Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçusunun vəzifə maaşları üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş artıq əmsal tətbiq olunur. Bu artıq əmsala uyğun vəzifə maaşına artım hər ay dövlət məvacibi ilə birlikdə ödənilir və dövlət qulluqçularının orta dövlət məvacibi hesablanarkən nəzərə alınır.
Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsal dövlət qulluqçusunun müvafiq vəzifəyə təyin edildiyi gündən tətbiq edilir.
Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçusunu müvəqqəti əvəz edən şəxsin vəzifə maaşına əvəz etdiyi dövr üçün əvəz edilənin vəzifə maaşına uyğun artıq əmsal təyin edilir.