə daxil olduqdan sonra onun sənədlərində qurum və ya təsisçilər tərəfindən hər hansı dəyişikliyin edilməsinə yol verilmir.

11-1.7. Qurumun fəaliyyətinin dayandırılmasına dair məlumatda qərarı çıxarmış məhkəmə, onun çıxarıldığı tarix, qüvvəyə mindiyi tarix, dayandırmanın müddəti, əsası, dayandırmanın başa çatdığı tarix göstərilir.

11-1.8. Fəaliyyəti dayandırılmış qeyri-hökumət təşkilatının, xarici dövlətin qeyri-hökumət təşkilatının nümayəndəliyinin və ya filialının fəaliyyətinin vaxtından əvvəl bərpa edilməsi barədə məhkəmə qərarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə daxil olduğu gündən 3 gün müddətində müvafiq məlumat qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilir.

11-1.9. Qurumun fəaliyyətinin bərpasına dair məlumatda qərarı çıxarmış məhkəmə, onun çıxarıldığı tarix, qüvvəyə mindiyi tarix, bərpa üçün müraciət etmiş subyekt, bərpanın əsasları, qurumun fəaliyyətinin bərpa edildiyi tarix göstərilir.

11-1.9-1. Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş halda siyasi partiyanın fəaliyyətinin dayandırıldığı müddət bitdikdən sonra siyasi partiya 30 gün müddətində Ədliyyə Nazirliyinin həmin Qanunun 7.3.3-cü və 7.4-cü maddələrində nəzərdə tutulmuş xəbərdarlığında göstərilmiş pozuntuları aradan qaldırır və Ədliyyə Nazirliyinə bu barədə məlumatı təqdim edir. Təqdim edilmiş məlumatda xəbərdarlıqda göstərilmiş pozuntuların tam aradan qaldırılması müəyyən edildikdə, məlumatın daxil olduğu tarixdən 30 gündən gec olmayaraq Ədliyyə Nazirliyi bu barədə məlumatı siyasi partiyaya təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Həmin məlumat alındığı tarixdən siyasi partiyanın fəaliyyəti bərpa olunmuş hesab olunur. Siyasi partiyanın fəaliyyətinin bərpa olunduğu tarixdən 3 gün müddətində siyasi partiya bu barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.

11-1.10. Hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın, həmkarlar ittifaqının, qeyri-hökumət təşkilatının, xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hərbi vəziyyət başa çatanadək Azərbaycan Respublikası Prezidentinin Fərmanına (bundan sonra - hərbi vəziyyət barədə Fərman) əsasən dayandırıla bilər.

11-1.11. Siyasi partiyanın, həmkarlar ittifaqının, qeyri-hökumət təşkilatının, xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti hərbi vəziyyət başa çatanadək dayandırıldıqda, bu barədə məlumat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hərbi vəziyyət barədə Fərmana istinad edilməklə 3 gün müddətində dövlət reyestrinə daxil edilir. Həmin məlumatda hərbi vəziyyət barədə Fərmanın tarixi, nömrəsi, qüvvəyə mindiyi tarix, dayandırmanın müddəti, dayandırmanın başa çatdığı tarix göstərilir.

11-1.12. “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hərbi vəziyyət başa çatanadək fəaliyyəti dayandırılmış siyasi partiyanın, həmkarlar ittifaqının, qeyri-hökumət təşkilatının, xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin bərpa edilmiş hesab olunması barədə məlumat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hərbi vəziyyət dövrünün başa çatdığı gündən növbəti gün ərzində dövlət reyestrinə daxil edilir. Qurumun fəaliyyətinin bərpa edilməsi barədə məlumatda fəaliyyətinin bərpa edildiyi tarix və bərpa edilməsinin hüquqi əsasları göstərilməlidir.

11-1.13. Fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törədən siyasi partiyaların fəaliyyəti “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada fövqəladə vəziyyət rejiminin müddəti bitənədək Azərbaycan Respublikası Prezidentinin Fərmanına (bundan sonra - fövqəladə vəziyyət barədə Fərman) əsasən dayandırıla bilər.

11-1.14. Siyasi partiyanın fəaliyyəti fövqəladə vəziyyət rejiminin müddəti bitənədək dayandırıldıqda, bu barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən fövqəladə vəziyyət barədə Fərmana istinad edilməklə 3 gün müddətində dövlət reyestrinə daxil edilir. Məlumatda fövqəladə vəziyyət barədə Fərmanın tarixi, nömrəsi, qüvvəyə mindiyi tarix, dayandırmanın müddəti, dayandırmanın başa çatdığı tarix göstərilir.

11-1.15. “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada fövqəladə vəziyyət rejiminin müddəti bitənədək fəaliyyəti dayandırılmış siyasi partiyanın fəaliyyətinin bərpa edilmiş hesab olunması barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən fövqəladə vəziyyət rejiminin müddətinin bitdiyi gündən növbəti gün ərzində dövlət reyestrinə daxil edilir. Qurumun fəaliyyətinin bərpa edilməsi barədə məlumatda fəaliyyətinin bərpa edildiyi tarix və bərpa edilməsinin hüquqi əsasları göstərilməlidir.

11-2.1. Qeyri-kommersiya qurumlarının yenidən təşkil edilməsi, yaxud ləğv olunması qadağan edildikdə bu barədə məhkəmə qərarı Ədliyyə Nazirliyinə daxil olduğu gündən 5 (beş) gün müddətində hüquqi şəxslərin dövlət reyestrində müvafiq qeydlər aparılır.

11-2.2. Qeyri-kommersiya qurumu müəyyən fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum edildikdə bu barədə məhkəmə qərarının surəti Ədliyyə Nazirliyinə daxil olduğu gündən 10 (on) gün müddətində hüquqi şəxslərin dövlət reyestrində müvafiq qeydlər aparılaraq 2 (iki) gün müddətində dövlət icra məmuruna məlumat verilir.

12.1. Qeyri-kommersiya qurumu ləğv edildikdə qeyri-kommersiya qurumları dövlət reyestrindən çıxarılır.

12.2. Qeyri-kommersiya qurumunun ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır.

12.3. Qeyri-kommersiya qurumunun ləğv prosesində olması barədə məlumatın qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) tərəfindən imzalanmış və qurumun möhürü ilə təsdiq olunmuş ərizə (Əlavə 14) ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etməlidir.

12.4. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur (hər birinin adı və vərəqlərinin sayı göstərilməklə):

- ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.2-1-ci maddəsi ilə nəzərdə tutulmuş halda auditor rəyi);

- Azərbaycan Respublikasında qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi “Ədliyyə” qəzetində qeyri-kommersiya qurumunun ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd (qəzetin nömrəsi (sayı) və tarixi göstərilməklə) və möhür.

Möhür itirildiyi halda bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən verilmiş arayış təqdim edilməlidir.

12.5. Təqdim edilmiş sənədlər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, 5 gün müddətində qurumun ləğvetmə prosesində olması barədə qeyd dövlət reyestrinə daxil edilir. Bundan sonra qeyri-kommersiya qurumu tərəfindən sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir.

12.6. Ləğv prosesində olan qeyri-kommersiya qurumu yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir.

12.7. Ləğvetmə prosesinin ümumi müddəti qurumun ləğv edilməsi barədə məlumatın qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur.

12.8. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində qeyri-kommersiya qurumunun dövlət reyestrindən çıxarılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müşayiət məktubu ilə aşağıdakı sənədləri (hər birinin adı və vərəqlərinin sayı göstərilməklə) təqdim etməlidir:

- qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı;

- qeyri-kommersiya qurumu ləğv edildikdə onların borclarının ödənilməsindən sonra qalan əmlakın nizamnamələrində göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilməsini təsdiq edən sənəd;

- qurumun qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli, üzərində “ləğv prosesindədir” yazılmış möhür;

- fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatı tərəfindən verilmiş arayış.

12.9. Qeyri-kommersiya qurumu yenidən təşkil formasında ləğv edildikdə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) tərəfindən imzalanmış və qurumun möhürü ilə təsdiq olunmuş ərizəyə bu Qaydaların 12.4-cü bəndinin birinci və üçüncü, 12.8-ci bəndinin dördüncü yarımbəndlərində göstərilmiş sənədlər, həmçinin təhvil aktı və ya bölünmə balansı (hər birinin adı və vərəqlərinin sayı göstərilməklə) əlavə edilir:

12.10. Bu Qaydaların 12.3-cü bəndində göstərilmiş ərizə surəti ilə birlikdə təqdim edilir. Ərizənin əsli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində saxlanılır, surəti isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə müraciət etmiş şəxsə qaytarılır.

12.11. Ləğvetmə barədə zəruri sənədlər təqdim edildikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həmin sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır və çatışmazlıq aşkar edilmədikdə, sənədləri aldığı vaxtdan 7 gün müddətində qurumun dövlət reyestrindən çıxarılması barədə qərar qəbul edir.

12.12. Təqdim olunmuş sənədlərdə çatışmazlıq aşkar edildiyi halda, bu barədə müraciət etmiş şəxslərə yazılı məlumat verilir və çatışmazlığın aradan qaldırılması tələb olunur. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 7 gündən gec olmayaraq qurumun dövlət reyestrindən çıxarılması haqqında qərar qəbul edir və bu barədə müraciət etmiş şəxslərə məlumat verir. Qurumun ləğv edilməsi barədə dövlət reyestrində müvafiq qeydlər aparılır. Çatışmazlıqların aradan qaldırılması barədə məlumat verilmədikdə, qurum dövlət reyestrindən çıxarıla bilməz.

12.13. Qurumun dövlət reyestrindən çıxarılması barədə qərarda ləğvetmə barədə qərarı qəbul etmiş orqan, ləğvetmə barədə qərarın tarixi, ləğvetmə qaydası və ləğvetmə prosesinin başa çatdığı tarix göstərilməlidir.

12.14. Ləğv edilmiş və dövlət reyestrindən çıxarılmış qeyri-kommersiya qurumlarının möhürləri (qurumun möhürü və üzərində “ləğv prosesindədir” yazılmış möhür) qeydiyyat orqanında məhv edilir və bu barədə müvafiq akt (Əlavə 8) tərtib edilir. Akt qurumun arxiv sənədlərinə əlavə olunur.

12.15. Ləğv edilmiş və dövlət reyestrindən çıxarılmış qeyri-kommersiya qurumunun ləğvetmə ilə bağlı sənədlərinə dair mündəricat tərtib edilir, onun dövlət reyestrindən çıxarılması barədə müvafiq məktub və möhürlərin məhv edilməsi barədə akt əlavə edilərək bu Qaydaların 12.4-cü, 12.8-ci və 12.9-cu bəndlərində göstərilən ardıcıllıqla tikilir.

12.16. Sənədlər tikildikdən sonra arxivə təhvil verilir. Qeyri-kommersiya qurumlarının şəhadətnaməsi və nizamnaməsində (və ya əsasnaməsində) qeydiyyat rekvizitlərini təsdiq edən imza və möhürün üstündən diyircəkli qələmlə xətt çəkilir.

12.17. Dövlət reyestrindən çıxarılmış qurumun qeydiyyat nömrəsi silinmir və digər qeyri-kommersiya qurumuna verilmir.

12.18. Xarici hüquqi şəxslərin nümayəndəliklərinin və ya filiallarının ləğv edilməsi zamanı hüquqi şəxslərin ləğvi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalar tətbiq edilir.

12.19. Xarici dövlətin qeyri-hökumət təşkilatı digər təşkilata birləşdikdə, qoşulduqda və ya özü bölündükdə, təşkilati-hüquqi formasını dəyişdikdə onun Azərbaycan Respublikasının ərazisindəki filialı və ya nümayəndəliyi ləğv edilir.

12.20. Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin və ya filiallarının dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin qüvvədə olma müddətinin uzadılmaması həmin filial və ya nümayəndəliyin ləğv edilməsi üçün əsasdır. Sazişin qüvvədə olma müddəti uzadılmadıqda xarici dövlətin qeyri-hökumət təşkilatının nümayəndəliyi və ya filialı qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarılır.

12.21. Qeyri-kommersiya qurumunun ləğvi bu barədə qeydin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, qeyri-kommersiya qurumu isə mövcudluğuna son qoymuş sayılır. Dövlət reyestrindən çıxarılmış qurumlar fəaliyyət göstərə bilməz.

12.22. Siyasi partiyanın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi tarixdən 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi öz rəsmi internet saytında siyasi partiyanın ləğvi barədə məlumatı yayımlayır.

13.1. Dövlət qeydiyyatına alınmış hər bir qeyri-kommersiya qurumu və Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış qeyri-kommersiya qurumunun yaratdığı nümayəndəlik və ya filiallar barədə məlumatlar reyestrə daxil edildikdən sonra onların qeydiyyata alınması və reyestrə daxil edilməsi üçün təqdim edilmiş sənədlər mühafizə edilmək üçün arxivə verilir.

Dövlət reyestr məlumatlarını əks etdirən və qeydiyyat üçün təqdim edilən sənədlər toplusu, o cümlədən dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarış arxivdə müvafiq qurumun qeydiyyat nömrəsi altında mühafizə edilir.

13.2. Arxiv işinə məsul şəxs dövlət qeydiyyatına alınmış qurumun arxiv sənədlərinin qeydiyyat nömrələrinin ardıcıllığı üzrə arxivdə mühafizəsini təşkil və onların itməsi, korlanması və məhv olmasının qarşısının alınmasını təmin edir. Arxiv havası dəyişdirilən, quru, kənar şəxslərin daxil olmasına qadağa qoyulan, yanğın təhlükəsizliyi təmin edilən yerdə təşkil olunur.

13.3. Qeydiyyatda olan qurumun arxiv sənədləri müddətsiz mühafizə edilir. Dövlət reyestri kitablarında qeydiyyata alınmış bütün qurumlar ləğv edildiyi halda həmin kitab sonuncu ləğvetmədən sonra, ləğv edilmiş qurumların arxiv sənədləri isə qurumun dövlət reyestrindən çıxarıldığı gündən 75 il mühafizə edilir.

13.4. Dövlət qeydiyyatına alınmasından imtina edilmiş qurumların, həmçinin reyestrdə qeydə alınmalı faktların dəyişikliyinin qeydiyyatından imtina ilə bağlı sənədlərin 3 il müddətinə saxlanılması təmin edilir.

13.5. Saxlanılma müddəti bitmiş sənədlər məhv edilir və bu barədə akt tərtib edilir.

13.6. Qurumun arxiv sənədləri tapılmadıqda və ya itmiş olduqda, həmin sənədlərin bərpası üçün tədbirlər görülür. Bu məqsədlə təsisçilərdə olan qurumun qeydiyyata alınmış nizamnaməsinin (və ya əsasnaməsinin), şəhadətnaməsinin və s. təsis sənədlərinin notariat qaydada təsdiq edilmiş surəti alınır.

Qeydiyyat orqanlarında “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestri kitabı”, “Qeyri-kommersiya qurumlarının qeydiyyatı barədə müraciətlər kitabı”, “Dövlət reyestrində dəyişiklik edilməsi barədə müraciətlər kitabı”, “Arxiv sənədlərinin hərəkəti kitabı” (Əlavə 9), “Arxiv sənədlərinin qeydiyyatı kitabı” (Əlavə 10), “Reyestrdən çıxarılmış qeyri-kommersiya qurumlarının uçotu kitabı” (Əlavə11) “Qeydiyyat sənədlərinin təhvil kitab”ları (Əlavə12) tətbiq edilir.

Bu kitablar xüsusi müddət təyin edilənədək saxlanılır və mühafizə edilir.

Rayon (şəhər) qeydiyyat şöbələri qeyri-kommersiya qurumları barədə dövlət reyestrinə daxil edilmiş məlumatları müəyyən olunmuş formada (Əlavə 13) hər ay kağız və ya elektron daşıyıcılar vasitəsilə dərc olunması üçün Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə təqdim etməlidirlər.

16.1. Qeyri-kommersiya qurumları dövlət qeydiyyatına alındıqdan və dövlət reyestrinə daxil edildikdən sonra, habelə onların yenidən təşkil edildikdə, ləğv olunduqda və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə, qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri fəaliyyətini dayandırdıqda və bərpa etdikdə bu barədə ayda bir dəfə Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Dövlət Statistika Komitəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müəyyən edilmiş formaya uyğun olaraq məlumat verir.

16.2. Rayon (şəhər) qeydiyyat şöbələri qeyri-kommersiya qurumlarının qeydiyyatı barədə Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə müəyyən edilmiş formada yarımillik və illik hesabatlar təqdim edirlər.

16.3. Rayon (şəhər) qeydiyyat şöbələri qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı ilə bağlı ödənilmiş dövlət rüsumu barədə müvafiq vergi orqanına və Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə müəyyən edilmiş formada yarımillik və illik hesabat verirlər.

Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №1

“Dövlət qeydiyyatına alınmışdır”

_________________________

(qeydiyyat orqanının adı)

Qeydiyyat № ________________

“_____” ____________ 20 -c… il

________________________

(vəzifəli şəxsin vəzifəsi, adı, soyadı)

____________________________

___________________ _____20 -c…

(səlahiyyətli orqanın adı)

il tarixli qərarı ilə

__________________________________________

(səlahiyyətli şəxsin (şəxslərin) vəzifəsi, adı,

soyadı və ya təsisçi (təsisçilərin) adı, soyadı)

_______________________________

Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №2

Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №3

Gəncə şəhəri Kəpəz rayonu

Gəncə şəhəri Nizami rayonu

Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №4

__________________________________________________________________

______________________________________________________

__________________________________________________________________

__________________________________________________________________

__________________________________________________________________

(qeyri-kommersiya qurumunun adı, təşkilati-hüquqi forması, qeydiyyat tarixi və nömrəsi hüquqi ünvanı)

__________________________________________________________________

__________________________________________________________________

__________________________________________________________________

(təsisçinin (təsisçilərin) və ya səlahiyyətli şəxsin (şəxslərin) adı, soyadı, atasının adı, yaşayış yeri, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və vəkalətnamə haqqında məlumat) tərəfindən

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

qeydiyyatına alınmasını xahiş edirik.

Qeydiyyata alınmaq üçün təqdim olunan faktlar və saxlanmağa verilən sənədlər düzgündür. Yanlış məlumat verilməsinə görə qanunla məsuliyyət müəyyən edilməsindən xəbərdaram.

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

(saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilən sənədlər barədə məlumat)

Təsisçi (təsisçilər) və ya səlahiyyətli şəxs (şəxslər):

_____________________

(adı, soyadı, atasının adı)

Qeyd: ərizə hüquqi şəxsin möhürü ilə təsdiq edilir.

Qoşulan sənədlər barədə məlumatlar ayrı-ayrı sətirlərdə göstərilir.

Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №5

“Dövlət qeydiyyatına alınmışdır”

_________________________

(qeydiyyat orqanının adı)

Qeydiyyat № ________________

“_____” ____________ 20 … il

___________________________________

(vəzifəli şəxsin vəzifəsi, adı, soyadı)

____________________________

___________________ _____20 …

(səlahiyyətli orqanın adı)

il tarixli qərarı ilə

________________________________________

(səlahiyyətli şəxsin (şəxslərin) vəzifəsi, adı,

soyadı və ya təsisçi (təsisçilərin) adı,

________________________________

_________.... il tarixdə ________ nömrə ilə _____________________ tərəfindən dövlət

(qeydiyyat orqanın adı)

qeydiyyatına alınmış ________________ nizamnaməsinin (əsasnaməsinin) _______…

bəndinə edilmiş dəyişikliklər/əlavələr:

Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №6

“Dövlət qeydiyyatına alınmışdır”

_________________________

(qeydiyyat orqanının adı)

“_____” ____________ 20 -c… il

________________________

(vəzifəli şəxsin vəzifəsi, adı, soyadı)

____________________________

____________________ ___20 –c

(səlahiyyətli orqanın adı) il tarixli qərarı ilə

____________________________

(səlahiyyətli şəxsin vəzifəsi, adı, soyadı və ya təsisçi (təsisçilərin) adı, soyadı)

____________________________

Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №7

__________________________________________________________________

______________________________________________________

__________________________________________________________________

__________________________________________________________________

__________________________________________________________________

(qeyri-kommersiya qurumunun adı, təşkilati-hüquqi forması, qeydiyyat tarixi və nömrəsi və olduğu yer)

__________________________________________________________________

__________________________________________________________________

__________________________________________________________________

(təsisçinin (təsisçilərin) və ya səlahiyyətli şəxsin (şəxslərin) adı, soyadı, atasının adı, yaşayış yeri, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və vəkalətnamə haqqında məlumat)

_____________________________________________________________________________________

filialının (nümayəndəliyinin) dövlət reyestrinə daxil edilməsini xahiş edirik.

Qeydiyyata alınmaq üçün təqdim olunan faktlar və saxlanmağa verilən sənədlər düzgündür. Yanlış məlumat verilməsinə görə qanunla məsuliyyət müəyyən edilməsindən xəbərdaram.

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

(saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilən sənədlər barədə məlumat)

Təsisçi (təsisçilər) və ya

səlahiyyətli şəxs (şəxslər):

_____________________

(adı, soyadı, atasının adı)

Qeyd: ərizə hüquqi şəxsin möhürü ilə təsdiq edilir.

Qoşulan sənədlər barədə məlumatlar ayrı-ayrı sətirlərdə göstərilir.

Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №8

Dövlət reyestrindən çıxarılmış qeyri-kommersiya qurumunun möhürünün məhv edilməsi barədə

_________________________ ilə əlaqədar ____20 –c… il tarixdə ___nömrə ilə_________________

(möhürün ləğv olunmasının səbəbi)

(qeydiyyat orqanının adı)

tərəfindən dövlət qeydiyyatına alınmış ______________ məxsus … ədəd

möhür tərəfimizdən məhv edildi.

_______________________________

(vəzifəli şəxsin vəzifəsi, adı soyadı)

_______________________________

(vəzifəli şəxsin vəzifəsi, adı soyadı)

Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №9

Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №10

Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №11

Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №12

Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №13

Qurumun adı: __________________

Qeydiyyat tarixi: ________________

Qeydiyyat №-si: ________________

Hüquqi ünvanı: _________________

Fəaliyyət ərazisi: ________________

Fəaliyyət predmeti və məqsədi: __________________

Fondlarda təsisçilər:_______________________

Fondlarda nizamnamə kapitalı və təsisçilərin əmlak paylarının miqdarı:____________________

Fondlarda Himayəçilər şurasının üzvləri:_____________________

Qanuni təmsilçi:____________________________

Dövlət qeydiyyatına alınmış qeyri-kommersiya qurumlarının təsis sənədlərində edilmiş dəyişikliklər barədə

Qurumun adı: _________________

Qeydiyyat tarixi: ________________

Qeydiyyat №-si: ________________

Dəyişikliklərin məzmunu və hüquqi əsasları:_______________________

Dəyişikliklərin qeydiyyat tarixi:_______________________

Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №14

ləğv prosesində olması ilə bağlı məlumatların dövlət reyestrinə daxil edilməsini xahiş edirik.

Qeydiyyata alınmaq üçün təqdim olunan faktlar və saxlanmağa verilən sənədlər düzgündür. Yanlış məlumat verilməsinə görə qanunla məsuliyyət müəyyən edilməsindən xəbərdaram.

______________________________________________________________________________________

______________________________________________________________________________________

______________________________________________________________________________________

(saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilən sənədlər barədə məlumat, vərəqlərin sayı göstərilməklə)

Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici)

Qeyd: ərizə hüquqi şəxsin möhürü ilə təsdiq edilir.

Qoşulan sənədlər barədə məlumatlar ayrı-ayrı sətirlərdə göstərilir.

___________________________________

___________________________________

__________________________ tərəfindən

təsis yığıncağının protokolu, partiyanın

nizamnaməsi və proqramı “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun üçün təqdim olunur.

tələblərinə uyğunluğunun yoxlanılması

Təqdim edilən faktlar və saxlanmağa verilən sənədlər düzgündür. Yanlış məlumat verilməsinə görə qanunla məsuliyyət müəyyən edilməsindən xəbərdaram.

__________________________________________________________________

__________________________________________________________________

__________________________________________________________________

Səlahiyyətli şəxs və (və ya) digər təsisçi (təsisçilər)

____________________________

Qeyd: ərizədə səlahiyyətli şəxsin və digər təsisçinin (təsisçilərin) soyadı, adı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi göstərilməlidir.

Ərizə notariat qaydasında təsdiq edilməlidir.

Qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda)

Əlaqə telefon nömrəsi

_______________________________________________

_______________________________________________

_______________________________________________

_______________________________________________

_______________________________________________

(qeyri-kommersiya qurumunun adı, təşkilati-hüquqi forması, qeydiyyat tarixi və nömrəsi, hüquqi ünvanı)

_______________________________________________

_______________________________________________

_______________________________________________

(qanuni təmsilçinin adı, soyadı, atasının adı, yaşayış yeri, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi)

_________________________________________________________________________________

_________________________________________________________________________________

fəaliyyətinin dayandırılması barədə məlumatın qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsini xahiş edirik.

__________________________________________________________

__________________________________________________________

__________________________________________________________

______________________

Qeyd: ərizə hüquqi şəxsin möhürü ilə təsdiq edilir.

Qoşulan sənədlər barədə məlumatlar ayrı-ayrı sətirlərdə göstərilir.

1. 13 iyul 2012-ci il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207130015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 iyul 2012-ci il)

2. 30 avqust 2012-ci il tarixli 19-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201208300019, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 avqust 2012-ci il)

3. 22 aprel 2013-cü il tarixli 4-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201304220004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 iyun 2013-cü il)

4. 29 sentyabr 2014-cü il tarixli 9-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409290009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 oktyabr 2014-cü il)

5. 6 may 2015-ci il tarixli 6-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201505060006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 may 2015-ci il)

6. 12 fevral 2016-cı il tarixli 7-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602120007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 fevral 2016-cı il)

7. 29 iyun 2016-cı il tarixli 13-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606290013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 iyul 2016-cı il)

8. 29 iyun 2017-ci il tarixli 12-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201706290012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 iyun 2017-ci il)

9. 30 noyabr 2018-ci il tarixli 30-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201811300030, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 noyabr 2018-ci il)

10. 9 aprel 2019-cu il tarixli 9-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201904090009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 aprel 2019-cu il)

11. 28 iyun 2019-cu il tarixli 16-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201906280016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 iyun 2019-cu il)

12. 31 oktyabr 2019-cu il tarixli 22-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201910310022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 31 oktyabr 2019-cu il)

13. 02 dekabr 2019-cu il tarixli 26-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912020026, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 dekabr 2019-cu il)

14. 07 may 2020-ci il tarixli 6-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005070006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 may 2020-ci il)

15. 21 noyabr 2020-ci il tarixli 18-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202011210018, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 noyabr 2020-ci il)

16. 07 oktyabr 2022-ci il tarixli 9-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202210070009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 07 oktyabr 2022-ci il)

17. 13 aprel 2023-cü il tarixli 1-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202304130001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 aprel 2023-cü il)

18. 5 iyul 2023-cü il tarixli 8-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202307050008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 iyul 2023-cü il)

19. 5 iyul 2023-cü il tarixli 9-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202307050009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 iyul 2023-cü il)

20. 13 oktyabr 2023-cü il tarixli 12-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202310130012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 oktyabr 2023-cü il)

21. 13 dekabr 2023-cü il tarixli 16-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202312130016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 dekabr 2023-cü il)

22. 2 aprel 2025-ci il tarixli 4-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202504020004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 aprel 2025-ci il)

23. 2 aprel 2025-ci il tarixli 3-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202504020003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 aprel 2025-ci il)

24. 22 iyul 2026-cı il tarixli 3-16/1-KQ/12/2026 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202607220012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 iyul 2026-cı il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver