29.1. Aşağıdakı şərtlər yerinə yetirildikdən sonra sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi barədə qərar ləğv edilmiş hesab edilir və o öz fəaliyyətini davam etdirə bilər:
29.1.1. sahibkar tam və əhatəli şəkildə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirləri yerinə yetirmişdir;
29.1.2. sahibkar məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirləri yerinə yetirdiyi barədə müvafiq yoxlayıcı orqana alınmasını təsdiq edən istənilən vasitə ilə xəbərdarlıq göndərmişdir.
29.2. Yoxlayıcı orqan məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirlərin yerinə yetirilməsi barədə xəbərdarlığı aldığı tarixdən üç iş günü ərzində mövcud risklərin qiymətləndirilməsi əsasında və məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirlərin yerinə yetirilməsini sənədlər əsasında müəyyən etmək mümkün olmadıqda həmin tədbirlərin yerinə yetirilməsi vəziyyətinin yoxlanılması üçün plandankənar (növbədənkənar) yoxlama təyin edir. Plandankənar (növbədənkənar) yoxlama bu Qanunla plandankənar (növbədənkənar) yoxlamalar üçün nəzərdə tutulmuş müddət və qaydaya uyğun aparılır.