Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamına verilən tibbi heyət, tibbi birləşmələr, sanitar nəqliyyat vasitələri və tibbi əmlak müdafiə nişanı qismində istifadə edilən Qızıl Aypara embləmi ilə nişanlanır.
Bu maddənin birinci hissəsində göstərilən tibbi heyətə, tibbi birləşmələrə, sanitar nəqliyyat vasitələrinə və tibbi əmlaka hərbi münaqişə zamanı qüvvədə olan Azərbaycan Respublikasının normativ hüquqi aktları şamil olunur.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları onların sərəncamına verilən tibbi heyət üzvlərinə şəxsiyyət vəsiqəsi və qol sarğısı verir.