Qanunvericilik › “Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi Qaydası və forması”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 26.10.2023) › Tam mətn

“Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi Qaydası və forması”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 26.10.2023)

“Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi Qaydası və forması”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 26.10.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi Qaydası və forması” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 26 oktyabr 2023-cü il

1.1. Bu Qayda “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 26.6-cı maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisindən xarici ölkələrə ixrac və ya təkrar ixrac edilən qida və yem məhsullarına (bundan sonra - məhsul) idxalçı ölkələr tələb etdiyi hallarda, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) tərəfindən sağlamlıq sertifikatlarının verilməsi qaydasını və formasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulan mənaları ifadə edir.

2.1. Məhsullara idxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla sağlamlıq sertifikatı (bundan sonra - sertifikat) verilir.

2.2. İdxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən ixrac olunan heyvan mənşəli qida məhsullarına verilən sağlamlıq sertifikatı həmin məhsulların qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilər.

2.3. Sertifıkatlaşdırılma prosedurları Agentliyin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.

2.4. Sertifikatın alınması üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq ərizə ilə Agentliyə ixracatçı tərəfindən müraciət olunmalıdır.

2.5. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

2.5.1. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsi ilə müəyyən edilmiş məlumatlar;

2.5.2. ixracatçının elektron poçt ünvanı və telefon nömrəsi (olduğu halda), VÖEN-i, qeydiyyatına və ya təsdiqinə dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın nömrəsi;

2.5.3. məhsulun istehsalçısının adı və ünvanı (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı);

2.5.4. məhsulun təyinat ölkəsində idxalçısının (qəbul edənin) adı və ünvanı;

2.5.5. məhsulun mənşə və təyinat ölkəsi;

2.5.6. məhsulun yüklənmə ünvanı;

2.5.7. məhsulun daşınacağı nəqliyyat vasitəsinin növü və dövlət qeydiyyat nişanı (o cümlədən qoşqunun);

2.5.8. məhsul haqqında məlumatlar:

2. çəkisi (netto və brutto) və miqdarı;

3. qablaşdırmanın növü və sayı;

4. istehsal tarixi və yararlılıq müddəti;

6. daşınması zamanı saxlanma şəraiti;

2.5.9. ərizəçinin istəyinə uyğun olaraq məhsulla bağlı laboratoriya tərəfindən aparılmış tədqiqin (sınağın) nəticəsinə dair protokolun sertifikata əlavə edilməsi barədə qeyd.

2.6. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

2.6.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1–18.2.3-cü maddələrində nəzərdə tutulmuş sənədlər;

2.6.2. ixrac üçün alqı-satqı müqaviləsi.

2.7. İxrac edilən məhsullara sertifikat verilərkən təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinin müəyyən edilməsi məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və miqdarda ixrac edilən məhsul partiyasından nümunələr götürülərək, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda onların tədqiqi (sınağı) aparılır.

2.8. Nümunələrin götürülməsi üçün qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş metodlardan istifadə edilir.

2.9. Bu Qaydanın 2.8-ci bəndində göstərilən metodların tətbiqi mümkün olmadıqda və ya belə texniki normativ hüquqi aktlar mövcud olmadıqda, Azərbaycan Respublikasının digər sahələrə aid texniki normativ hüquqi aktlarında nəzərdə tutulmuş məhsul nümunələrinin götürülməsi metodları tətbiq edilir. Əgər bu metodların da tətbiqi mümkün olmazsa və ya belə texniki normativ hüquqi aktlar mövcud olmazsa, Azərbaycan Respublikasının üzv olduğu müvafiq beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş metodlardan istifadə olunur.

2.10. Nümunələrin laboratoriya tərəfindən tədqiqi (sınağı) ilə bağlı xərclər ərizəçinin vəsaiti hesabına ödənilir.

2.11. Nümunələrin tədqiqi (sınağı) ərizəçinin seçiminə uyğun olaraq “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda və ya Agentliyin tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında həyata keçirilir.

2.12. Nümunələrin tədqiqi (sınağı) Agentliyin tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparıldığı halda, nümunənin tədqiqi (sınağı) yalnız ərizəçi tərəfindən məhsulun ekspertizası üçün müvafiq xidmət haqqı ödənildikdən sonra təmin edilir.

2.13. Bu Qaydanın 2.10-cu və 2.12-ci bəndləri nəzərə alınmaqla, məhsulların laboratoriyalar tərəfindən 7 (yeddi) iş günü ərzində tədqiqi (sınağı) aparılaraq nəticəsi Agentliyə təqdim edilir. Laboratoriyaların əsaslandırılmış müraciəti ilə həmin müddət 20 (iyirmi) iş günündən çox olmayan müddətə uzadıla bilər və qeyd olunan müddət sertifikatın verilməsi ilə bağlı 2.15-ci bənddə göstərilən müddətə daxil edilmir.

2.14. İdxalçı ölkələr tələb etdiyi halda laboratoriya tərəfindən aparılmış tədqiqin (sınağın) nəticəsinə dair protokol sertifikata əlavə olunur. Protokolun sertifikata əlavə olunması üçün ödəniş tələb edilmir.

2.15. Sertifikatın verilməsi və bunun üçün dövlət rüsumunun ödənilməsi, sertifikatın dublikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, ləğv edilməsi qaydaları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və sertifikat həmin Qanunla müəyyən olunmuş qaydada 7 (yeddi) iş günündən gec olmayaraq verilir.

2.16. Sertifikatın verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.16.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda;

2.16.2. məhsullar qida təhlükəsizliyi və (və ya) minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda;

2.16.3. məhsullar heyvan sağlamlığı göstəricilərinə uyğun olmadıqda.

2.17. Sertifikatın verilməsindən imtina edildikdə və ya ərizə baxılmamış saxlanıldıqda, Agentlik ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq, sertifikatın verilməsindən imtina və ya ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində subyektə (ərizəçiyə) təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

3.1. Sertifikatın forması bu Qaydanın əlavəsi ilə müəyyən olunur.

3.2. Sertifikat unikal (təkrarlanmayan) elektron qaydada verilən eyniləşdirmə nömrəsinə malik olmaqla aşağıdakı tələblərə cavab verməlidir:

3.2.1. daxil edilmiş məlumatlar düzgün olmalıdır;

3.2.2. imzalayan şəxsi və sənədin verilmə tarixini müəyyənləşdirməyə imkan verməlidir;

3.2.3. istinad olunan rəsmi tələbləri dəqiq ehtiva etməlidir.

3.3. Sertifikat ərizəçiyə kağız və elektron formada verilir. Sertifikatın kağız nüsxəsi hazırlanır və sənədin əsli Agentliyin səlahiyyətli şəxsi tərəfindən imzalanıb möhürlənərək ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

3.4. Sertifikat Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində verilir.

3.5. Sertifikatın qüvvədə olma müddəti bir aydır (məhsulun yararlılıq müddətindən çox olmamaqla) və bu müddət ərzində məhsullar ixrac edilməzsə, sertifikat qüvvədən düşmüş sayılır.

3.6. Sertifikatın sahibi ona verilən sertifikatdan yalnız sertifikatda göstərilən məhsul partiyası üçün istifadə edə bilər.

3.7. İxrac zamanı məhsul sertifikatla müşayiət olunur.

İxracatçı ölkə / Exporter country

1. İxracatçı barədə məlumat:

(hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi)

/ Exporter: (name of the legal entity, legal address, surname, name, patronymic of the individual entrepreneur, location and code of the taxpayer)

2. Sertifikatın nömrəsi və verilmə tarixi: / Number and Issue Date of the Certificate:

3. İxracatçının qeydiyyatına (təsdiqinə) dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın nömrəsi: / Food Safety Registration (Approval) Number of Exporter:

4. Mənşə ölkəsi: / Country of Origin:

5. Təyinat ölkəsi: / Country of Destination:

6. İdxalçının (qəbul edənin) adı və ünvanı:

/ Name and Address of the Importer:

7. Yükün çəkisi: / Total weight of consignment:

8. Qablaşdırmanın ümumi sayı:

/ Total Number of Packages:

7.1. xalis çəki: / Net Weight:

7.2. qablaşdırma çəkisi: / Brutto Weight:

9. Yüklənmə yeri: / Place of Loading:

10. Nəqliyyat vasitəsi: / Means of Transport:

11. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı:

/ Identification Number of transport:

12. Məhsulun daşınması zamanı saxlanma şəraiti: / Conditions of Storage while transport:

Bu Sertifikatın qüvvədə olma müddəti bir aydır (məhsulun yararlılıq müddətindən çox olmamaqla) və bu müddət ərzində məhsullar ixrac edilməzsə, Sertifikat qüvvədən düşmüş sayılır. / The validity period of the certificate is one month, not exceeding the shelf life of the product, and if the products are not exported within this period, the certificate is considered invalid.

Bu Sertifikat təsdiq edir ki, yuxarıda göstərilən məhsul təhlükəsizlik və minimum keyfiyyət tələblərinə uyğundur. / This is to certify that the product lot described above complies with the minimum quality and safety requirements.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətli nümayəndəsi. / Authorised Representative of the Food Safety Agency of the Republic of Azerbaijan.

1. 13 mart 2024-cü il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 mart 2024-cü il, “Xalq” qəzeti, 20 mart 2024-cü il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 329)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver