Qanunvericilik › Reklam haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Sponsor və sponsor reklamı

Reklam haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Sponsor - idman, mədəni-kütləvi və digər tədbirlərin təşkili və (və ya) keçirilməsi, onlayn mediada proqramın yaradılması və (və ya) yayımlanması, habelə əqli fəaliyyətin başqa nəticələrindən istifadə olunması üçün könüllü maliyyə vəsaiti və (və ya) digər maddi vəsait ayıran yaxud ayrılmasını təmin edən şəxsdir.

13.2. Sponsor reklamı – şəxsin sponsor qismində göstərilməsi şərti ilə yayımlanan reklamdır. Sponsor reklamında yalnız sponsorun adı, fəaliyyət sahəsi və əmtəəsi haqqında məlumat, əmtəə nişanı, firmanın loqosu, qaçan sətirlə göstərilməklə, vizual yaxud audio vasitələrlə təqdim oluna bilər. Televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda 2 dəqiqədən çox olmamalıdır.

13.3. Tündlüyü 5 faizdən çox olan alkoqollu içkilərin istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər bu Qanunun 27.1.9-cu maddəsində göstərilən vaxt məhdudiyyəti nəzərə alınmaqla sponsor qismində göstərilə bilər.

13.4. Bu Qanunla reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməz.

13.5. Əmtəə sponsor qismində göstərilə bilməz.

13.6. Sponsor reklamı sponsorla reklam istehsalçısı, reklam agenti və (və ya) reklam yayıcısı arasında bağlanılan müqavilə əsasında hazırlanır və (və ya) təqdim olunur.

13.7. Sponsor reklamında "sponsor" sözünün başqa anlayışlarla əvəz olunmasına yol verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver