Qanunvericilik › Reklam haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Reklamda müqavilə bağlamaq haqqında açıq təklif (oferta)

Reklam haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Reklamda müqavilə bağlamaq üçün açıq təklif (oferta) və onun nəticələri, oferent və akseptant arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

17.2. Oferta hesab edilmiş reklamın qüvvədəolma müddəti reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı və ya reklam agenti ilə reklam yayıcısı arasında bağlanılan müqavilədə müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver