Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 41

Maddə 41. İnvestisiya şirkətinin əməliyyatlarının uçotu

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

41.1. İnvestisiya şirkəti öz fəaliyyəti ilə bağlı keçirilmiş əməliyyatlara dair məlumatları ən azı beş il ərzində saxlamalıdır.

41.2. İnvestisiya şirkətinin lisenziyası ləğv edildikdə, onun fəalliyyəti ilə bağlı keçirilmiş əməliyyatlara dair məlumatlar beş il ərzində mərkəzi depozitarda saxlanılmalıdır.

41.3. İnvestisiya şirkəti öz fəalliyyəti ilə bağlı həyata keçirilən əməliyyatlara dair ümumiləşdirilmiş məlumatı Mərkəzi Bankın sorğusunu qəbul etdiyi gündən beş iş günü ərzində təqdim etməlidir.

41.4. İnvestisiya şirkəti tərəfindən öz fəalliyyəti ilə bağlı həyata keçirilən əməliyyatların uçotunun aparılmasına dair qaydaları Mərkəzi Bank müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver