Qanunvericilik › Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə ödənilməli olan məbləğlərin miqdarı və verilməsi Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 15.08.2000) › Tam mətn

Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə ödənilməli olan məbləğlərin miqdarı və verilməsi Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 15.08.2000)

Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə ödənilməli olan məbləğlərin miqdarı və verilməsi Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 15.08.2000) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə ödənilməli olan məbləğlərin miqdarı və verilməsi Qaydasının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli, 265 nömrəli Fərmanının 1-ci bəndinin 4-cü abzasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə ödənilməli olan məbləğlərin miqdarı və verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 15 avqust 2000-ci il № 140

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 15 avqust tarixli, 140 nömrəli qərarı ilə təsdİq edİlmİşdİr

1. Bu Qayda "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli, 265 nömrəli Fərmanına uyğun olaraq hazırlanıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 118.2-ci maddəsində nəzərdə tutulmuş şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə ödənilməli olan məbləğlərin miqdarı və verilməsi qaydasını tənzimləyir.

2. Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri, yaşayış sahəsinin icarəsi ilə əlaqədar xərclər və sutkalıq xərclər verilir.

3. Məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir.

4. Tərcüməçilərin əmək haqqı hər gün üçün 8000 (səkkiz min) manat miqdarında müəyyən edilir və dövlət büdcəsi hesabına ödənilir.

5. Məhkəməyə şahid qismində çağırılan şəxslərin işdə olmadıqları müddət üçün orta əmək haqları saxlanılır.

6. Əmək münasibətlərində olmayan şahidlər adi məşğuliyyətlərindən ayrıldıqlarına görə faktiki sərf olunmuş vaxt və əməyin ödənilməsinə görə hər gün üçün minimum əmək haqqı miqdarında məhkəmənin depozit hesabından əvəz alırlar.

7. Şahidlərə, ekspertlərə, mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri onların məhkəmə prosesində iştirakını xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir.

8. Həmin xahişi tərəflərin hər ikisi etdikdə və ya bu hərəkət məhkəmənin təşəbbüsü ilə olduqda, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər.

9. Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlməklə əlaqədar ödənilən məbləğ onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir.

10. Yol xərclərinin, yaşayış sahəsinin icrası ilə əlaqədar xərclərin və sutkalıq xərclərin məbləği xidməti ezamiyyət qaydaları haqqında qüvvədə olan müvafiq normativ sənədə əsasən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver