25.1. Xüsusi təhsili həyata keçirən dövlət və bələdiyyə müəssisələri müvafiq olaraq dövlət və yerli büdcələrin vəsaitləri hesabına maliyyələşdirilir.
25.2. Xüsusi təhsil həyata keçirən özəl müəssisələr təsisçinin (təsisçilərin) vəsaiti hesabına maliyyələşdirilir.
25.3. Xüsusi təhsil həyata keçirən müəssisələr təhsil alanların peşə təlimi prosesində istehsal etdikləri məhsulların satışından əldə olunan gəlirlər, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilə bilər.
25.4. Xüsusi təhsili həyata keçirən dövlət müəssisələrində təhsil alan uşaqların təhsil müəssisələrinə gedib-gəlməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəqliyyat vasitələri ayrılır.