Qanunvericilik › “Qiymətli kağızlarla girovun dövlət qeydiyyatı” Qaydalarının təsdiq edilməsi haqqında (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 23.12.2010) › Tam mətn

“Qiymətli kağızlarla girovun dövlət qeydiyyatı” Qaydalarının təsdiq edilməsi haqqında (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 23.12.2010)

“Qiymətli kağızlarla girovun dövlət qeydiyyatı” Qaydalarının təsdiq edilməsi haqqında (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 23.12.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq

2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qaydaların dövlət qeydiyyatına alınması və dərc edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinə (E.Allahverdiyev) tapşırılsın ki, bu Əmrdən irəli gələn məsələlərin həll edilməsini təmin etsin.

4. Ümumi şöbəyə (K.Abbasov) tapşırılsın ki, QKDK-nın aparatının, QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin, habelə tabeliyində olan qurumların bu Əmrlə tanış olmalarını təmin etsin.

5. QKDK sədrinin 03 yanvar 2000-ci il tarixli 001 saylı Əmri ilə təsdiq edilmiş “Bütün növ qiymətli kağızlarla girovun və qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinin girovunun dövlət qeydiyyatına alınması” Qaydaları qüvvədən düşmüş hesab edilsin.

6. Bu Əmrin icrasına nəzarət sədr müavininə (İ.Muradov) həvalə edilsin.

7. Əmr imzalandığı gündən qüvvəyə minir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver