Qanunvericilik › “Qiymətli metalların və qiymətli daşların sertifikatlaşdırılma qaydaları, onlardan hazırlanan məhsulların (emal edilməmiş almazlar, zərgərlik və digər məişət məmulatları istisna olmaqla) növlərinin siyahısını, sertifikatlaşdırılma formalarını, habelə bu məhsul növlərinin sertifikatlaşdırılmasını tələb edən hallar”ın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.02.2008) › Tam mətn

“Qiymətli metalların və qiymətli daşların sertifikatlaşdırılma qaydaları, onlardan hazırlanan məhsulların (emal edilməmiş almazlar, zərgərlik və digər məişət məmulatları istisna olmaqla) növlərinin siyahısını, sertifikatlaşdırılma formalarını, habelə bu məhsul növlərinin sertifikatlaşdırılmasını tələb edən hallar”ın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.02.2008)

“Qiymətli metalların və qiymətli daşların sertifikatlaşdırılma qaydaları, onlardan hazırlanan məhsulların (emal edilməmiş almazlar, zərgərlik və digər məişət məmulatları istisna olmaqla) növlərinin siyahısını, sertifikatlaşdırılma formalarını, habelə bu məhsul növlərinin sertifikatlaşdırılmasını tələb edən hallar”ın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.02.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.13-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Qiymətli metalların və qiymətli daşların sertifikatlaşdırılma qaydaları, onlardan hazırlanan məhsulların (emal edilməmiş almazlar, zərgərlik və digər məişət məmulatları istisna olmaqla) növlərinin siyahısını, sertifikatlaşdırılma formalarını, habelə bu məhsul növlərinin sertifikatlaşdırılmasını tələb edən hallar” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri 29 fevral 2008-ci il

1. Bu Qaydalar “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununa və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanına əsasən hazırlanmışdır və qiymətli metalların və qiymətli daşların sertifikatlaşdırılma qaydalarını, onlardan hazırlanmış məhsulların (emal edilməmiş almazlar, zərgərlik və digər məişət məmulatları istisna olmaqla) növlərinin siyahısını, sertifikatlaşdırılma formalarını, habelə bu məhsul növlərinin sertifikatlaşdırılmasını tələb edən halları müəyyən edir.

2. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsul növlərinin sertifikatlaşdırılması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarı ilə təsdiq edilmiş “Milli Sertifikatlaşdırma Sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun müəyyənləşdirilir.

3. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsul növlərinin sertifikatlaşdırılması AZS Milli sertifikatlaşdırma sistemində sertifikatlaşdırma üzrə orqan kimi akkreditasiya edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.

4. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsul növlərinin (emal edilməmiş almazlar, zərgərlik və digər məişət məmulatları istisna olmaqla) daxili və xarici bazarlarda satışının tənzimlənməsi beynəlxalq iqtisadi ticarət sazişlərinin tələblərinin nəzərə alınmasını təmin etmək məqsədi ilə onların sertifikatlaşdırılmasını tələb edir.

5. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsul növlərinin sertifikatlaşdırılması aşağıdakı formalarda həyata keçirilir:

məcburi sertifikatlaşdırma – xüsusi səlahiyyət verilmiş orqan (Agentlik) tərəfindən məhsul növünün normativ sənədlərin məcburi tələblərinə uyğunluğunun təsdiqi;

könüllü sertifikatlaşdırma – istehsalçının, məhsul növünün istehlakçısının, həmçinin dövlət orqanlarının təşəbbüsü ilə könüllülük əsasında keçirilən sertifikatlaşdırma.

6. Sertifikatlaşdırma sisteminin qaydalarına müvafiq surətdə nəşr edilmiş, lazımi formada eyniləşdirilmiş məhsul, proses və xidmətin konkret standarta və ya digər normativ sənədə uyğunluğunun təmin edildiyini göstərən sənəd uyğunluq sertifikatıdır.

7. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsul növlərinin sertifikatlaşdırılması aşağıdakı ardıcıllıqla həyata keçirilir:

- sertifikatlaşdırma sifarişinin verilməsi;

- nümunələrin seçilməsi və sınağı;

- uyğunluq sertifikatının verilməsi.

Sifarişçilərin müraciətləri əsasında qiymətli metallar və qiymətli daşlar tərkibli məhsul növləri üçün uyğunluq sertifikatının verilməsi sınaq laboratoriyalarında müəyyən edilmiş sınaq nəticələrinin standarta və ya normativ sənədlərə uyğunluğunun təsdiqindən sonra həyata keçirilir. Sınaq üçün nümunələr sertifikatlaşdırma üzrə orqanın nümayəndələri tərəfindən sifarişçinin iştirakı ilə müəyyən edilmiş qaydada (təsadüfi seçmə yolu ilə) seçilir və sınaq laboratoriyasında sınaqdan keçirilir. Sınaq nəticələri üzrə tərtib olunmuş protokolun bir nüsxəsi sınaqdan keçirilmiş nümunələrlə birlikdə sifarişçiyə göndərilir.

8. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsul növlərinin bu qərara əlavə olunmuş siyahısında göstərilmiş məhsulların məcburi sertifikatlaşdırılması tələb olunur.

9. Hüquqi və fiziki şəxslərin müraciətləri əsasında qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsul növlərinin (emal edilməmiş almazlar, zərgərlik və digər məişət məmulatları istisna olmaqla) könüllü sertifikatlaşdırılması aparılır.

1. 16 aprel 2009-cu il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 282)

2. 22 iyun 2026-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, № 112)

3. 9 sentyabr 2026-cı il tarixli 288 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 23 sentyabr 2026-cı il, № 173) (Bu Qərar Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minir.)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver