Qanunvericilik › “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 05.06.2015) › Tam mətn

“Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 05.06.2015)

“Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 05.06.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 27 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 240 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 5 iyun 2015-ci il

1.1. Bu Qayda “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 4-cü maddəsinin 4-2-ci hissəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qayda Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri, bələdiyyələr, habelə xarici dövlətlərin qeyri-kommersiya qurumlarının filial və ya nümayəndəlikləri tərəfindən qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların), o cümlədən sub-qrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla, Qanunun 1-ci maddəsinin 1-ci hissəsində göstərilmiş məqsədlər üçün digər formada rəsmiləşdirilən yardımların (bundan sonra – müqavilə (qərar) qeydə alınmasını tənzimləyir. Bu Qaydada qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı göstərilmiş tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, onların müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur.

1.3. Müqavilələrin (qərarların) qeydə alınması kommersiya qurumlarına, publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına, bələdiyyələrə (bələdiyyə orqanlarına) və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən (bundan sonra – qeydiyyat orqanı) həyata keçirilir.

1.3-1. Qeyri-hökumət təşkilatları qrant müqavilələrinin (qərarlarının) “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-3-cü maddəsinə uyğun olaraq qeydə alınmasının qeydiyyat orqanının “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət edə bilərlər.

1.4. Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, bələdiyyələr, habelə Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün donorlar tərəfindən qeydiyyat orqanına təqdim olunur. Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün resipiyentlər tərəfindən qeydiyyat orqanına təqdim olunur.

1.4-1. Qanunun 2-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş xarici donorlar tərəfindən bağlanılmış qrant müqaviləsinin (qərarının) qeydə alınması ilə bağlı sənədlərin təqdim edilməsi və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi “bir pəncərə prinsipi” üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”na uyğun həyata keçirilir.

1.5. Müqavilə (qərar) bağlanıldığı (verildiyi) gündən 30 (otuz) gündən gec olmayaraq, qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilməlidir.

1.6. Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən 7 (yeddi) gündən gec olmayaraq, bu Qaydanın 5 nömrəli əlavəsində göstərilən formaya uyğun təqdim olunur. Donor Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların Siyahısı”nda nəzərdə tutulmuş qurum olduğu halda müvafiq məlumata Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası”nın 4.2-ci və 4.5-ci bəndlərinə müvafiq olaraq verilən rəy və ya həmin rəyin vaxtında verilməməsi barədə müraciət etmiş dövlət qurumunun məktubu əlavə olunur. Dövlət qurumu olan donor tərəfindən dövlət büdcəsi hesabına verilən qrant barədə müvafiq məlumatın təqdim edilməsi qeyri-hökumət təşkilatını müqavilənin (qərarın) qeydiyyat üçün təqdim edilməsi vəzifəsindən azad etmir.

1.7. Qeydə alınmayan qrant müqavilələri (qərarları) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

1.8. Bank əməliyyatları müqavilənin (qərarın) qeydə alınmasını təsdiq edən bildiriş əsasında aparıla bilər.

1.8-1. Qeyri-hökumət təşkilatlarının bank hesablan üzrə maliyyə əməliyyatlarının aparılması zamanı qeydiyyat orqanının “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə əldə edilmiş sənədlərdən kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada istifadə edilir.

1.9. Qeydiyyat orqanı qeydə alınmış qrant müqavilələri (qərarları) haqqında ildə bir dəfədən az olmayaraq, media subyektlərinə ümumiləşdirilmiş məlumat verməlidir.

1.10. Qrant müqaviləsinin (qərarının) mahiyyəti (predmeti) xidmətlərin göstərilməsi və ya işlərin görülməsi məqsədi daşıyırsa, bu halda həmin müqavilə xidmət müqaviləsi kimi qeydiyyata alına bilər.

2.1. Qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün bu Qaydanın 1-4 nömrəli əlavələrində göstərilmiş ərizələrə aşağıdakı sənədlər əlavə olunur:

2.1.1. müqavilənin (qərarın), o cümlədən əlavə müqavilənin (qərarın) və ya onlarda edilmiş dəyişikliyin tərəflərin imzaladığı əslinin nüsxəsi;

2.1.2. müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihənin tərəflərin imzaladığı əslinin nüsxəsi;

2.1.3. donor (resipiyent) olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;

2.1.5. ərizə bu Qaydanın 1.4-cü bəndində göstərilən şəxslərin adından başqa şəxs tərəfindən verildikdə, habelə müqaviləni (qərarı) qanuni təmsilçi olmayan şəxs imzaladıqda, onların müvafiq səlahiyyətə malik olması barədə sənəd (müqavilənin qeydiyyata alınması ilə bağlı sənədləri imzalamaq səlahiyyəti müqavilədə göstərilmədiyi halda).

2.2. Sənədlər xarici ölkədə tərtib olunduqda, leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Sənədlər xarici dildə tərtib edildikdə, onların tərcüməsi də əlavə edilir.

2.3. Qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün tələb olunan sənəd və ya məlumatın Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədin və ya məlumatın təqdim edilməsi tələb olunmur.

3.1. Qeydiyyat orqanı tərəfindən bildirişin verilməsi üçün aşağıdakılar araşdırılmalıdır:

3.1.1. təqdim edilmiş sənədlərin və müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin Azərbaycan Respublikasının qanunlarına, resipiyentin nizamnaməsinə (əsasnaməsinə), o cümlədən müqavilənin (qərarın) şərtlərinin qrant anlayışına uyğunluğu;

3.1.2. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar tərəfindən verilmiş qrantların həmin qurumların fəaliyyət sahələrinə uyğunluğu;

3.1.3. resipiyentin Qanunun 3-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş meyarlara uyğun olması və qrantın Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş donorlardan əldə edilməsi;

3.1.4. müqaviləni (qərarı) imzalamış şəxsin müvafiq səlahiyyətə malik olması;

3.1.6. bu Qaydanın 2.1-ci bəndində göstərilmiş sənədlərin təqdim edilməsi və həmin sənədlərdə göstərilmiş məlumatların düzgünlüyü;

3.1.7. qrant verən təşkilat dövlət qurumu olduğu halda, onun Qanunun 2-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş siyahıda olması;

3.1.8. Qanunun 4-cü maddəsinin 3-cü hissəsinə əsasən layihənin həyata keçirildiyi dövrdə qrant vəsaitlərinin təyinatının dəyişdirilməsi, qrant hesabına əldə edilən dəyərlərin satılıb pula çevrilməsi şərtləri müqavilədə (qərarda) nəzərdə tutulmadığı hallarda donorun buna yazılı razılığının verilməsi;

3.1.9. müqavilənin (qərarın) müddəalarının aydın ifadə olunması və həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin dəqiq göstərilməsi.

3.1.10. qeyri-hökumət təşkilatı və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə maliyyə hesabatlarının təqdim edilib-edilməməsinin yoxlanılması.

4.1. Qeydiyyat orqanı bu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilmiş ərizələrin və sənədlərin təqdim edildiyi gündən, qeydiyyatın dayandırılmasına və ya imtinaya əsas olmadıqda, 15 (on beş) iş günü müddətində həmin müqaviləni (qərarı) qeydə alır və bu barədə müraciət edən hüquqi və ya fiziki şəxsə, habelə bələdiyyəyə bildirişi verir. Bu Qaydanın 2-ci və 3-cü hissələrində göstərilən sənədlərin və ya məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilməsi müddəti 15 (on beş) iş gününədək uzadıla bilər.

4.1-1. Xarici donor tərəfindən verilən qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin alınması tələb olunduğu halda, qrant müqaviləsinin (qərarının) qeydə alınması müddətinin axımı həmin qrantın məqsədəmüvafiq hesab edilməsi barədə rəy qeydiyyat orqanına daxil olduqdan sonrakı iş günü başlanılır.

4.2. Müqavilənin (qərarın) qeydə alınması qeydiyyat kitabında aparılır. Hər bir müqavilə (qərar) qeydə alınarkən, ona fərdi qeydiyyat nömrəsi verilir. Qrant müqaviləsi (qərarı) üzrə bank əməliyyatları aparılarkən, onun fərdi qeydiyyat nömrəsi bank sənədlərində əks etdirilir.

4.3. Qeydiyyat kitabı qalın karton üzlü, qalın və keyfiyyətli kağızda, möhkəm cildlənmiş vəziyyətdə 34 sm x 27 sm ölçüdə tərtib edilir, qaytanlanır və möhürlənir. Kitabın üstündə nömrəsi, aparıldığı il və müqavilələrin başlanğıc və son fərdi qeydiyyat nömrəsini göstərən rəqəmlər göstərilməlidir (məsələn, C1, 2015-ci il, Qrant № 1-50).

4.4. Qeydiyyat kitabı hər bir müqaviləyə dair hər biri 1 səhifədən ibarət olan 2 bölmədən ibarətdir (1-ci bölmə “Ümumi məlumatlar” (donor, resipiyent, müqavilənin tarixi, icra müddəti, əlaqə telefonları, elektron poçt ünvanı), 2-ci bölmə “Qrant müqaviləsi (qərarı) barədə məlumat” (qrant müqaviləsinin (qərarının) adı, məqsədi, müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihə barədə məlumatlar, qrant müqaviləsinin (qərarının) məbləği, qeydə alınmış qrant müqaviləsi (qərarı) üzrə əlavə və dəyişikliyə dair məlumat (tarixi və nömrəsi), qeyd) və bu Qaydanın 7 nömrəli əlavəsində göstərilən formaya uyğun aparılır.

4.5. Qeydiyyat kitabının hər səhifəsinin sağ yuxarı hissəsində qrantın fərdi qeydiyyat nömrəsi, müqavilənin qeydiyyata alınması tarixi və səhifənin sıra nömrəsi göstərilir.

4.6. Təqdim edilmiş sənədlərdə qeydə alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, qeydiyyat orqanı müqavilənin (qərarın) qeydə alınmasını dayandırır və həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 10 (on) gün müddət təyin edir.

5.1. Qeydiyyat orqanı tərəfindən müqavilələrin (qərarların) qeydə alınmasından aşağıdakı hallarda imtina edilir:

5.1.1. bu Qaydanın 2.1-ci bəndində göstərilmiş sənədlər təqdim edilmədikdə;

5.1.2. bu Qaydanın 3.1-ci bəndində göstərilən məsələlər üzrə araşdırma nəticəsində çatışmazlıqlar aşkar edildikdə;

5.1.3. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda;

5.1.4. qeydiyyat orqanı tərəfindən aşkar edilmiş çatışmazlıq bu Qaydanın 4.6-cı bəndi ilə müəyyən olunmuş müddətdə aradan qaldırılmadıqda.

5.1.5. Xarici donorlar tərəfindən verilən qrant maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmadıqda və ya qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina edildikdə.

Donor qismində çıxış edən

və resipiyent qismində çıxış edən

qrant müqaviləsi bağlanılmışdır (qərarı verilmişdir).

Qoşma (əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə)

Göstərilənləri nəzərə alaraq, qrant müqaviləsinin qeydə alınmasını xahiş edirəm.

Müraciəti imzalamış şəxsin soyadı, adı,

atasının adı, vəzifəsi və imzası

Donor qismində çıxış edən

və resipiyent qismində çıxış edən

qrant müqaviləsi bağlanılmışdır (qərarı verilmişdir).

Qoşma (əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə)

Göstərilənləri nəzərə alaraq, qrant müqaviləsinin qeydə alınmasını xahiş edirik.

Müraciəti imzalamış şəxsin soyadı, adı,

atasının adı, vəzifəsi və imzası

(təşkilatın möhürü ilə təsdiq edilir)

Donor qismində çıxış edən

və resipiyent qismində çıxış edən

arasında bağlanılmış (verilmiş)

qrant müqaviləsinə (qərarına) __________ tarixli__________________________________

___________________________________________________________________________ilə

dəyişiklik edilmişdir.

Dəyişikliyin məqsədi _________________________________________________________

Dəyişikliyin qısa məzmunu ___________________________________________________

Qoşma (əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə)

Göstərilənləri nəzərə alaraq, qrant müqaviləsində edilmiş dəyişikliyin qeydə alınmasını xahiş edirik.

Müraciəti imzalamış şəxsin soyadı, adı,

atasının adı və imzası

Donor qismində çıxış edən

_____________________________________________________________________________

və resipiyent qismində çıxış edən

arasında bağlanılmış(verilmiş) ________________________________________________

qrant müqaviləsinə (qərarına) _______________ tarixli_____________________________

___________________________________________________________________________ilə

dəyişiklik edilmişdir.

Dəyişikliyin məqsədi _________________________________________________________

Dəyişikliyin qısa məzmunu ___________________________________________________

Qoşma (əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə)

Göstərilənləri nəzərə alaraq, qrant müqaviləsində edilmiş dəyişikliyin qeydə alınmasını xahiş edirik.

Müraciəti imzalamış şəxsin soyadı, adı,

atasının adı, vəzifəsi və imzası

(təşkilatın möhürü ilə təsdiq edilir)

Əsas (müqavilə və ya qərar)

Müqavilənin (qərarın) adı

Müqavilənin (qərarın) məqsədi (predmeti)

Müqavilənin (qərarın) nömrəsi

İcrasının başlandığı tarix

İcrasının bitdiyi tarix

Qrantın məbləği və valyutası

Müqavilənin həyata keçirildiyi ərazi

Təşkilatın özünün qoyduğu pay

İcrasına cəlb olunmuş təşkilatlar

Donorun imzaladığı tarix

Resipiyentin imzaladığı tarix

Donor tərəfindən müqaviləni imzalamış şəxsin soyadı, adı və vəzifəsi

Resipiyent tərəfindən müqaviləni imzalamış şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, vəzifəsi

Müqavilə (qərar) qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması (vəkalətnamə haqqında məlumatlar, soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, vəzifəsi)

Mövzuların qiymətləndirilməsi və qeyri-hökumət təşkilatına qrantın verilməsi məsələsinə dair Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin (gənclər siyasəti sahəsində qrantlara münasibətdə həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun) rəyləri (rəydə göstərilən məlumatlar)

Donorun elektron poçt ünvanı

Resipiyentin elektron poçt ünvanı

Bankın elektron poçt ünvanı

Məlumatı imzalamış dövlət orqanının vəzifəli şəxsinin vəzifəsi, soyadı, adı və imzası, imzalanma tarixi

qrantın fərdi qeydiyyat nömrəsi ______________

qrantın qeydiyyat tarixi _____________________

səhifə ______________

qrantın fərdi qeydiyyat nömrəsi_________

qeydiyyat tarixi _______________________

səhifə ______________

1. 22 fevral 2016-cı il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 mart 2016-cı il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 599)

2. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

3. 21 noyabr 2016-cı il tarixli 470 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 noyabr 2016-cı il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1958)

4. 11 yanvar 2017-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 yanvar 2017-ci il, № 06, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 118)

5. 14 mart 2019-cu il tarixli 93 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 527)

6. 7 noyabr 2020-ci il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1390)

7. 13 sentyabr 2021-ci il tarixli 264 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2021-ci il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1064)

8. 17 noyabr 2021-ci il tarixli 355 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 noyabr 2021-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1278)

9. 9 sentyabr 2023-cü il tarixli 319 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 13 sentyabr 2023-cü il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1340)

10. 17 iyul 2024-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 iyul 2024-cü il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 904)

11. 27 yanvar 2026-cı il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 yanvar 2026-cı il, “Xalq” qəzeti, 6 fevral 2026-cı il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 97)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver