Qanunvericilik › “Resipiyentin gözləmə vərəqəsinin forması və tərtib olunma Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.07.2021) › Tam mətn

“Resipiyentin gözləmə vərəqəsinin forması və tərtib olunma Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.07.2021)

“Resipiyentin gözləmə vərəqəsinin forması və tərtib olunma Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.07.2021) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Resipiyentin gözləmə vərəqəsinin tərtib olunma Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Resipiyentin gözləmə vərəqəsinin Forması” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Bu Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 10 iyul 2021-ci il

1.1. “Resipiyentin gözləmə vərəqəsinin tərtib olunma Qaydası” (bundan sonra – Qayda) “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır, insan orqan və toxumalarının (bundan sonra – donor orqanların) transplantasiyası üçün resipiyentin gözləmə vərəqəsinin tərtib olunma qaydasını müəyyən edir.

1.2. Gözləmə vərəqəsinin tərtib edilməsinin məqsədi - resipiyentin qan qrupu və rezus faktoru, transplantasiyaya ehtiyacı olan orqan, immunoloji profilin göstəriciləri (HLA, PRA), əsas xəstəliyin ağırlıq dərəcəsi, gözləmə vərəqəsi tərtib olunduqdan sonra transplantasiyaya qədər gözləmə müddəti, həmçinin təcililik statusunun olub-olmaması əsasında elektron qaydada donor-resipiyent cütlüyünün müəyyən edilməsi yolu ilə resipiyentlərin “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”nda dinamik yenilənən növbəli siyahısında yerinin müəyyən edilməsindən ibarətdir.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar Qanunda nəzərdə tutulmuş mənaları ifadə edir.

2.1. Şəxsin transplantasiyaya ehtiyacının zəruriliyini müəyyən etmək məqsədilə şəxs göndəriş vərəqəsi ilə birlikdə müalicə aldığı ambulator və ya stasionar tibb müəssisəsi tərəfindən siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşmış tibb müəssisəsinə göndərilir. Göndəriş vərəqəsinə resipiyentin ambulator və ya stasionar tibbi kartasından çıxarış əlavə olunur.

2.2. Resipiyent donor orqanlarının transplantasiyasını həyata keçirən tibb müəssisəsində hərtərəfli müayinə olunduqdan sonra həmin tibb müəssisəsi tərəfindən təşkil edilmiş həkim-transplan-toloqdan, anestezioloq-reanimatoloqdan, resipiyentin müalicə həkimindən, eləcə də zəruri olduqda digər ixtisaslı həkimlərdən ibarət həkim komissiyası tərəfindən onun transplantasiyaya ehtiyacının zəruriliyi barədə sadə səs çoxluğu ilə qərar qəbul edilir.

2.3. Şəxsin transplantasiyaya ehtiyacının zəruriliyi və onun resipiyentin reyestrinə daxil edilməsi barədə həkim komissiyasının qərarı qəbul edildikdən sonra transplantasiyanı həyata keçirən tibb müəssisəsi şəxsin yazılı məlumatlandırılmış razılığını alır və 3 (üç) iş günü müddətində resipiyentlərin reyestrinə daxil edilməsi üçün onun adına resipiyentin gözləmə vərəqəsini tərtib edir.

2.4. İki nüsxədə tərtib olunan gözləmə vərəqəsinin bir nüsxəsi resipiyentin reyestrinə daxil edilmək üçün “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nə göndərilir, bir nüsxəsi isə resipiyentin özünə təqdim edilir.

1. Soyadı, adı və atasının adı ___________________________________________________

2. Cinsi _____________________________________________________________________

3. Doğum tarixi ______________________________________________________________

4. Fərdi identifikasiya nömrəsi (FİN)____________________________________________

5. Yaşayış yeri üzrə qeydiyyat ünvanı___________________________________________

6. Yaşadığı ünvan_____________________________________________________________

7. Əlaqə nömrəsi______________________________________________________________

8. Qanuni nümayəndələrin əlaqə nömrəsi________________________________________

9. Tibbi sığorta şəhadətnaməsinin nömrəsi və tarixi _______________________________

10. Transplantasiya üçün lazım olan donor orqanı (əsas) ___________________________

11. Transplantasiya üçün lazım olan digər donor orqanı və ya orqanları _____________

_____________________________________________________________________________

12. Transplantasiyanın zəruriliyinin müəyyən edildiyi tibb müəssisəsinin adı və hüquqi ünvanı _____________________________________________________________________

13. Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının zəruriliyi və onun resipiyentlərin reyestrinə daxil edilməsi barədə həkim komissiyasının qərarının rekvizitləri _____________________________________________________________________________

14. Qan qrupu, rezus faktoru ___________________________________________________

15. Boyu, çəkisi _______________________________________________________________

16. İmmunoloji göstəricilər ____________________________________________________

17. Yoluxucu xəstəliklərin mövcudluğuna dair laboratoriya müayinələrinin aparılması tarixi göstərilməklə nəticələri ___________________________________________________

_____________________________________________________________________________

18. Xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT-10) kodu göstərilməklə əsas xəstəlik _____________________________________________________________________________

19. Yanaşı xəstəliklər (XBT-10) _________________________________________________

20. Funksiyasını itirmiş orqanın müalicəsi üçün tətbiq olunan əvəzedici terapiyanın növü və başlandığı tarix və yer _________________________________________________

____________________________________________________________________________

21. Donor orqanla növbədənkənar təmin edilməsi üçün təcililik statusunun olub-olmaması, onun təsviri və müəyyən edildiyi tarix (olduğu halda) ____________________________________________________________________________

Tibb müəssisəsinin rəhbəri _______________

Transplantasiya üzrə koordinator _________

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver