Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 73

Maddə 73. Xarici investisiya şirkətinin nümayəndəliyinin açılmasına icazə alınması və icazənin ləğvi

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

73.1. Xarici investisiya şirkətinin nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində Mərkəzi Bankın icazəsi əsasında fəaliyyət göstərir.

73.2. Xarici investisiya şirkətinin nümayəndəliyinin fəaliyyətinə icazə alınması üçün Mərkəzi Banka, aşağıdakı sənədlər və məlumatlar əlavə olunmaqla, yazılı surətdə müraciət edilməlidir:

73.2.1. investisiya şirkətinin nümayəndəliyinin fəaliyyətinə icazə alınması üçün ərizə;

73.2.2. nümayəndəliyi açmaq barəsində investisiya şirkətinin səlahiyyətli orqanı tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş sürəti;

73.2.3. nümayəndəliyin əsasnaməsi;

73.2.4. nümayəndəlik rəhbərlərinin, həmin investisiya şirkətində və ya digər hüquqi şəxslərdə mühüm iştirak paylarını göstərməklə siyahısı, onların iş təcrübəsi və təhsili barədə məlumatın göstərildiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş və ya həmin şəxslər əcnəbi olduqda qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surətləri, habelə onların vətəndaş qüsursuzluğuna dair məlumat. Həmin şəxslər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış təqdim edilir;

73.2.5. nümayəndəlik rəhbərlərinin təyin edilməsi haqqında investisiya şirkətinin səlahiyyətli orqanı tərəfindən qəbul edilmiş qərarın surəti.

73.2.6. bu Qanunun 71.3.9-71.3.12-ci maddələrində göstərilmiş sənədlər;

73.2.6-1. Mərkəzi Bankın müəyyən etdiyi formada xarici investisiya şirkətinin benefisiar mülkiyyətçisi barədə məlumat;

73.2.7. xarici investisiya şirkətinin rezidenti olduğu ölkənin müvafiq tənzimləyici orqanının nümayəndəliyin açılmasına yazılı icazəsi.

73.2-1. Bu Qanunun 73.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.

73.3. Xarici investisiya şirkətinin nümayəndəliyinin açılmasına icazələrin alınması və ləğvi qaydası bu Qanunun 72.3–72.11-ci maddələrində müəyyən edilmiş qaydada həyata keçirilir. Xarici investisiya şirkətinin nümayəndəliyinə icazə verilməsindən, həmçinin həmin ölkənin qanunvericiliyi ilə investisiya şirkəti fəaliyyəti üzərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğuna bərabər və ya ondan daha ciddi nəzarət rejimi müəyyən edilmədikdə imtina edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver