Qanunvericilik › «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 №-li qərarına dəyişikliklər və əlavələr edilməsi barədə (Ali Məhkəmə Plenumunun qərarı, 25.12.1998) › Tam mətn

«Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 №-li qərarına dəyişikliklər və əlavələr edilməsi barədə (Ali Məhkəmə Plenumunun qərarı, 25.12.1998)

«Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 №-li qərarına dəyişikliklər və əlavələr edilməsi barədə (Ali Məhkəmə Plenumunun qərarı, 25.12.1998) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qərara alır:

«Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 №-li qərarına aşağıdakı dəyişikliklər edilsin:

Həmin qərarın 28-ci bəndinin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

Orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinin icarə müqaviləsinin pozulmasına dair tələblərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulan 3 illik iddia müddəti şamil edilir. Mülki Məcəllənin 85-ci maddəsinə müvafiq olaraq isə vətəndaşların qanunsuz yiyələnib mülkiyyətlərinə daxil etdikləri mənzillərin qaytarılmasına dair tələblərə iddia müddəti şamil edilmir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri

Bakı şəhəri, 25 dekabr 1998-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver