Qanunvericilik › Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar

Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.0. Qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar aşağıdakılardır:

3.0.1. qiymətli metallara və qiymətli daşlara mülkiyyət və əmlak hüququnun keçməsi ilə bağlı hərəkətlər (qiymətli metalların və qiymətli daşların dövriyyəsi);

3.0.2. qiymətli metalların və qiymətli daşların istənilən şəkildə hasilatı, istehsalı, sonrakı işlənməsi, yenidən işlənməsi və istifadəsi zamanı fiziki vəziyyətinin və tərkibinin dəyişdirilməsi;

3.0.3. qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların bir yerdən başqa yerə aparılması, o cümlədən saxlanc yerlərinə, fondlara və ehtiyatda saxlanma yerlərinə daşınması, həmçinin sərgilərdə nümayiş etdirilməsi və qorunması;

3.0.4. qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların (məmulatların) kommersiya məqsədləri üçün Azərbaycan Respublikası ərazisinə gətirilməsi və ölkənin ərazisindən çıxarılması.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver