Qanunvericilik › Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının tibbi xidmətləri tərəfindən Qızıl Aypara emblemindən müdafiə nişanı qismində istifadə edilməsi

Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının tibb xidmətləri münaqişə zamanı və dinc dövrdə yalnız özlərinin tibbi heyətini, tibbi birləşmələrini, sanitar nəqliyyat vasitələrini və tibbi əmlakını nişanlamaq üçün müdafiə nişanı qismində Qızıl Aypara emblemindən istifadə edirlər.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının tibbi xidmətləri özlərinin tibbi heyət üzvlərinə şəxsiyyət vəsiqəsi və qol sarğısı verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver