“Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 31 may tarixli 242 nömrəli Fərmanının 4.2. bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 28 sentyabr 2005-ci il
Elektrik enerjisi (o cümlədən sabit tarif)
Xam neft, Aİ-92 markalı avtomobil benzini, dizel yanacağı
qazın topdansatışı, nəqli, paylanması, istehlakçılara qazın pərakəndə satışı, qazın saxlanması xidmətləri, qazın nəqli şəbəkəsinə və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri, sabit tarif
Dövlət mənzil fondunun yaşayış sahələrindən sosial kirayə və ya kirayə müqavilələri üzrə istifadəyə (kirayəyə), həmin sahələrin saxlanması və təmirinə görə haqlar
Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göstərilən xidmətlər, daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi, sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi, torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi ilə bağlı göstərilən xidmətlər, dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq-kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri, texniki kadastr və yerquruluşu sənədlərinin (kadastr xəritələri və plan-xəritə materialları) tərtibi və bu işlərə dair məlumatların və sənədlərin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surəti) verilməsi, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin uyğunluğunun təsdiq edilməsi ilə bağlı göstərilən xidmətlər
Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi xidmətləri
İstilik təchizatı (qeyri-əhali istehlakçıları istisna olmaqla)
Neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli xidmətləri
Bütün növ nəqliyyat xidmətləri (magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə, dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri; hava limanı xidmətləri, hava limanlarının uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmilərinə göstərilən texniki xidmətlər, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri; dəniz limanı xidmətləri (dəniz limanı qurğularının istismarı və yükaşırma daxil olmaqla), Xəzər dənizində dövlətə məxsus gəmi ilə respublika ərazisində yük və sərnişin daşıma; metro nəqliyyatında yolların, tunellərin və stansiyaların istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi, sərnişin daşıma fəaliyyəti; şəhərlərarası və şəhərdaxili ümumi istifadədə olan nəqliyyatla sərnişin daşıma və s.)
Dəmir yolu və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlər,
Rabitə sahəsində xidmətlər (ümumi istifadədə olan elektrik, poçt və teleqraf rabitəsi xidmətləri, qəbuledici-verici radio və televiziya stansiyalarının, yüksəktezlikli qurğuların istismarı və nəzarəti, beynəlxalq, şəhərlərarası, şəhərdaxili və rayon telefon rabitəsi və s.)
Dövlətə məxsus kommunal təsərrüfatı sahəsində əsas xidmətlər ( məhəllə-daxili fərdi qarajdan və qeyri-yaşayış sahələrindən istifadə haqqı, yaşayış evlərində liftdən istifadə edilməsi, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi, çirkab suların axıdılması və s.)
Dövlətə məxsus təhsil sahəsində xidmətlər (orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi, ödənişli əsaslarla kadr hazırlığı (ali təhsil pilləsinin bakalavriat, magistratura səviyyələri, ikinci təhsil), orta ixtisas və peşə təhsili və s.)
Dövlətə məxsus ixtisaslaşdırılmış müəssisələrdə tibbi yardım, müayinə, müalicə və sanitar sahələrdə xidmətlər
Təbii sərvətlər (hidrometeorologiya və meşə təsərrüfatı sahələrindən başqa) sahəsində əsas xidmətlər (geoloji və ekoloji ekspertizanın aparılması, sənədlərin (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər istisna olmaqla) və informasiyaların verilməsi)
Hidrometeorologiya xidmətləri
Karantin tədbirlərinin həyata keçirilməsi xidmətləri
Baytarlıq sahəsində əsas xidmətlər (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)
Dövlətə məxsus laboratoriya xidmətləri (malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda qida məhsullarının nümunələrinin tədqiqi (sınağı) üzrə laboratoriya və ekspertiza xidmətləri, nəzarət-toksikologiya)
Meşə təsərrüfatı sahəsində əsas xidmətlər (meşə sahələrinin icarə qiyməti, əsas meşə və kol cinslərinin köküstü buraxılış nırxları)
Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlər (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)
Zərərli maddələrin daşınması və zərərsizləşdirilməsi xidmətləri
Meliorasiya və su təsərrüfatı sahəsində əsas xidmətlər (baş su təmizləyici qurğu-ların, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların, su anbarlan, kanallar, kollektorlar və bəndlərin istismarı və s.)
Dərman vasitələrinin ekspertiza xidmətləri, o cümlədən dərman vasitələrinin farmakonəzarət sənədlərinin ekspertizası (dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı ekspertiza keçirildikdə), dövlət qeydiyyatına alınmış dərman vasitələri
Dövlət yollarının salınması və saxlanılması xidmətləri
Ovçuluq sahəsində (su və meşə heyvanlarının ovlanması) xidmətlər
Bankların və digər kredit təşkilatlarının DGK-nın reyestrinə salınması
DYPİ-nin xidmətləri (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)
Xüsusi rabitə xidmətləri
Gəmilərə texniki baxış xidmətləri (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və bələdiyyələrə məxsus olan idman obyektlərində keçirilən idman yarışlarına giriş tarifləri, vətəndaşların belə obyektlərdən istifadə etmələri üçün abonementlərin qiymətləri, büdcə vəsaitləri hesabına maliyyələşən mərkəzi təşkilatların göstərdikləri xidmətlər
Tikinti obyektlərinin elektrik, qaz və su xətlərinə qoşulma xidmətləri
Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanılması, zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı xidmətlər
Dövlət qulluğu üzrə test imtahanlarında iştirak etmək
Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödədiyi illik haqq
Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqq
Nəzarət markasının alınmasına görə haqq
Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə görə haqq
Dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar
Açıq məkanda reklam yayımı
Dövlət ilkin kəmiyyət vahidləri etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinə, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasına, Azərbaycan Respublikasının “Patent haqqında” və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunlarında nəzərdə tutulan xidmətlər (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)
6 yanvar 2007-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 45)
19 mart 2007-ci il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 312)
08 oktyabr 2007-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1021)
7 fevral 2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116)
10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 491)
30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)
1 dekabr 2009-cu il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 1061)
29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264)
14 aprel 2010-cu il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 359)
16 iyul 2010-cu il tarixli 136 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 702)
23 dekabr 2010-cu il tarixli 241 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1122)
31 mart 2014-cü il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 3, maddə 321)
23 oktyabr 2014-cü il tarixli 352 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 oktyabr 2014-cü il, № 234, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1322)
14 aprel 2015-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 24 aprel 2015-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 474)
28 yanvar 2016-cı il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 fevral 2016-cı il, № 28; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 366)
16. 25 fevral 2016-cı il tarixli 89 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 mart 2016-cı il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 610)
17. 11 may 2016-cı il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 may 2016-cı il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 951)
18. 2 avqust 2016-cı il tarixli 291 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 avqust 2016-cı il, № 169, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1431)
19. 1 sentyabr 2016-cı il tarixli 327 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 sentyabr 2016-cı il, №194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1555)
20. 18 noyabr 2016-cı il tarixli 467 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 noyabr 2016-cı il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1955)
21. 26 yanvar 2017-ci il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 131)
22. 28 mart 2017-ci il tarixli 112 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2017-ci il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 510)
23. 14 avqust 2017-ci il tarixli 329 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 avqust 2017-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1617)
24. 15 dekabr 2017-ci il tarixli 556 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 dekabr 2017-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2504)
25. 27 iyun 2018-ci il tarixli 280 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 iyun 2018-ci il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1377)
26. 13 iyul 2018-ci il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1630)
27. 27 avqust 2018-ci il tarixli 358 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 avqust 2018-ci il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1809)
28. 8 noyabr 2018-ci il tarixli 478 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2428)
29. 18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735)
30. 19 dekabr 2018-ci il tarixli 542 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2738)
31. 21 yanvar 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 157)
32. 16 sentyabr 2019-cu il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 sentyabr 2019-cu il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1564)
33. 4 yanvar 2021-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 85)
34. 26 aprel 2021-ci il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 aprel 2021-ci il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 417)
35. 2 sentyabr 2021-ci il tarixli 249 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 sentyabr 2021-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1049)
36. 10 sentyabr 2021-ci il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 sentyabr 2021-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1054)
37. 4 aprel 2022-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 375)
38. 15 aprel 2022-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 408)
39. 25 iyun 2023-cü il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 iyun 2023-cü il, “Xalq” qəzeti, 26 iyun 2023-cü il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 871)
40. 13 noyabr 2023-cü il tarixli 411 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 noyabr 2023-cü il, “Azərbaycan” qəzeti, 15 noyabr 2023-cü il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1574)
41. 12 yanvar 2024-cü il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 17 yanvar 2024-cü il, № 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 80)
42. 9 mart 2024-cü il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 mart 2024-cü il, “Azərbaycan” qəzeti, 13 mart 2024-cü il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 307)
43. 3 aprel 2024-cü il tarixli 197 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 aprel 2024-cü il, “xalq” qəzeti, 7 aprel 2024-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 450)
44. 6 may 2024-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 may 2024-cü il, “Azərbaycan” qəzeti, 8 may 2024-cü il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 585)
45. 17 iyul 2024-cü il tarixli 341 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 iyul 2024-cü il, “Xalq” qəzeti, 18 iyul 2024-cü il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 902)
46. 3 sentyabr 2024-cü il tarixli 385 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 11 sentyabr 2024-cü il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1048)
47. 6 sentyabr 2024-cü il tarixli 400 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 13 sentyabr 2024-cü il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1063)
48. 19 fevral 2025-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral 2025-ci il, “Xalq” qəzeti, 23 fevral 2025-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 187)
49. 18 sentyabr 2025-ci il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 23 sentyabr 2025-ci il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 874)
50. 24 fevral 2026-cı il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 fevral 2026-cı il, “Xalq” qəzeti, 4 mart 2026-cı il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 187)
51. 9 iyun 2026-cı il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 iyun 2026-cı il, “Xalq” qəzeti, 12 iyun 2026-cı il, № 102)
52. 29 iyul 2026-cı il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyul 2026-cı il, “Xalq” qəzeti, 6 avqust 2026-cı il, № 139)