Qanunvericilik › Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. Götürülmüş məhsul nümunələrinin tədqiqinin (sınağının) aparılması müddətləri və qaydası

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

25.1. Götürülmüş məhsul nümunələrinin tədqiqi (sınağı) müvafiq tədqiq (sınaq) metodikasında nəzərdə tutulan müddətdə aparılır. Müvafiq tədqiq (sınaq) metodikasında tədqiq (sınaq) müddəti nəzərdə tutulmadıqda götürülmüş məhsul nümunələrinin tədqiqi (sınağı) bu Qanunun 24.2-ci maddəsində göstərilən təhvil-təslim aktının rəsmiləşdirildiyi tarixdən on iş günündən çox olmayan müddətdə aparılır.

25.2. Tədqiqin (sınağın) nəticələri protokolla rəsmiləşdirilir.

25.3. Bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sınaq aparmaq hüququ olan laboratoriya və ya digər təşkilat tədqiq (sınaq) bitdikdən sonra növbəti iş günündən gec olmayaraq tədqiqin (sınağın) nəticələri barədə protokolu məhsulun tədqiqi (sınağı) barədə qərar qəbul etmiş yoxlayıcı orqana alınmasını təsdiq edən poçt vasitəsi ilə və (və ya) elektron formada göndərir.

25.4. Tədqiqin (sınağın) nəticələri barədə protokolda aşağıdakılar əks etdirilməlidir:

25.4.1. protokolun nömrəsi, tərtib edilmə tarixi və dəqiq vaxtı;

25.4.2. məhsul nümunələrinin çatdırılma tarixi və dəqiq vaxtı;

25.4.3. tətbiq edilən tədqiq (sınaq) metodları barədə məlumat;

25.4.4. araşdırılan göstəricilərin (parametrlərin) normativ tələblərlə müəyyən edilmiş məqbul səviyyəsi;

25.4.5. araşdırılan göstəricilərin (parametrlərin) tədqiq (sınaq) nəticəsində əldə edilmiş səviyyəsi;

25.4.6. əldə edilmiş nəticələrdə xəta (mümkün dəqiqlik).

25.5. Tədqiq (sınaq) nəticələrinə dair protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

25.6. Məhsul nümunələrinin tədqiqini (sınağını) aparmış yoxlayıcı sahibkarı tədqiqin (sınağın) nəticələri ilə tanış etməlidir və tələb edildikdə, tədqiqin (sınağın) nəticələri ilə bağlı izahatlar və məsləhətlər verməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver