“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 587-VIQD nömrəli Qanununun tətbiqi və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 616 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 avqust tarixli 1816 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının və işçilərinin, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin fərdi uçotu Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 10 may 2023-cü il
1.1. Bu Qayda “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 4.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, kursantlar istisna olmaqla) və işçilərinin, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu (bundan sonra – fərdi uçot) müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. Sığortaedən – Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu;
1.2.2. sığortaolunan – sığortaedənin “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan hərbi qulluqçuları və işçiləri, habelə maliyyə təminatı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təmin edilən işçilər;
1.2.3. maliyyə təminatı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təmin edilən işçilər – dövlət məvacibi və ya əməkhaqqısı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “ Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyinin işçilərinin say həddinin müəyyən edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğvi barədə” 2018-ci il 30 may tarixli 247 nömrəli və “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun ştat sayı və aylıq vəzifə maaşlarının təsdiq edilməsi haqqında” 2001-ci il 25 sentyabr tarixli 156 nömrəli və “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” 2022-ci il 14 yanvar tarixli 10 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 14 aprel tarixli 153 nömrəli qərarlarına uyğun olaraq maliyyələşdirilən işçilər;
1.2.4. Sığortaçı – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu;
1.2.5. unikal nömrə – fərdi uçotun təşkili və aparılması məqsədilə sığortaolunanlara sığortaçı tərəfindən fərdi şəxsi hesabın açılması üçün verilən on üç rəqəmdən ibarət təkrarolunmaz nömrə.
1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2.1. Sığortaçı tərəfindən sığortaolunan barədə aşağıdakı məlumatlar fərdi şəxsi hesaba daxil edilir:
2.1.2. əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı;
2.1.3. məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı, təminat xərcliyi (pul təminatı) və digər gəlirlərin məbləği (sosial sığorta stajının hər ayı üçün);
2.1.4. hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləği (sosial sığorta stajının hər ayı üçün);
2.1.5. ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sosial sığorta stajının hər ayı üçün);
2.1.6. məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənilməli olan müavinətin (uşağın anadan olmasına görə və dəfn üçün müavinət istisna olmaqla) ödənilmə müddəti və məbləği barədə məlumat;
2.1.7. fərdi şəxsi hesabın sığorta hissəsi və onun indeksləşdirilməsi haqqında məlumat.
3.1. Sığortaolunanların Sığortaçıda uçota alınmaqla, onlara fərdi şəxsi hesabın açılması üçün Sığortaedən sığortaolunanların sayı barədə (tabeliyində hüquqi şəxs statuslu (və ya müstəqil balansa malik olan) qurumlar nəzərə alınmaqla) məlumatı onların qulluğa (xidmətə, işə) qəbul edildiyi gündən 1 (bir) ay müddətində Sığortaçıya təqdim edir (1 nömrəli əlavə).
3.2. Sığortaçı sığortaedən tərəfindən bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq təqdim edilmiş sığortaolunanların sayı barədə məlumata əsasən 14 (on dörd) gün müddətində hər bir sığortaolunan üçün fərdi şəxsi hesab açır və həmin sığortaolunanlar üçün müəyyən olunmuş unikal nömrələrin siyahısını (2 nömrəli əlavə) sığortaedənə təqdim edir.
3.3. Unikal nömrələrin sığortaolunanlar arasında bölgüsünü Sığortaedən həyata keçirir və hər bir sığortaolunan üzrə unikal nömrəyə dair məlumatların “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qorunub saxlanılmasını təmin edir.
3.4. Sığortaolunanların Sığortaçıda fərdi uçotu “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 172 nömrəli Fərmanının 1-ci hissəsinin tələbləri nəzərə alınmaqla, elektron qaydada təşkil edilir və aparılır, habelə məlumatların ehtiyat bazası yaradılır.
3.5. Bu Qaydanın 4.7.1-ci və 4.7.2-ci yarımbəndlərində qeyd edilən hallarda məlumatları Sığortaçıya açıqlanmış sığortaolunan yenidən “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barəsində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan vəzifə üzrə qulluğa (xidmətə, işə) qəbul edildiyi halda, Sığortaedən həmin sığortaolunana yeni unikal nömrənin verilməsi üçün bu Qaydanın 3.1-ci bəndində qeyd edilən qaydada yenidən Sığortaçıya müraciət edir.
4.1. Sığortaedən sığortaolunanların hər biri üzrə unikal nömrəyə uyğun olaraq bu Qaydanın 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərində nəzərdə tutulan məlumatları (tabeliyində hüquqi şəxs statuslu (və ya müstəqil balansa malik olan) qurumlar nəzərə alınmaqla) “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra – Dövlət Vergi Xidməti) kağız daşıyıcıda (elektron daşıyıcı əlavə edilməklə) təqdim edir.
4.2. Bu Qaydanın 4.1-ci bəndinə əsasən təqdim edilmiş məlumatlar Dövlət Vergi Xidməti tərəfindən Sığortaçıya kağız daşıyıcıda (elektron daşıyıcı əlavə edilməklə) təqdim edildikdən sonra həmin məlumatlar sığortaolunanların fərdi şəxsi hesabında Sığortaçı tərəfindən qeydə alınır.
4.3. Bu Qaydanın 2.1.5-ci yarımbəndində nəzərdə tutulan Sığortaedənin sığortaolunana münasibətdə ödədiyi məcburi dövlət sosial sığorta haqqına dair məlumatlar sığortaolunanların fərdi şəxsi hesabında Sığortaçı tərəfindən qeydə alınır.
4.4. Bu Qaydanın 2.1.6-cı yarımbəndində nəzərdə tutulan məlumatlar Sığortaedənin məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinətlərin ödənilməsi ilə bağlı müraciətinə əlavə edilmiş məlumata (3 nömrəli əlavə) əsasən fərdi şəxsi hesabda qeydə alınır.
4.5. Bu Qaydanın 2.1.2-ci və 2.1.7-ci yarımbəndlərində nəzərdə tutulan məlumatlar Sığortaçı tərəfindən bu Qaydanın 4.1-ci bəndinə əsasən təqdim edilmiş və fərdi şəxsi hesabda qeydə alınmış məlumatlar əsasında hesablanır və fərdi şəxsi hesabda qeydə alınır.
4.6. Sığortaolunanın fərdi şəxsi hesabında olan məlumatlar dövlət sosial sığorta sistemində uçota alındığı tarixdən müntəzəm olaraq Sığortaçı tərəfindən dəqiqləşdirilməlidir.
4.7. Aşağıdakı hallarda sığortaolunanlar barədə məlumatlar Sığortaedən tərəfindən 1 (bir) ay müddətində Sığortaçıya açıqlanır:
4.7.1. qulluqdan (xidmətdən, işdən) azad və ya xaric edildikdə, qulluğa (xidmətə, işə) xitam verildikdə (4 nömrəli əlavə);
4.7.2. əmək pensiyası təyin edildikdə və ya yenidən hesablandıqda (4 nömrəli əlavə);
4.7.3. vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə (5 nömrəli əlavə).
4.8. Bu Qaydanın 4.7-ci bəndinə uyğun olaraq Sığortaedən tərəfindən sığortaolunan barədə məlumatlar açıqlandıqda, bu Qaydanın 3.5-ci bəndinin tələbləri nəzərə alınmaqla Sığortaçı tərəfindən sığortaolunanların məlumatları ilə bağlı aşağıdakı tədbirlər həyata keçirilir:
4.8.1. fərdi identifikasiya nömrəsi (FİN) ilə açılmış fərdi şəxsi hesabı olmayan sığortaolunanlar barədə məlumat daxil olduğu tarixdən 14 (on dörd) gün müddətində sığortaolunanlara fərdi identifikasiya nömrəsi (FİN) ilə fərdi şəxsi hesab açılır və unikal nömrə ilə açılmış fərdi şəxsi hesabda olan məlumatlar fərdi identifikasiya nömrəsi (FİN) ilə açılmış fərdi şəxsi hesabda qeydə alınır;
4.8.2. fərdi identifikasiya nömrəsi (FİN) ilə açılmış fərdi şəxsi hesabı olan sığortaolunanlar barədə məlumatlar həmin fərdi şəxsi hesabda qeydə alınır.
1. Sığortaedən haqqında məlumat:
1.1. Sığortaedənin adı ___________________________________________________________________________________________________
1.2. Sığortaedənin uçot nömrəsi __________________________________________________________________________________________
1.3. Sığortaedənin VÖEN-i ______________________________________________________________________________________________
2. Sığortaolunanların sayı _______________________________________________________________________________________________
Sığortaedən tərəfindən məsul şəxs
_______________________________________
__________________________________M.Y
Tarix “____” ___________________20____ il
ƏƏSMN tabeliyində DSMF-nin struktur bölməsinin adı __________________________________________________________________
_______________________________________
____________________________________M.Y
Tarix “____” ___________________20____ il
1. Sığortaedən haqqında məlumat:
1.1. Sığortaedənin adı ___________________________________________________________________________________________________
1.2. Sığortaedənin uçot nömrəsi __________________________________________________________________________________________
1.3. Sığortaedənin VÖEN-i ______________________________________________________________________________________________
ƏƏSMN tabeliyində DSMF struktur bölməsinin adı
_________________________________
______________________________M.Y
Tarix “____” ___________________20____ il
Sığortaedən tərəfindən məsul şəxs
_________________________________
___________________________M.Y
Tarix “____” ___________________20____ il
1. Sığortaedən haqqında məlumat:
1.1. Sığortaedənin adı ___________________________________________________________________________________________________
1.2. Sığortaedənin uçot nömrəsi __________________________________________________________________________________________
1.3. Sığortaedənin VÖEN-i ______________________________________________________________________________________________
1.4. Sığortaedənin məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinətlərin ödənilməsi ilə bağlı müraciətinin tarixi və nömrəsi
______________________________________________________________________________________________________________________
Sığortaedənin müraciəti üzrə ödəniləcək məbləğin cəmi
Qeyd olunan məlumatların doğruluğunu imzamla təsdiq edirəm.
Sığortaedən tərəfindən məsul şəxs
_____________________________________
______________________________M.Y
Tarix “____” ___________________20____ il
ƏƏSMN tabeliyində DSMF-nin struktur bölməsinin adı ______________________________________________________________
______________________________________
_________________________________ M.Y
Tarix “____” ___________________20____ il
1. Sığortaedən haqqında məlumat:
1.1. Sığortaedənin adı ______________________________________________________________________________________________
1.2. Sığortaedənin uçot nömrəsi ______________________________________________________________________________________
1.3. Sığortaedənin VÖEN-i __________________________________________________________________________________________
2. Dövr ________________ tarixindən ________________ tarixinədək
Qeyd olunan məlumatların doğruluğunu imzamla təsdiq edirəm.
Sığortaedən baş mühasibi
_______________________________________
____________________________________M.Y
Tarix “____” ___________________20____ il
ƏƏSMN tabeliyində DSMF-nin struktur bölməsinin adı ______________________________________________________________
_______________________________________
_________________________________ M.Y
Tarix “____” ___________________20____ il
1. Sığortaedən haqqında məlumat:
1.1. Sığortaedənin adı _________________________________________________________________________________________________
1.2. Sığortaedənin uçot nömrəsi ________________________________________________________________________________________
1.3. Sığortaedənin VÖEN-i ______________________________________________________________________________________________
Qeyd olunan məlumatların doğruluğunu imzamla təsdiq edirəm.
Sığortaedən baş mühasibi
_______________________________________
____________________________________M.Y
Tarix “____” ___________________20____ il
ƏƏSMN tabeliyində DSMF-nin struktur bölməsinin adı ______________________________________________________________
_______________________________________
__________________________________M.Y
Tarix “____” ___________________20____ il
1. 3 aprel 2024-cü il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 aprel 2024-cü il, “xalq” qəzeti, 7 aprel 2024-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 449)
2. 25 dekabr 2025-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 27 dekabr 2025-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1257)
3. 24 fevral 2026-cı il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 fevral 2026-cı il, “Xalq” qəzeti, 13 mart 2026-cı il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 194)
4. 21 sentyabr 2026-cı il tarixli 307 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 30 sentyabr 2026-cı il, № 178)