Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, enerji təchizatı şəbəkələrinə qoşulma prosedurunu və müddətini optimallaşdırmaq, göstərilən xidmətləri daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirmək, bu sahədə şəffaflığı və istehlakçı məmnunluğunu təmin etmək məqsədilə qərara alıram:
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. beynəlxalq təcrübəni nəzərə almaqla, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. əhalinin elektrik enerjisinə artan tələbatının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə 2018–2020-ci illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi layihələrindəki dövlət investisiya proqramlarında Bakı şəhərində 220 kV-luq üç yarımstansiyanın tikintisi və maliyyələşdirilməsinin nəzərdə tutulması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti:
5.1. rayon və şəhərlər üzrə enerji təchizatı şəbəkələrinin hər bir yarımstansiya və transformator məntəqəsi, habelə onlarda olan sərbəst güclər və qoşulma imkanları haqqında məlumatların (mütəmadi yenilənməklə) bir ay müddətində Azərbaycan Respublikasının Energetika Nazirliyinə verilməsini təmin etsin;
5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulmuş məlumatların (mütəmadi yenilənməklə) iki ay müddətində öz rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.
6. Azərbaycan Respublikasının Energetika Nazirliyi:
6.1. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq verilən məlumatların üç ay müddətində öz rəsmi internet saytında yerləşdirilməsini təmin etsin;
6.2. bu Fərmanın 2-ci hissəsində qeyd olunan dövlət orqanlarının və qurumlarının hər birindən bir nümayəndə olmaqla, on gün müddətində hər bir kiçik və orta biznes evində və “ASAN Kommunal” mərkəzində (“ASAN Kommunal” mərkəzi yaradılmayan regionlarda – bu mərkəz yaradılanadək “ASAN Xidmət” mərkəzində) Texniki Şuranın formalaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə birlikdə beynəlxalq təcrübəni və bu Fərmanla təsdiq edilmiş Qaydanın tələblərini nəzərə almaqla, sahibkarların tələb olunan gücü 150 kVt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması prosedurunun sadələşdirilməsi, bununla bağlı tələb olunan müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
10. Azərbaycan Respublikasının Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2017-ci il
1. 28 fevral 2018-ci il tarixli 1857 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 mart 2018-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 221)
2. 1 avqust 2018-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1678)
3. 25 dekabr 2018-ci il tarixli 437 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 dekabr 2018-ci il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2594)
4. 10 aprel 2019-cu il tarixli 616 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 aprel 2019-cu il, № 77, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 616)
5. 4 iyun 2020-ci il tarixli 1050 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 iyun 2020-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 692)
6. 24 aprel 2024-cü il tarixli 41 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 aprel 2024-cü il, “Xalq” qəzeti, 26 aprel 2024-cü il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 388)
7. 1 iyun 2024-cü il tarixli 79 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 iyun 2024-cü il, “Xalq” qəzeti, 2 iyun 2024-cü il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, I kitab, maddə 645)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI