Qanunvericilik › “Quruda yerləşən neft-qaz obyektlərində terrorçuluğa qarşı mübarizə üzrə qurumlararası fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 04.05.2023) › Tam mətn

“Quruda yerləşən neft-qaz obyektlərində terrorçuluğa qarşı mübarizə üzrə qurumlararası fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 04.05.2023)

“Quruda yerləşən neft-qaz obyektlərində terrorçuluğa qarşı mübarizə üzrə qurumlararası fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 04.05.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Quruda yerləşən neft-qaz obyektlərində terrorçuluğa qarşı mübarizə üzrə qurumlararası fəaliyyət Qaydaları” təsdiq edilsin (əlavə olunur, məxfi).

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və əməliyyatçı şirkətlər bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalarda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

3. Müəyyən edilsin ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalarda göstərilən tədbirlərin maliyyə təminatı dövlət büdcəsində bu Qərarın 2-ci hissəsində qeyd olunan qurumların saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 4 may 2023-cü il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver