35.1. Reklam sahəsində qiymətlər bazar münasibətlərinə (bu Qanunun 35.2-ci və 35.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) uyğun olaraq müqavilə ilə tənzimlənir.
35.2. Bu Qanunun 26.2-2.2-ci maddəsinə uyğun olaraq, müqavilə bələdiyyə ilə bağlandığı halda müvafiq əmlakın icarəsinə görə məbləğin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
35.3. Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə müəyyən edilir.