17.1. Sağlamlıq imkanları məhdud şəxslərin bir tipli xüsusi təhsil müəssisəsindən başqa tipli xüsusi təhsil müəssisəsinə, inteqrasiya təlimli təhsil müəssisəsinə və ya sağlamlığı imkan verərsə, ümumi təyinatlı təhsil müəssisəsinə köçürülməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə və yetkinlik yaşına çatmayanların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığına əsasən həyata keçirilir.
17.2. Xüsusi təhsil müəssisəsi yenidən təşkil və ya ləğv edildikdə, müvafiq icra hakimiyyəti orqanı təhsil alanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə uşaqların müvafiq xüsusi təhsil müəssisəsinə köçürülməsini təmin edir.