Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqlarının tənzimlənməsi barədə
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları»na uyğun olaraq və eləcə də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 14 may tarixli iclasının protokoluna əsasən qərara alır:
1. Respublika ərazisində bütün kateqoriyadan olan (əhali, büdcə və qeyri-büdcə təşkilatları) abunəçilər üçün telefondan aylıq istifadəyə görə aşağıdakı tariflər təsdiq edilsin:
Bir telefon nömrəsindən istifadəyə görə aylıq abunə haqqı
Büdcə təşkilatları üçün
Digər abunəçilər üçün
Cütləşdirilmiş telefonlara görə aylıq abunə haqqı
Başqa idarə və müəssisələrin balansında olan ATS-dən ümumistifadəli telefon şəbəkəsinə çıxışı olan hər telefona görə aylıq abunə haqqı
Çıxış rabitəli (birtərəfli) telefon üçün aylıq abunə haqqı
Əsas telefon aparatına 2-dən artıq paralel qoşulmuş hər bir telefon aparatından istifadəyə görə aylıq abunə haqqı:
Müəssisə və təşkilatlar üçün
Birləşdirici xətt vasitəsi ilə digər ATS ərazisində işləyən telefonun aylıq abunə haqqı:
Büdcə təşkilatları üçün
Digər abunəçilər üçün
Rayon mərkəzindən kəndlərə kənd ATS-nin birləşdirici xətləri vasitəsilə (fiziki xətt və kanal) çəkilmiş telefonun (abunə haqqından əlavə) hər km xətti üçün aylıq abunə
Müəssisə və təşkilatlar üçün
Şəhərdən kənarda yerləşən abunəçinin, eyni zamanda, şəhərin telefon stansiyasına qoşulmasına görə, aylıq abunə haqqından əlavə şəhərin hüdudlarına qədər olan xəttin tam və ya natamam km-i üçün aylıq abunə haqqı
Müəssisə və təşkilatlar üçün
Müvəqqəti telefonların aylıq abunə haqqı
Əhali və büdcə təşkilatları üçün
Digər abunəçilər üçün
Birləşdirici xətt vasitəsilə çəkilmiş müvəqqəti telefonların aylıq abunə haqqı
Büdcə təşkilatları üçün
Digər abunəçilər üçün
2. Rəsmi bayram günlərində sabit şəbəkə operatorları maliyyə imkanları daxilində şəhər və kənd telefon rabitəsi xidmətlərinin tariflərinə müəyyən güzəştlər tətbiq edə bilərlər.
3. Bu tariflər mülkiyyət formasından asılı olmayaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən bütün sabit şəbəkə operatorlarına şamil olunur.
4. Bütün kateqoriyadan olan (əhali, büdcə və qeyri-büdcə) şəhər və kənd abunəçiləri üçün telefondan aylıq istifadəyə görə müəyyən edilmiş yeni tariflər 2007-ci il 01 iyun tarixindən tətbiq edilir və bu xidmətlərə dair əvvəllər qəbul olunmuş tariflər qüvvədən düşmüş hesab edilir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
Bakı şəhəri, 13 may 2007-ci il