Qanunvericilik › Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Qızıl Xaç və Qızıl Aypara emblemləri

Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Qızıl Xaç emblemi - ağ fonun ortasında həmin fonun kənarına çatmamaq şərti və mərkəzdə düz bucaq altında kəsişdən iki bərabər düzbucaqlının qırmızı rəngli təsvirindən ibarətdir.

Qızıl Aypara emblemi - ağ fonun ortasında həmin fonun kənarına çatmamaq şərti ilə qırmızı rəngli aypara təsvirindən ibarətdir.

Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə qaydaları bu Qanunla, 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyaları ilə (bundan sonra - Cenevrə konvensiyaları), bu konvensiyalara əlavə olunan 1977-ci il 8 iyun tarixli 1 və 2 saylı protokollarla) bundan sonra - 1 və 2 saylı protokollar müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver