Qanunvericilik › Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Yoxlamalar barədə illik hesabatlar

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Təqvim ilinin sonunda yoxlayıcı orqan aşağıdakı məlumatları əks etdirən illik hesabat hazırlayır:

12.1.1. hesabat dövründə sahibkarlar üçün daha aktual suallar önə çəkilməklə, izah olunması tələb olunan normativ hüquqi aktların müddəaları ilə bağlı məsləhətlərin verilməsi fəaliyyəti haqqında;

12.1.2. aparılmış yoxlamaların sayı (ümumi və risk qrupları üzrə), növü, xüsusiyyəti, müddəti və nəticələri haqqında;

12.1.3. sahibkarların yol verdiyi pozuntuların səbəbləri göstərilməklə hüquq pozuntularının miqyası, normativ hüquqi aktların tez-tez pozulan müddəaları və qəbul olunmuş qərarlar haqqında;

12.1.4. sahibkarların şikayəti əsasında ləğv olunmuş və dəyişiklik edilmiş qərarların sayı haqqında;

12.1.5. bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş halların, qanunvericilikdə olan boşluqların aradan qaldırılması, sahibkarların fəaliyyətinə nəzarətin səmərəli təşkili və onlara münasibətdə nəzarət yükünün azaldılması məqsədi ilə dəyişikliklər edilməsi və ya yeni qəbul edilməsi təklif olunan normativ hüquqi aktlar haqqında;

12.1.6. yoxlayıcı orqanın nəzarət sahəsinə aid olan risk və insan həyatı və sağlamlığının, ətraf mühitə, dövlətin əmlak maraqlarının təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi haqqında.

12.1-1. Yoxlayıcı orqan öz nəzarət sahəsinə aid məsələlərlə bağlı sahibkarlara məsləhət və izahat verilməsini təmin etməlidir. Yoxlayıcı orqanlar məcburi tələblərə riayət edilməsinin təşviqi üzrə cari ilin noyabrın 1-dək növbəti il üçün keçirilməsi nəzərdə tutulan tədbirlərdən ibarət illik planı hazırlamalı və özlərinin rəsmi internet səhifələrində cari ilin dekabrın 1-dən gec olmayaraq yerləşdirməlidirlər.

12.2. Bu Qanunun 12.1.1-12.1.4-cü və 12.1.6-cı maddələrində göstərilən məlumatlar dövlət orqanlarının fəaliyyəti barədə illik hesabatlarla birlikdə rəsmi internet saytında, habelə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər mənbələrdə açıqlanır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver