Fərqləndirici siqnallardan yalnız tibbi birləşmələr və sanitar nəqliyyat vasitələri istifadə edirlər. Fərqləndirici siqnallara: işıq siqnalı, radiosiqnal, elektron tanınma vasitəsi aiddir.
İşıq siqnalı sanitar uçuş aparatları tərəfindən onların tanınması məqsədilə istifadə edilən sayrışan mavi işıq şəklində olan siqnaldır. Hər hansı başqa uçuş aparatının bu sinqaldan istifadəsi yolverilməzdir.
Radiosiqnal Beynəlxalq Telekommunikasiya Birliyinin Radio Qaydalarında müəyyən edilmiş radiotelefon və ya radioteleqraf məmulatlarından ibarətdir.
Elektron tanınma Beynəlxalq Mülki Aviasiya haqqında 1994-cü il 7 dekabr tarixli Çikaqo Konvensiyasının 10-cu əlavəsində nəzərdə tutulan və vaxtaşırı dəyişikliklər edilən ikinci Dərəcəli radar Müşahidə (SSR) sistemindən sanitar uçuş aparatlarının tanınmasından və onun kursunun müşahidə olunmasından ibarətdir.
Fərqləndirici siqnallardan istifadə qaydaları 1 və 2 saylı protokollara edilən Əlavələrlə müəyyən olunur.